AzTehsil.com


Xəbərlər / Valideyn
25 sentyabr 2021
1 715


Gözəllik xatirinə uzadılan saçlar: Orqanizmə vurulan ziyan



 

Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür.
 
Bu barədə "Kaspi” qəzetində məqalə dərc edilib.

"Uzun saç həqiqətən uşağın inkişafına mane olurmu? Ortancıl qızımın saçı uzundur, özü isə zəifdir. Çox adam deyir saçını kəsdir, uşaq inkişaf etsin” – bu fikirləri jurnalist həmkarımız Həbibə Abdulla sosial şəbəkədə qeyd etmişdi. Ümumiyyətlə, uzunsaçlı, arıq uşaqlar görəndə, "yediyi saçına gedir” deyə bir iddia səsləndirilir. Qohum-qonşu deyir ki, uşağın saçı kəsilsə, daha yaxşı inkişaf edəcək. Yaxud uşağın 40 günü tamam olandan sonra saçını tez-tez kəsməyi vacib bilirlər. Həm saç daha qalın çıxsın, həm də uşağın qəbul etdiyi vitaminləri saçları almasın deyə. Bunlar daha çox el arasında yayılan fikirlərdir. Bəs bu yanaşmada həqiqət payı nə qədərdir? Uzun saçlar uşağın inkişafına nə dərəcədə mane olur?

Saç genetik olaraq məlumatlanır ki...

Pediatr Aytən İsmayılzadə deyir ki, tibbi cəhətdən yanaşanda bu fikirlərin hər hansı elmi təsdiqi yoxdur: "İnsanın digər orqanları kimi saçların da inkişaf tempi genetikdir. Yəni orqanizm inkişafı üçün lazım olan qidanı alır. Eləcə də, saç genetik olaraq məlumatlanır ki, bu cür qidalanacaq. Saç üçün keratin, zülal, minerallar vacibdir. Onlar da hamısı bədəndən qəbul olunur. Necə ki, dəmir az olan kimi saç tökülməsi baş verir. Yəni orqanizmə qəbul edilən qidanın saçlara, təbii ki, təsiri var. Ancaq "uşağın yediyi saça gedir” demək də olmaz. Çünki bunun hər hansı elmi əsası yoxdur”.

Ehtimal olaraq məsləhət görülür

Pediatr deyir ki, zəif qidalanan, uzun, qalın saçı olan uşaqların saçını kəsdirməyi məsləhət görür: "Kök uşaqlara D vitaminini arıq uşaqlarla müqayisədə daha çox təyin edirik. Vitaminin bədənə paylanmasını nəzərə alaraq bu addımı atırıq. Arıq uşaqlara təyin etdiyimizi ona da yazsaq, bədəni üçün azlıq edə bilər. Saç da çox uzundursa, sıxdırsa, qalındırsa, bu zaman onun sərf etdiyi vitamin də çox ola bilər. Ola bilər ki, saç uzun olanda, orqanizmdən daha çox enerji, qida sərf etsin. Uşaqda inkişaf geriliyi hiss edirəmsə, saçı uzun və qalındırsa, valideynlərə məsləhət görürəm ki, kəsdirsinlər. Elmi olaraq sübut edə bilmirik, ehtimal olaraq məsləhət görürük. Ola bilər ki, kəsilməsində fayda olsun”.

Başa ağırlıq edir

A.İsmayılzadə bildirdi ki, uzun, qalın saçların uşaq orqanizminə faydası yox, zərəri var: "Qalın saç sağlamlıq göstəricisidir. Daha yaxşı qidalanır, orqanizmindən daha çox vitamin qəbul edir. Uşağın qidalanması da normaldırsa, yəni saçı onun inkişafına problem yaratmırsa, yenə də uşaqda qalın, sıx saçların uzun saxlanılmasının tərəfdarı deyiləm. Yəni uşağın yediyi saçına getməsə belə, yenə də kəsmək yaxşıdır. Qalın, uzun saç uşaq üçün yükdür. O yükü azaltmaq lazımdır. Uzunsaçlı uşaqlarda tez yorulma, baş ağrısı ola bilir. Saçı qısaldanda, uşaq yüngülləşir, sanki yorğunluğu da aradan götürülmüş olur. Digər tərəfdən, saç qalındırsa, sıxdırsa, başa ağırlıq edir və boyun əzələlərinə, uşağın onurğasına ziyan vurur. Gözəllik xətrinə uşaqların saçını uzatmaq lazım deyil”.

Uzun saçları yığarkən...

Aytən İsmayılzadə qeyd etdi ki, uzun saçı olan uşaqların saçını yığarkən, darayarkən də müəyyən nüansları diqqətdə saxlamaq vacibdir: "Əgər iki yerə ayırıb yığırlarsa, simmetrik olaraq ortadan saçı iki bərabər hissəyə bölüb yığmaq lazımdır. Yaxud bir yerdən yığacaqlarsa, tam ortadan olmasına diqqət etsinlər. Çünki saç uzun olanda, ağırlığı da çox olur. Bir tərəfə düşən yük çox olursa, həmin nahiyədəki əzələlər daha çox yüklənir. Yaxud açıq saçı darayırlar, saçın çoxu bir tərəfə meyilli olur. Bu da bir tərəfin əzələlərinin daha çox yüklənməsi deməkdir”.

Kəsilsə də, kəsilməsə də...

Türkiyəli professor Kamal Topaloğlu orqanizmi daha yaxşı inkişaf etsin deyə, tez-tez uşaqların saçlarının kəsdirilməsilə bağlı el arasında yayılan fikirlərlə bağlı mətbuata açıqlamasında deyib ki, uşağın qəbul etdiyi vitaminləri saçların çəkməsi metabolik olaraq mümkün deyil: "Balanslı qidalanma, normal ətraf mühit, sağlam psixoloji vəziyyət və sevgi uşağın inkişafında ən önəmli faktorlardır. Bundan başqa, el arasında uşaq inkişafı ilə bağlı səsləndirilən bir çox rəvayətlər düzgün deyil. Qız, ya oğlan, fərq etmir, uşaqların körpəlik vaxtından etibarən saçlarının davamlı olaraq qısa kəsilməsinin bədənin inkişafına heç bir qatqısı yoxdur. Bəzi uşaqlar saçları kəsilsə də, kəsilməsə də, son dərəcə sağlam olur. Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür. Saçın uzadılmasının vücudun gücünü azaldıb böyüməyinə mane olacağı yönündəki fikirlərin heç bir elmi mənbəyi yoxdur”.



Загрузка...
Həmçinin oxuyun:
Dərslər başlamadan bunları edin

Dərslər başlamadan bunları edin

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Uşağın yaşına uyğun boyu və çəkisi - boyu necə artırmaq olar?

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı? -VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı? -VALİDEYNLƏRİN DİQQƏTİNƏ

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT

Uşaqları koronavirusdan necə qorumalı?

Uşaqları koronavirusdan necə qorumalı?

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Şagirdlər üçün alış-verişə az qalır..VALİDEYNLƏR DİQQƏT!

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Uşaqlarda nitq qüsurları nədən yaranır?

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Övladımızı kompüter əsarətindən necə qoruyaq?

Uşağın oyun oynamağının faydalar

Uşağın oyun oynamağının faydalar

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – FOTO FAKT

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...