AzTehsil.com


Xəbərlər / Valideyn
19 aprel 2021
3 538


Uşağa şiddət göstərən valideynləri bu cəza gözləyir



Uşağa şiddət göstərən valideynləri bu cəza gözləyir

 

"Valideynin uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətməsi, valideynin öz vəzifələrini yerinə yetirməməsi onun valideynlik hüququndan məhrum olunmasına gətirib çıxara bilir”.

Bunu Lent.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib. O, son günlər bütün sosial şəbəkələrdə müzakirə olunan azyaşlının atası tərəfindən mütəmadi olaraq şiddətə məruz qalması məsələsinə aydınlıq gətirib. Şamil Paşayev deyir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

"Uşaqların qayğısına qalmaq, uşaqların tərbiyəsi ilə məşğul olmaq valideynin borcudur və onu yerinə yetirməlidir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Xəsarətin nəticəsindən asılı olaraq valideyn inzibati məsuliyyətə eyni zamanda əgər xəsarət yüngül, az ağır olsa cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Əgər ata  və ananın ikisinin bir yerdə uşağa işgəncə verməsi faktı təsdiq olunarsa, belə olan halda cinayət məcəlləsinin 133-cü maddəsi ilə əzab vermə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Çox təəssüf ki, təkcə bu yox, gün ərzində bir neçə belə hadisə ilə qarşılaşırıq. Bəs, uşaqlara qarşı şiddətin çoxalma səbəbi nədir?

Psixoloq İlhamə Musaqızı Lent.az-a açıqlamasında şiddətin yaranma səbəblərindən danışıb:

"Hər bir insanın uşaqlıqdan qalma travmaları olur. Elə valideynlər var ki, uşaq vaxtı onlara qarşı çox şiddət olub. Və insan uşaq vaxtı olan hər şeyi yaddaşına yazır, unutmur. Həmin insan böyüyəndə bu onun xarakterində özünü büruzə verir. Uşaqlıqda gördüyü şiddəti, aldığı travmanı istər-istəməz ətrafında olanlar üzərində tətbiq edir. Bu onun həyat yoldaşı, ailəsi, uşaqları, dostları ola bilər. Şiddət təkcə fiziki yox həm də mənəvi olur. Valideyn uşağı onun hər hərəkətinə görə qınayır, danlayır, onlara rəğbətlənmə hissi vermirlər. Uşaqların hər hansı bir uğuruna sevinmirlər, yaxud bunu uşağa göstərmirlər. Bu da şiddətin bir növüdür. Bundan əlavə sözlü şiddət də var ki, uşağa "sən heç nə bacarmırsan”, "səndə alınan deyil” kimi ifadələr deyirlər. Və hamımızın bildiyi fiziki şiddət var. Bunu da uşağa əl qaldırmaq, onu döymək, zədələməklə müşahidə edirik”.

Sual yaranır: Valideynlər nələri bilməlidir? Psixoloq deyir ki, bu elə ən asanıdır:

"Valideynlər uşaqlarının hər bir uğurunda onları ruhlandırmalı, afərin deməyi unutmamalıdırlar. Uşaqların ən kiçik səhvində belə şiddət göstərmək əvəzində, onlarla birlikdə bu problemin öhdəsindən necə gəlmək lazım olduğuna çalışsınlar. Belə olduqda uşaqlar böyüyüb şəxsiyyət kimi formalaşanda qarşılarına çıxan problemləri aqressiya ilə yox, daha sakit və təmkinli həll edib yoluna qoymağa çalışacaqlar. Bu təkcə onların şəxsi həyatında deyil, təhsilində, işində də özünü göstərəcək, böyük kömək olacaq. Bir sözlə valideyn tərbiyəsi bir uşağı insan kimi formalaşmasında böyük rol oynayır”.



Загрузка...
Həmçinin oxuyun:
Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.

Uşağa səmimi şəfqət, nəvaziş göstərməklə valideyn ilk növbədə özünə böyük yaxşılıq edir.

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Ailədaxili şiddət məktəb dövründə belə öz mənfi təsirini göstərir.

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Hər dəcəl uşaq hiperaktiv uşaq deyil

Uşaqlara bunları demək olmaz!

Uşaqlara bunları demək olmaz!

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Düzgün  tərbiyə  qaydaları

Düzgün tərbiyə qaydaları

Uşağı yalnız bu halda döymək olar – Psixoloq

Uşağı yalnız bu halda döymək olar – Psixoloq

Uşaqları necə tərbiyə etməliyik?

Uşaqları necə tərbiyə etməliyik?

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Atası tərəfindən şiddətə məruz qalan uşaqla ba məqaləyəin başlığı:ğlı məsələ DİN-in nəzarətindədir - FOTO

Atası tərəfindən şiddətə məruz qalan uşaqla ba məqaləyəin başlığı:ğlı məsələ DİN-in nəzarətindədir - FOTO

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Valideynlər uşaq yetişdirərkən nələrə DİQQƏT ETMƏLİDİR?

Valideynlər uşaq yetişdirərkən nələrə DİQQƏT ETMƏLİDİR?

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir