Rayon qeydiyyatında olanlar paytaxtda I sinifə gedə bilərmi?
"Bakı şəhərində daimi qeydiyyatı olmayan şəxslərin övladları paytaxtda I sinifə gedə bilərlər”.
Bunu Təhsil Nazirliyinin İnformasiya təminatı sektorunun müdiri Namiq Ağayev bildirib.
Onun sözlərinə görə, valideynlər paytaxtda əksər məktəblərə sorğu verərək uşağını məktəbə qəbul etdirə bilər:
"Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur”.