Xəbərlər / Saglam həyat
19 noyabr 2021
763


İnsan artıq anadan olmamışdan qocalmağa başlayır - Meçnikov universitetinin professoru


İnsan real olaraq nə qədər ömür sürə bilər? Hansı yaşdan bioloji qocalıq prosesləri başlayır?


Tibb elmləri namizədi, Meçnikov adına universitetin kafedra rəhbəri Sergey Kostyukeviç uğurlu və normal sosial həyat şərtləri ilə bir insanın ortalama 83-85 il yaşaya biləcəyini açıqlayıb.


"ÜST-ün statistikasına görə bu göstərici ancaq Yaponiyada qeydə alınır. Orta ömür 84-85 yaşdır. Rusiya və MDB dövlətlərində isə 73-75 yaşdır. Nadir hallarda hər ölkədə 5-10 nəfər 100 yaşı keçə bilər. Ən çox yaşayan kişi yapon Siqeçiyo olub - 120 il 8 ay. Gördüyünüz kimi, yenə də yapon. Qadın is fransalı Janna Kalman idi - 122 yaş


Bizim orqanizmin xidmət müddəti yəni istifadə müddəti 85-87 ildir.


Universitetimizdə "100 il necə yaşayaq" adlı kurs keçirilir. Lakin heç kim və heç nə insanın qocalma mexanizminə qarşı keçə bilməz.


Alimlər qocalma mexanizminə kompleks yanaşır, onu çoxsaylı proseslər müşayiət edir: genlər, hüceyrələr, antimutasion mexanizmlər, hormonlar, mikrobiota, immunitet, bəd hüceyrələr - bunlar hamısı qocalmaya təsir edir. Lakin yenə də dəqiq izah vermir. Səbəb və nəticələr qarışdırılır. Nəyə görə bunlar baş verir sualına cavab yoxdur.


Xronki xəstəliklər və infeksiyalarla mübarizə, xərçəng olmamaq orta ömrü uzada bilər, amma maksimal həddi keçməyəcək. Yenə də ömür 85-87 arasıdır. Ona görə də maksimal hədd hələ ki, XXI əsrdə 122 yaşdır. O yaşa qədər yaşaya bilərik.


İnsanın hansı yaşdan qocalmağa başladığını hesablamaq da çətindir. İnsanlar fiks olunmuş sürətlə qocalır, kimi asta, kimi tez. Amma indiki şəraitdə bu sürətli baş verir. Amma insanın qocalma proqramı doğulduğu andan başlayır. Çünki yumurtahüceyrənin yaşı qadının təqvim yaşından belə çoxdur. Və yumurtahüceyrə daha cavanlaşmayacaq.


Orqanizmdə ilk enmə siqnalları 25 yaşda başlayır, çox adam deyir hələ gəncəm, amma elə deyil. 45-50 yaşda dəyişikliklər xaricən gözə çarpır, dayanıqlı qocalıq başlayır.


İnsanın timus vəzisi 13 yaşından qocalmağa, atrofiyaya uğramağa başlayır. Üzdə qırışlar isə 23 yaşdan da görülə bilir.

Əzələ-sümük sistemində dəyişiklər 30 yaşdan start götürür, ona görə 35 yaşdan sonra futbolçular təqaüdə göndərilir. 60 yaşdan sonra hər il 10% olmaqla əzələ kütləsi kiçilməyə, azalmağa başlayır. Ona görə qocaların boyu kiçilir, yumaqlaşır". (medicina.az)

Məqalə Göndər








Загрузка...