AzTehsil.com


Xəbərlər / Şagird
01 avqust 2021
1 558


Azərbaycanda cizgi filmlərinin yaranma tarixi



 

Azərbaycanda cizgi film yaratmaq istəyi və bu istəyin həyata keçirilməsi XX əsrin 30-cu illərinə aid edilir. "Azərbaycanfilm” studiyası bu işdə xüsusi səy görsətmiş, lazım olan texniki avadanlıqları Moskvadan alıb gətirmişdir.

 "Lökbatan” və "Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərinin çəkilişi zamanı texniki animasiyadan istifadə edilmiş, "Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Bu film kinostudiya işçiləri üçün stimul rolunu oynadı və bir qrup təşəbbüskar da cizgi filmi yaratmaq qərarına gəldi. Cizgi filmlərinin mövzusu xalq nağıllarından götürülürdü. 

A.Papov tərəfindən "Abbasın bədbəxtliyi” adlı ssenari yazıldı və filmin operatoru Q.Yegiazarov, rejissoru E.Dikaryov oldu. Filmdə nümayiş olunan rəsmlər isə Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyevə məxsus idi.

Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada "Sindbad dəniz səyyahıdır” adlı ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülürdü. Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Cizgi filmlərinin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmış, bu sənətin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.

C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 1968-ci ildə cizgi filmləri sexi bərpa olundu. Direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə xüsusi diqqət yetirirdi.

Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. Kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film "Cırtdan” oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarında oldu. Beləliklə, "Cırtdan”ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında "Tülkü həccə gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi çəkildi. Bu cizgi filmi istər üslub, istərsə də sənətkarlıq baxımından ən maraqlı işlərdən biridir. "Çaqqal oğlu çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. 

Azərbaycan cizgi filmləri bədii keyfiyyət baxımdan eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədar idi.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət görsətməsinə təkan verdi. 

1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, "Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. "Azanfilm” – Azərbaycan animasiya filmləri deməkdir.

90-cı illərdə "Azanfilm” markası altında 19 cizgi filmi çəkilmişdir. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi keçirilmiş, bu festivalda ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.
        



Загрузка...
Həmçinin oxuyun:
Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:-Gülnara İnanc

Seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:-Gülnara İnanc

Karlson kimin prototipidir?

Karlson kimin prototipidir?

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

“Virtual məktəb”də rəqəmsal bacarıqların inkişafı üzrə vebinarlar davam edir

İngilis dilini öyrənmək istəyənlər - bu seriallara baxın

İngilis dilini öyrənmək istəyənlər - bu seriallara baxın

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

İNGİLİSCƏ ÖYRƏNMƏK ÜÇÜN ƏN UYĞUN OLAN 5 SERİAL

Rövşən Məmmədov: “TRT telekanalı və AzTv -nin ortaq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”

Rövşən Məmmədov: “TRT telekanalı və AzTv -nin ortaq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

"Təhsil mövzusunda çəkilən filmlərə ehtiyac var" - Ekspertlər danışdı

"Təhsil mövzusunda çəkilən filmlərə ehtiyac var" - Ekspertlər danışdı

AXC-nin 100 illiyi ilə bağlı "Əbədi ezamiyyət” filmi şagirdlərə nümayiş etdirilib

AXC-nin 100 illiyi ilə bağlı "Əbədi ezamiyyət” filmi şagirdlərə nümayiş etdirilib

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

Müasir uşaqlara nağıl danışmaq lazımdırmı ?

Nağılların uşaq inkişafına təsiri

Nağılların uşaq inkişafına təsiri

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

Bakı məktəbliləri arasında “Kosmonavtika günü”nə həsr olunmuş müsabiqə keçirilib

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb

Kiyevdə Xocalı soyqırımından bəhs edən sənədli film təqdim edilib - FOTO

Kiyevdə Xocalı soyqırımından bəhs edən sənədli film təqdim edilib - FOTO

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

BDU 18 şəhid məzunu haqqında sənədli film hazırlayır

BDU 18 şəhid məzunu haqqında sənədli film hazırlayır

Uşaqlarda yaddaş zəifliyi

Uşaqlarda yaddaş zəifliyi

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

Çəkdiyi filmlə ABŞ-da uğur qazanan azərbaycanlı tələbə

Çəkdiyi filmlə ABŞ-da uğur qazanan azərbaycanlı tələbə

UŞAQ TƏRBİYƏSİ NECƏ FORMALAŞIR?

UŞAQ TƏRBİYƏSİ NECƏ FORMALAŞIR?