Bakı məktəblərində istilik problemi: “Uşaqlar evə xəstə qayıdır”
Bakıda bir sıra təhsil müəssisələrində əyani təhsil bərpa olunsa da, istilik problemi hələ də həll olunmayıb.
Bu barədə Oxu.Az-ın redaksiyasına valideynlər və təhsil müəssisələrində çalışan işçilər tərəfindən müraciətlər daxil olub.
Belə ki, paytaxtın Yasamal rayonu M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə, Nəsimi rayon S.Hacıyev adına 5 nömrəli məktəbdə, Xətai rayonu Z.Yusifov adına 194 nömrəli tam orta məktəbdə, eləcə də Xətai rayonu M.Əsədov adına 29 saylı orta məktəbdə istilik sistemləri noyabrın 15-dən aktiv hala gətirilməli olsa da, hələ də qoşulmayıb.
Valideynlər uşaqların məktəbdə soyuqlayıb, xəstələndiyini iddia edərək, istiliklə bağlı problemin həll olunmasını tələb edirlər: “Oxumağa gedən uşaqlar evə xəstə qayıdır”.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusunu cavablandırıb.
Açıqlamada bildirilib ki, bir sıra məktəblərdə istilik təminatı ilə bağlı qarşıya çıxan müəyyən problemlərin aradan qaldırılması istiqamətində “Azəristilik” ASC və “Azəriqaz” İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür. Məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün müvafiq tədbirlər görülür, zəruri hallarda aidiyyəti qurumlara müraciət olunur.
O da qeyd edilib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.
Bu məktəbin istilik sistemləri niyə işləmir? - RƏSMİ AÇIQLAMA
Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA
Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı
Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub
Yanvarın 17-də R. Yusifov adına şəhər 2 nömrəli tam orta məktəbdə zona seminarı keçirilib
Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”
Mehriban Vəliyeva: “İstilik problemi məktəblərdə davamiyyətin aşağı düşməsinə səbəb olub”
Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”
Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI
Abşeronda məktəbdə kütləvi yoluxma var? - AÇIQLAMA
Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.
Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib - YENİLƏNİB
I sinifə qəbul üçün alternativ qeydiyyat mərkəzləri yaradıldı
Daha beş məktəb koronavirusa görə bağlandı
Bakıda orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi
Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub
Daha bir məktəb bağlandı
Bakıda bu məktəbdə dərslər tamamilə dayandırıldı - VİDEO
Təhsil Şöbəsi: Masazırdakı müəllim çatışmazlığı problemi tezliklə həll olunacaq
İki məktəb direktoru Təhsil İdarəsindən şikayətçi olduqlarını bildiriblər
5 təhsil işçisinə töhmət verilib.
Birinci sinfə qəbul üçün Alternativ qeydiyyat mərkəzləri - SİYAHI
146-2 “Qaynar xətt” xidmətinə oktyabr ayında 28 müraciət daxil olub
Bakı məktəblərinə istiliyin verilməsinə başlanılıb