Xəbərlər
16 sentyabr 2021
852

Tələbələr yataqxanalardan istifadə edə bilirlərmi? - ARAŞDIRMA

Tələbələr yataqxanalardan istifadə edə bilirlərmi? - ARAŞDIRMA

Sentyabr ayının 29-dan etibarən ali təhsil müəssisələrində tədris prosesinə start verilməsi ilə əlaqədar universitetlərin nəzdindəki tələbə evlərində (tələbə yataqxanalarında) məişət şəraiti və ödənişlərin həcminin hansı səviyyədə olması məsələsi aktuallaşıb.

Bununla əlaqədar ölkənin aparıcı ali təhsil müəssisələrində tələbə evlərindəki məişət şəraitini və ödəniş şərtlərini araşdırdıq.

Bakı Dövlət Universitetindən Oxu.Az-a bildirilib ki, bu ildən tələbələrin istifadəsinə veriləcək tələbə evi 220 nəfər tələbə üçün nəzərdə tutulub. Bir otaqda 2-3 tələbənin yerləşməsi mümkündür.

Hazırda tələbə evində bütün lazımi şərait yaradılıb və müasir avadanlıqlarla, çamaşırxana, fasiləsiz "wi-fi”, oxu zalı, məişət otaqları və s. ilə təmin olunub. Oğlan və qız tələbələr ayrı-ayrı mərtəbələrdə yerləşdiriləcək. Ödənişlərə gəldikdə, universitetdən bildirilib ki, yataqxananın yalnız saxlanma xərcləri ödəniş qismində nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə tələbə evində bir otaq üçün ödəniş 100 manatdır və burada 2-3 tələbənin yerləşməsi mümkündür. Ümumi ödəniş bir otaqda qalan tələbələr arasında bölüşdürülür. Orta aylıq ödəniş 30 manat civarındadır. Ümumilikdə universitetin 320 nəfərlik yataqxanası mövcuddur ki, burada adətən əcnəbi tələbələr qalır.

Bununla yanaşı, maddi sıxıntısı olan yerli tələbələrə xüsusi güzəşt edilir. Tələbə müraciət etdiyi təqdirdə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən onun ödənişi təmir edilir. Tələbə evindəki mətbəxlər ümumidir və təmir orta səviyyədədir.

Azərbaycan Tibb Universitetində isə qiymətlər tələbənin təhsil aldığı kursdan, neçə nəfərlik otaqda və hansı yataqxanada qalacağından asılı olaraq dəyişir. Hər bir tələbənin aylıq yataqxana ödənişi orta hesabla 30 manatdan 90 manata qədər dəyişir.

Əlavə edilib ki, tələbənin normal yaşayışı, istirahəti, oxuması üçün bütün şərait yaradılıb. Onların yerləşdirilməsi zamanı şəhid ailələrindən olan tələbələrə güzəşt edilir. Hazırda universitetdə dörd yataqxana fəaliyyət göstərir. Onların ümumi tutumu 975 nəfərdir.

Azərbaycan Texniki Universitetindən isə Oxu.Az-a bildirilib ki, AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb.

"Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiyasistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz.

Hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək” - deyə, məlumat verilib.

Qeyd edək ki, ali təhsil ocaqlarında tələbə evlərində otaqların sayının təhsil alan tələbələrin sayına uyğun olmaması və ya ümumiyyətlə tələbənin yataqxanadan istifadə edə bilməməsi, eləcə də otaqlarda şəraitin minimum standartlara cavab verməməsi qiymətin münasib olmasına baxmayaraq tələbələrin yataqxanalardan imtina etməsi ilə nəticələnir. Belə olduğu halda tələbə daha yüksək ödəniş etməklə təhsil ocağından uzaqda hər hansı bir mənzil və ya fərdi ev icarəyə götürməli olur. 
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Tələbə yataqxanalarında son vəziyyət - ARAŞDIRMA

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

35 tələbə yataqxanasından 25-də məcburi köçkünlər məskunlaşıb

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Abel Məhərrəmov: “Yeddi min tələbə üçün böyük yataqxana kompleksi inşa olunacaq”

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

ADU-nun qızlar yataqxanasında: “Bizə həsəd aparırlar” - REPORTAJ + FOTOLAR

ADU-nun qızlar yataqxanasında: “Bizə həsəd aparırlar” - REPORTAJ + FOTOLAR

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Bu universitetin 2000 nəfərlik yataqxana kompleksi salınacaq

Bu universitetin 2000 nəfərlik yataqxana kompleksi salınacaq

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Mərhum tələbənin xatirəsinə Tələbə Kuboku keçiriləcək

Tələbələrin bitməyən yataqxana dərdi - VİDEO

Tələbələrin bitməyən yataqxana dərdi - VİDEO

1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək - Yeni tədris ilində

1000 yerlik tələbə yataqxanası istifadəyə veriləcək - Yeni tədris ilində

"Tələbə yataqxanalarında infrastruktur yenilənməlidir "-Kamran Əsədov

"Tələbə yataqxanalarında infrastruktur yenilənməlidir "-Kamran Əsədov

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

Bakı Mühəndislik Universiteti tələbələrinə ayrıca yataqxana verib

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dəyişiklik edilib

Azərbaycan Texniki Universitetində təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib

Azərbaycan Texniki Universitetində təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib

Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək

Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"