AzTehsil.com


Xəbərlər / Cəmiyyət
13 sentyabr 2017
3 693


Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV



 

Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunacaq. Modern.az-ın əldə etdiyi məlumata görə, bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Onkologiya , Travmatologiya və ortopediya, Uşaq cərrahlığı kafedralarının müdirlərinin vəzifədən kənarlaşdırılması gündəmdədir. 

Urologiya kafedrasının hazırkı rəhbəri sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyevdir.  O, 1990-cı ildən ATU-da kafedra müdiri kimi fəaliyyət göstərir.

Oftalmologiya kafedrasının  hazırkı müdiri tibb elmləri doktoru, məşhur oftalmoloq Paşa Qəlbinurdur. O, 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərir.

Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə  rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir. 
Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.

Uşaq cərrahlığı kafedrasının hazırkı rəhbəri Çingiz Quliyev 1995-ci ilin may ayından bu postu tutur.
Modern.az-a verilən məlumata görə, yeni kafedra müdirinin tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxovun olacağı gözlənilir.

Onkologiya kafedrasının hazırkı rəhbəri deputat, cərrah-onkoloq Əhliman Əmiraslanov da uzun illərdir bu vəfidə çalışır. O, 1993-cü ildə kafedra müdiri vəzifəsinə seçilib. 
Kafedranın yeni müdirinin qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı Yusif Hacıyevin olacağı bildirilir.

Modern.az saytı kafedra müdiri vəzifəsinə gətiriləcəyi bildirilən namizədlərlə əlaqə saxlayıb. Əməkdaşımız onlardan kafedraların hazırkı vəziyyəti, hansı dəyişikliklərin edilməsinin mümkünlüyü, yeniliklər ətrafında həmsöhbət olmağa çalışıb.

Travmatoloq-ortoped Cəfər Nəsirli kafedra ilə bağlı şərh verməyin düzgün olmadığı qeyd edib. Lakin  ümumi olaraq bildirib ki,  travmatologiya istiqamətində dünyada olan bir sıra gəlişmələri kafedrada da tətbiq etmək olar.

Uşaq cərrahı Ramiz Poluxov da ümumi danışıb. O, kafedrada iş getdiyini, yeniliklərin, kadr dəyişikliklərinin olduğunu, kafedra olaraq çox yeniliklərə imza atdıqlarını deyib.  Eyni zamanda, yeni texnologiyaların, avadanlıqların nəzərə alınmalı olduğunu vurğulayıb. Cərrahın sözlərinə görə, əsas önəmli məsələ vətəndaşlara düzgün cərrahi xidmət göstərməkdir.

Digər namizədlərlə əlaqə yaratmağa çalışsaq da, mümkün olmayıb.



Загрузка...
Həmçinin oxuyun:
BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri işdən azad edildi

BDU-nun kafedra müdiri işdən azad edildi

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

ADU-da Jurnalistika kafedrası yaradılıb

ADU-da Jurnalistika kafedrası yaradılıb

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

ADPU-da professor-müəllim heyətinin seçimi başladı

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

PEDOQOJİ ŞURANIN  İLLİK FƏALİYYƏT PLANI       ( lahiyə )

PEDOQOJİ ŞURANIN İLLİK FƏALİYYƏT PLANI ( lahiyə )

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

ADU-da yeni təyinatlar olub

ADU-da yeni təyinatlar olub

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib

“Ə, bir-bir...”, təhsil islahatları hamısı birdən olmur ki!

“Ə, bir-bir...”, təhsil islahatları hamısı birdən olmur ki!

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Gəncə Dövlət Universitetində ilk rəsmi "IELTS" imtahanı keçirilib

Gəncə Dövlət Universitetində ilk rəsmi "IELTS" imtahanı keçirilib

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb