Xəbərlər
22 iyun 2021
736


Peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramı davam edir

Peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə təlim proqramı davam edir

 

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi gələcək peşə təhsili menecerləri üçün təlim proqramı uğurla davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, "Peşə təhsilində liderlik və idarəetmə” proqramı onlayn və əyani sessiyalar olmaqla həftəlik 15 saat təşkil edir. Əyani təlimlər hər həftəsonu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Burada iştirakçılar peşə təhsil müəssisəsinin maddi-texniki bazası və xidmətləri ilə yerində tanış olmaq və birbaşa öyrənmək imkanı əldə edirlər.

Ötən həftələr ərzində proqram iştirakçıları effektiv liderlik, ictimaiyyətlə əlaqələr-işəgötürənlər, valideyn və digər hədəf qrupları ilə işin qurulması, idarəetmədə çevik alət və mexanizmlərin istifadəsi, həmçinin peşə təhsilində qabaqcıl beynəlxalq təcrübələr və data əsaslı yanaşmalar barədə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Proqramı uğurla başa vuran iştirakçılar peşə təhsil müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olacaqlar.

Peşəkar təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi "Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin təşkilinə dəstək olmaqdır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə sahəsində onlayn karyera təlimləri təşkil edilib

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə ixtisasları üzrə teledərslərin hazırlanmasında yeni təşəbbüs

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Dual peşə təhsili sahəsində Şərqi Avropa təcrübəsi öyrənilir

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Peşə təhsili üzrə həyata keçirilən layihə çərçivəsində konfrans

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Peşə Təhsil Mərkəzində təlimlər

Peşə Təhsil Mərkəzində təlimlər

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda peşə təhsilinin inkişafı ilə bağlı 3,4 milyon dollarlıq layihəyə start verilib

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Gəncədə sənaye emalatxanasının açılış mərasimi

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində təşkil edilən təlimlər üzrə qiymətləndirilmə keçirilib

“Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində təşkil edilən təlimlər üzrə qiymətləndirilmə keçirilib

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində

Koreya səfiri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində