AzTehsil.com


Xəbərlər / Müəllim
15 avqust 2021
3 152


Sədr müavini - ”Yeni müəllimi işə qəbul etmək bir şeydir, uzun müddət işləyən adamı imtahana çəkmək, başqa şey”



Sədr müavini - ”Yeni müəllimi işə qəbul etmək bir şeydir, uzun müddət işləyən adamı imtahana çəkmək, başqa şey”

 

Nadir İsarilov: "Müəllimləri işə götürmək üçün tək nəzəriyyə kifayət deyil, təcrübə də lazımdır”

Məktəbdə işə düzəlmək üçün test imtahanı verməli və sonra müsahibədən keçməlisən. Ancaq bu il bir çox müəllim testlərdəki sualların çox çətin olduğundan şikayətləndi və həmçinin bildirildi ki, cavab vermək üçün lazım olduğundan daha az vaxt ayrılıb. Çoxsaylı şikayətlərə görə Təhsil Nazirliyi avqustun əvvəlində bəzi müəllim qrupları üçün təkrar imtahanların keçirilməsinə qərar verdi.

Təhsil naziri Emin Amrullayevin sözlərinə görə, müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlar məktəblərə daha yaxşı hazırlaşanların işə götürülməsi üçün keçirilir. Qəbul imtahanlarında suallar çətin olsa da, nazirin dediyi kimi, müəllimlərin bilik səviyyəsinə görə Təhsil Nazirliyinin tələblərinə cavab verir. Namizəd 30-dan çox bal toplamalıdır. İbtidai sinif müəllimləri arasında 3920 nəfər 41-60, riyaziyyat fənni üzrə yalnız üç namizəd 56-60 bal toplayıb, ingilis dilində heç bir nəfər də lazım olan qədər bal toplamayıb.  Kimya, rus dili, musiqi, təsviri incəsənət, Azərbaycan dili (rus sektoru), coğrafiya, informatika, bədən tərbiyəsi, ingilis dili müəllimlərinin vakant yerləri boş qaldı.
 
 
"Bu il imtahanlarda 46 930 nəfər iştirak edib. Hazırda 10.259 nəfər (22%) müəllim işləyir. Bu il ilkin olaraq, 7718 boş iş yeri elan olunmuşdu ki, bunun da 6871-i Azərbaycan sektorundadır. Vakansiyaların sayının 9000-ə qədər artacağını gözləyirik”, - deyə Əmrullayev bildirib.
 
Son üç ildə Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə 27197 nəfər işə qəbul edilib. Bir çox ekspertlər əmindirlər ki, müəllimlərin işə qəbulu sistemi dəyişdirilməlidir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun dediyinə görə, müəllimlərin işə qəbulu şərtləri vaxtaşırı dəyişdirilir və müxtəlif səbəblərdən suallar yaranır: "Bu il bəzi müəllimlər testlərin çox çətin keçdiyindən narazılıqlarını ifadə etdilər. Şikayətlərin başqa bir səbəbi də cavab üçün kifayət qədər vaxt olmamasıdır. Hətta bu müəllimlərin oxuma sürətinin aşağı olduğu üçün, onların sualları  oxumağa və cavablandırmağa vaxtları olmadığı barədə mülahizə irəli sürüldü. Ancaq sürətli oxumaq hələ məktəbdə  öyrədildiyindən bu fərziyyə qəribə gəlir. 90 dəqiqə ərzində müəllimlər 60 suala cavab verməli idilər, amma aydın deyil ki, niyə belə tələsirlər. Bu barədə danışdım və sual verdim ki, vaxt 120 dəqiqəyə qaldırılsa, nə olacaq? Müəllimlər yavaş-yavaş, düşünə-düşünə cavab verə biləcəklər”.
 
Ekspert deyib ki, MİQ imtahanları ilə əlaqədar ajiotaj nazirlik üçün bir növ siqnal olub və bu sistemin təkmilləşdirilməsinin vacib olduğu qəbul edilib: "İndi ölkədə bir neçə il işləyən müəllimlər var, amma onlarla cəmi bir illik əmək müqaviləsi bağlayırlar. Hər il imtahan verməli olurlar, bundan sonra onlarla müqavilə yenilənir. Səhvdir - yeni müəllimi işə qəbul etmək bir şeydir, uzun müddət işləyən adamı imtahana çəkmək, başqa şey”.
 
"Burada bir məqam var - bəziləri düşünür ki, indi məlumatlar daim yenilənir və müəllimin bu mövzuda geridə qalıb-qalmadığını yoxlamaq lazımdır. Amma bunun üçün müəllimləri ixtisasartırmaya göndərmək lazımdır. Əvvəllər Təkmilləşdirmə İnstitutunda dövlət hesabına müəllimlərə yataqxanada yer, yemək və s. verilirdi. İndi bu belə deyil”, - deyə İsrafilov vurğulayıb.
 
Onun sözlərinə görə, müəllimləri işə götürmək üçün tək nəzəriyyə kifayət deyil, təcrübə də lazımdır: "Üçüncü kursdan başlayaraq tələbələrin dərs dedikləri bir çox məktəb var idi və onların işləri komissiya tərəfindən yoxlanılırdı. Nəticədə məktəbə hazır müəllim kimi gəlirdilər. İndi, məsələn, riyaziyyat müəllimi öz fənnini bilir, amma pedaqogika və metodikanı bilməyə bilər. Pedaqoji Universitet tələbələrinin təcrübə qazanması üçün bir çox baza-məktəb açmaq lazımdır və onların video formatdakı dərsləri testlərdən keçdikdən sonra komissiyalara göstərilməlidir. Şəxsin siniflə necə işlədiyini anlamaq vacibdir. Müəllim olmaq bir bacarıqdır”.

Həmsöhbətimiz vakansiyalarla bağlı da fikir bildirib: "Müəllimin dərs yükü təxminən 18 saat olmalıdır. Amma indi cəmi 6-9 saat işləyən müəllimlər çoxdur. İndi bir müəllim, məsələn, təqaüdə çıxsa, onun yerinə bir vakansiya açılır, amma iş saatlarını digər işləyən müəllimlər arasında bölmək mümkün idi. Müəllimlərin həddindən artıq çox olmasının qarşısını almaq üçün onlardan nə qədərinin universitetlər tərəfindən hazırlanmalı olduğunu planlaşdırmaq lazımdır”.



Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik

Emin Əmrullayev: Vakant yerlərin sayının 9000-ə qədər artmasını gözləyirik

Sədr müavini -Belə ifadəni müəllimlərə, müəllim olmaq arzusunda olanlara şamil etmək onları aşağılamaqdır.

Sədr müavini -Belə ifadəni müəllimlərə, müəllim olmaq arzusunda olanlara şamil etmək onları aşağılamaqdır.

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

Müəllimlərin MİQ imtahanların ən çox yol verdiyi xətalar və onların həll üsulları – Təlimçidən məsləhətlər

"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"

“Şagirdinə “iki” verən müəllim özünə “iki” verir”

“Şagirdinə “iki” verən müəllim özünə “iki” verir”

Keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar.

Keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar.

Müəllimlər çətin “imtahanla” üzləşə bilər - Hər ssenariyə hazır olmalıyıq

Müəllimlər çətin “imtahanla” üzləşə bilər - Hər ssenariyə hazır olmalıyıq

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI

Müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərin sayı AÇIQLANDI

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

Müəllimlərin sertifikasiyası üçün suallar necə hazırlanacaq? – Təkliflər

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? –  Təhsilsizliyin ilk müəllifləri

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? – Təhsilsizliyin ilk müəllifləri

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

“Kurikulum dərsliklərinə vikipediya və quql materialları salınır?” – Etiraz

Təhsil naziri: “Biz deyə bilmərik ki, az bal toplayan müəllimlərin biliyi zəifdir”

Təhsil naziri: “Biz deyə bilmərik ki, az bal toplayan müəllimlərin biliyi zəifdir”

Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda

Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Kənd məktəbində direktor müəllim mübahisəsi – “Vakansiyalar gizlədilir, qanunsuzluqlar var”

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”

Müəllimlərdən Məleykə Abbaszadənin iradlarına cavab: “Haqlıdır, amma aşıq gördüyünü çağırar”