AzTehsil.com


Xəbərlər
05 mart 2019
2 912


I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir



I sinfə qəbul zamanı işıq pulu qəbzi tələb edilir

 

Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur. Tətbiq edilən bu yenilik təkcə Bakı şəhərini əhatə edir. Artıq şagird qəbulunun başlamasına sayılı günlər qalmasına baxmayaraq, bir çox valideyn bu yenilikdən xəbərdar deyil və bunun hansı məqsədlə tətbiq edildiyini də bilmir.

13 mart tarixindən etibarən məktəblərə şagird qəbulu prosesinə start veriləcəyini nəzərə alaraq, məsələnin valideynlərə qaranlıq qalan məqamları ilə bağlı ekspert mövqeyini öyrəndik.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, tətbiq edilən yenilik məktəblərdəki sıxlığın aradan qaldırılmasına hesablanıb:

"Bakı şəhəri üzrə bir çox məktəblərdə şagird sıxlığı yaşanır. Çox insan övladını evinin yaxınlığında, yaşadığı ərazidə yerləşən məktəbə qoymaq əvəzinə evindən, yaşadığı yerdən çox uzaq, hansısa üstünlüklərinə əsasən seçdiyi məktəbdə qeydiyyatdan keçirmək istəyir. Bilirsiniz ki, müəyyən məktəblər var ki, onlara təlabat çoxdur, uzaq ərazilərdən də oralara uşaq gətirirlər. Belə olduğu halda məktəbin yerləşdiyi ərazidə yaşayan məktəblilər üçün həmin məktəbdə yer olmur, olduğu halda da həmin məktəbdə sıxlıq yaranır. Bu sagirdlərin qeyri-bərabər paylanmasıdır. Bu problemin aradan qaldırılması üçün məktəbə qəbulla bağlı yenilik tətbiq edilib.

Bu səbəbdən məktəbə qəbul üçün müraciət edən şagirdlərin valideynlərindən yaşadığı yerin işıq pulu qəbzi tələb ediləcək ki, həqiqətən də bu uşağın həmin ərazidə yaşadığı təsdiqlənsin. Bu təsdiqlənəndən sonra həmin məktəbə əvvəlcə yaxın yerləşən, həmin rayon üzrə qeydiyyatda olan uşaqlar götürüləcək. Əlavə yer qalacağı təqdirdə isə başqa müaciətlər də qəbul ediləcək”.

K.Əsədov bildirib ki, yenilik təkcə Bakı şəhərinə aiddir:

"İşıq pulu qəbzi ərazi üzrə olur. Onun olması həqiqətən də müraciət edənin o ərazidə yaşadığını təsdiq edir. Əgər Nərimanov rayonunda olan məktəbə ərazi prinsipi tətbiq olunsa, məsələn, Yasamal rayonunda yaşayan valideyn uşağı üçün Nərimanov rayonunda məktəb seçə bilməyəcək. Seçə bilməsi üçün məktəbin mikro-ərazisinə daxil olmalıdır. Yəni məktəbin yaxınlığında yaşamalı və ya qeydiyyatda olmalıdır. Sistem o zaman tələb edir ki, həqiqətən də orda yaşayırsansa, işıq pulu qəbzinin abonent kodunu yaz. Onda sistem üzrə həqiqətən də o əraziyə daxil olan kod olsa, sistem müraciəti qəbul edəcək”.

Aparılacaq prosesdən danışan ekspert bildirib ki, hazırda hansısa dövlət orta məktəbində məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir:

"Yalnız Bakı şəhərinin bir sıra məktəblərində uşaqların I sinfə qəbulu mikro-ərazi prinsipi əsasında aparılacaq. Valideyn övladını qeydiyyatdan keçirərkən sistemdə bu haqda müvafiq məlumat alacaq.

Daha sonra, Bakı şəhərindəki mikro-ərazi prinsipi tətbiq olunan məktəblərdə I sinfə onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbul üzrə üstünlük hüquqları təmin olunur:

– valideynləri (qanuni nümayəndələri) məktəbin müəyyən edilmiş mikro-ərazisində yaşayanlar;

– valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;

– bacı və qardaşları həmin məktəbdə oxuyanlar.

Ərazi prinsipi tətbiq olunan məktəblərin mikro-ərazisində daimi qeydiyyatda olmayanlar övladlarını yalnız həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər”.



Загрузка...
Həmçinin oxuyun:
Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Valideynlərə XƏBƏRDARLIQ - “Əgər övladlarınız...”

Valideynlərə XƏBƏRDARLIQ - “Əgər övladlarınız...”

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

Bakıdakı məktəblərin 10 faizində şagird sıxlığı var - NAZİR

Abşeron, Sumqayıt və Gəncədəki lisey, gimnaziyalarda I sinfə qəbul imtahansız keçiriləcək-RƏSMİ

Abşeron, Sumqayıt və Gəncədəki lisey, gimnaziyalarda I sinfə qəbul imtahansız keçiriləcək-RƏSMİ

Qəbul  zamanı  ərazi  prinsipi nəzərə alınacaq

Qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Bakı məktəblərində şagird sıxlığının səbəbləri açıqlanıb - VİDEO

Bakı məktəblərində şagird sıxlığının səbəbləri açıqlanıb - VİDEO

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbul üzrə 12 mindən çox sorğu yerləşdirilib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Bütün ölkədə 1-ci sinfə qəbulla bağlı - YENİLİK

Bütün ölkədə 1-ci sinfə qəbulla bağlı - YENİLİK

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib