AzTehsil.com
RU


Xəbərlər / Ekspert
14 iyul 2021
1 370


Diqqət! – Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə...” - “Tələyə” düşməyin!



 

Diqqət! – Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə...” - “Tələyə” düşməyin!

 

 

"Bir çox valideyn ucuz qiymətlərə aldanıb, övladlarını xaricdə təhsil almağa təhrik edir”

"Nəticədə valideynlərin pulu batır, bir sıra işbazlar isə bundan lazımınca yararlanırlar”

"Saxta diplomlar əsasən köçürmələrlə daha çox bağlı idi”


Ali məktəblərə qəbul nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Bu məsələdə valideynlərin son dərəcə diqqətli olması vacibdir. Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 21 mini qardaş Türkiyədə, 8 mini Ukraynada, 6 mindən çoxu Rusiya, Gürcüstan universitetlərində təhsil alır. 
Zaman-zaman müxtəlif ölkələrdə təhsil alan təlbələrimizin diplomu ölkəmizdə tanınmır. Bu, xaricdəki təhsilin bəlkə də əsas problemlərindən biridir. Səbəb isə bəzi fırıldaqçı şəbəkənin prosesdə əlinin olmasıdır.
 

Diqqət! – Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkə...” - “Tələyə” düşməyin!

 

Mövzu barədə  təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, belə bir "xroniki xəstəliyi” birdən-birə aradan qaldırmaq düşündüyümüz qədər də asan məsələ deyil:
 
"Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də qalmaqdadır. Hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərə rast gəlmək olur ki, bunu Təhsil Nazirliyi rəsmiləri də dəfələrlə etiraf ediblər. Ümumiyyətlə, saxta diplom məsələsi bu günün problemi olmayıb, artıq neçə onilliklərdir ki, gündəmdə olan məsələdir. Hətta bununla bağlı böyük rəqəmlər göstərilirdi. Dövlət Proqramı istisna olmaqla yüzlərlə elan və reklam yolu ilə xaricə göndərişlərə nəzarət yox idi. Bir çox valideyn isə ucuz qiymətlərə aldanıb, övladlarını xaricdə təhsil almağa təhrik edirdilər.

Nəticədə valideynlərin pulu batır, bir sıra işbazlar isə bundan lazımınca yararlanırdılar. Saxta diplomlar əsasən köçürmələrlə daha çox bağlı idi. Qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan universitetlərinə attestat qiymətləri əsasında qəbul olunur. Sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunduqlarına ümid edirdilər. Hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərilib, dəqiqləşdirmə aparıldıqda məlum olurdu ki, həmin Universitetin lisenziyası belə yoxdur”.

Ekspert qeyd edib ki, bu sahədə görülən işlər sayəsində əvvəlki dövrlə müqayisədə saxta diplomla bağlı problemlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb:

"Saxta diplomların əksəriyyəti diaqnostik qiymətləndirmədə müəyyən olundu, hazırda da araşdırmalar davam etdirilir. Bir neçə ildir ki, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya şöbəsində diplomları bizdə tanınan 500 universitetin siyahısı hazırlanıb. Xaricdə təhsil almaq istəyən şəxslər həmin bölməyə girib baxa və hansı universitetlərin diplomlarının bizdə tanındığını öyrənə bilərlər. Amma əvvəllər belə bir şey yox idi. Küçələrdə, vitrinlərdə, mağazalarda elanlar vurulurdu. Həmin elanlara əsasən tələbələr xaricdə təhsil almağa gedir və ordan qayıdanda da ortada qalırdılar. Göründüyü kimi xarici diplomların tanınıb-tanınmaması məsələsi zaman-zaman müzakirə olunub və bu günün özündə də bu kimi hallar gündəm olaraq qalmaqda davam edir”.




Загрузка...
Həmçinin oxuyun:
Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb -AÇIQLAMA

Ötən il səhiyyə sahəsində 36 saxta diplom aşkarlanıb -AÇIQLAMA

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Xaricdə təhsil alanların diplomları hansı halda tanınmır?

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

Tanınan diplomlarla bağlı yeni məlumat bazası yaradılıb...

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu Azərbaycan universitetlərinin diplomları da Türkiyədə tanınmırmış – Boşa gedən illər

Bu Azərbaycan universitetlərinin diplomları da Türkiyədə tanınmırmış – Boşa gedən illər

Azərbaycandan saxta diplom alan “professor”a 55 il həbs verildi

Azərbaycandan saxta diplom alan “professor”a 55 il həbs verildi

“Gələn  ildən  xarici universitetlərin magistratura pilləsinə qəbul olan oğlanlar əsgər gedəcəklər” - EKSPERT

“Gələn ildən xarici universitetlərin magistratura pilləsinə qəbul olan oğlanlar əsgər gedəcəklər” - EKSPERT