Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqələrinin rayon mərhələsinin nəticələri bəlli olub.
Aztəhsil.com xəbər verir ki, bu barədə FaktXəbər-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, həm gənc fiziklərin, həm də gənc kimyaçıların yaradıcılıq müsabiqələrinin rayon mərhələsində Bakının 268 ümumi təhsil məktəbinin komandası mübarizə aparıb.
Gənc fiziklərin yaradıcılıq müsabiqəsində Yasamal rayonu üzrə 52, Nərimanov rayonu üzrə 39, Nəsimi rayonu üzrə 164, Qaradağ rayonu üzrə 288, Suraxanı rayonu üzrə 290, Xəzər rayonu üzrə 120, Pirallahı rayonu üzrə 186 nömrəli tam orta məktəblər, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziya və Xətai rayonu üzrə 287 nömrəli "Zəkalar” liseyi qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.
Eyni bal topladıqlarına görə Sabunçu rayonu üzrə 72 və 252, Binəqədi rayonu üzrə 283 və 313, Nizami rayonu üzrə 62 və 312 nömrəli tam orta məktəblər də müsabiqənin final mərhələsinə vəsiqə qazanıblar.
Gənc kimyaçıların yaradıcılıq müsabiqəsində isə Yasamal rayonu üzrə 286, Nərimanov rayonu üzrə 177, Binəqədi rayonu üzrə 182, Nəsimi rayonu üzrə 35, Qaradağ rayonu üzrə 180, Xəzər rayonu üzrə 156, Suraxanı rayonu üzrə 104, Pirallahı rayonu üzrə 168 nömrəli tam orta məktəblər və Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın komandaları qalib gəlib. Sabunçu rayonu üzrə 72 və 108, Xətai rayonu üzrə 204 və 249, Nizami rayonu üzrə 70 və 109 nömrəli tam orta məktəblərin komandaları final mərhələsinə vəsiqə qazanıb.
Rayon mərhələsində iştirakçılar 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.
Qeyd edək ki, məktəblilərin fizika və kimya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edir


Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu

Təsisçi və baş redaktor:Elşən Qafarov

“Zirvə” intelektual bilik yarışmasının Ağstafa rayonu üzrə seçim turu keçirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Balakən rayonu E. Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəb

Balakən rayonu Qullar 2 saylı kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

“Rezidentura” jurnalının 4-cü nömrəsi çap olunub

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

III qrupa imtahan verən abituriyentlərdən iki nəfər 700 bal topladı..iyulun 14-ü keçirilən imtahanın nəticələri elan olundu

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan olunub

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

700 bal toplayan tələbələr necə oxuyurlar...

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu