AzTehsil.com


Xəbərlər / Psixoloq
15 dekabr 2017
2 503


Cəzanın insan tərbiyəsindəki fəsadları -DİQQƏTLİ OLUN!



Bir  çox  valideynlər  uşaqlarının  davranış  pozuntularının  qarşısını  almaq  üçün  ən  çox  istifadə  etdikləri  üsullardan  biri də  cəzadır. Ancaq  onlar  cəzanın  uşaqlarda  iz qoyduğu   təsirlərdən  xəbərsizdirlər... Çünki  cəza  insan  tərbiyəsində  deyil, heyvan  tərbiyəsində  aparılan bir  vasitədir. 


Cəza  insan tərbiyəsində  istifadə olunmazdı, insan vicdanı  ilə  tərbiyə olunmalıdır. Deməli, vicdan  insan  tərbiyəsinin bir  ünsürüdür.                                                                                                                   

İnsan  tərbiyə  edərkən  onu  döyə-döyə  çarəsizləşdirmək  əvəzinə  onun  buzlaşmış  qəlbinə  sevgi  yanaşaraq   o  buzu  əritmək  lazım  gəlir...                     


Döyərək, söyərək  kim tərbiyə  oluna  bilərki?  Əgər o insandırsa... Əgər  o  insan  sizin  uşağınızdırsa... Əgər o  uşaqla  bərabər  öz  "kiçik  dünyanızı”  quracaqsınızsa...   


Cəzanın  yalnız  heyvan  tərbiyəsində  istifadə  olunmasına  aid  bir  kiçik  hekayəyə  nəzər  salaq:                                                                                                                 

Bir  qadın  yol  ilə  gedərkən  görür  ki, bir  kişi  ayıya  tütək  çalan  kimi   ayı  oynamağa  başlayır.  Qadın  buna  təəccüblənib  ayı  tərbiyəçisinə  yaxınlaşıb  soruşur ki, mən  bir  uşağı  tərbiyə  etməkdə  aciz  imişkən  sən  bir  ayıya  bunu  necə  öyrədirsən.  Ayı  tərbiyəçisi  deyir ki, sən  iki  həftə  uşağını  mənim  yanıma  gətir  mən  onu  düzəltmiş  halda  sənə  təhvil  verəcəm. Qadın  uşağını  ayı  tərbiyəçisindən  təhvil  aldıqdan  sonra  görür  ki,  həqiqətən  də  uşağı  tamamilə  dəyişib. Otur  deyən  kimi  oturur, dur  deyən  kimi  durur,  bir  sözlə  əmrlərə  tabe  olan  bir  uşaq  olur.  Qadın  buna  çox  sevinir.   

 

Ancaq  bir  neçə  il  keçəndən  sonra  məktəbdəki  müəllimlərdən  şikayətlər  gəlir  ki,  bu  uşaq  sinifdəki  digər  uşaqların  əşyalarını  oğurlayır,  onlara  şiddət  göstərir,  uşağın   ruhunda  heyvani  hisslər  formalaşıb.  Qadın  müəllimlərə  deyir ki,  mən  bu  uşağı  tərbiyə  etmək  üçün  nələr  etdim,  hətta  ayı  tərbiyəçisinin  yanına  göndərdim.  Ayı  tərbiyəçisinin   adını  eşidən  kimi  müəllimin  gözləri  bərəlir  və  deyir:                                                                       


Heyvanı tərbiyə edən şəxsə uşağını necə əmanət etmisən? Sən heç bilirsən onlar ayını necə tərbiyə edirlər?                                                                               

Ayını  tərbiyə  edərkən  o,  əvvəlcə   ayını  qəfəsin  içinə  salır,  sonra  qəfəsin  altından  od  yandırır.  Ayının  ayaqları  yanan  vəziyyətdə  o  tütək   çalır.  Əvvəlcə  ayının  ön  ayaqları  yanır  deyə  o,  arxa  ayaqları  üstə  dayanır,  arxa  ayaqları  da  yandığı  üçün  ayı  fəryad  ilə  hoppanmağa  başlayır.  Bu  tütək  səsi  də  ayıda  refleks  halını  alır.  Nə  vaxt  tütək  səsi  eşitsə ,  ayaqları  yanar  qorxusu  ilə  o,  əvvəlcə  arxa  ayağı  üstdə  dayanır  sonra  isə  hoppanmağa  başlayar.                                          


Ey  qadın,  sənin  küçədə  gördüyün  ayı  zövqlə  oynayan bir ayı deyildir. Acı  ilə  fəryad, qorxu ilə  oynayan bir  ayıdır...         


Bəzi  valideynlər  də   ayı  tərbiyəçisinin  istifadə  etdiyi  üsulla  uşaqlarını  tərbiyə  edirlər.  İncidərək,  istəmədiyi  bir  işi  ona  məcbur  gördürərək, qorxudaraq, vuraraq, hədəliyərək....  Əziz  valideynlər,  bunlar  insan  tərbiyəsində  istifadə  olunan  bir  metod  deyildir...


Uşağınız  fiziki  və  mənəvi  cəzalar  ala-ala  ruhları  elə  korlanır  ki,  başqalarına  da cəza  verməyi  öyrənirlər. Və  ilk  cəza  verəcəyi  şəxs  valideynləridirsə... İnanın  sizin  ona  verdiyiniz  cəza   onun  sizə  verəcəyi  cəzadan  daha  çox  ağır  olacaqdır.  Hələ ki  18-20  yaşlarına  gəlsin...  Sizi  cəzalandırmağı  ağlına  qoyubsa... 

 

Sizin  güclü, qüvvətli  olduğunuz  vaxtda  uşağınıza  nə  münasibət  göstərmisinizsə  uşağınız da  güc, qüvvəsini  əldə  etdiyində  sizə  onun  bənzərini  göstərəcəkdir... Sizin  illərlə  ona  öyrətdiyiniz  cəza  üsulları  sizə  geri  qayıdanda  bunun  əzabını  artıqlaması  ilə  çəkəcəksiniz... 




Загрузка...