Xəbərlər
05 aprel 2021
932

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına yeni sədr seçildi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ( AGMA) ümumi yığıncağı keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, yığıncağın qərarına əsasən, AGMA İctimai Birliyinin İdarə heyətinə yeni sədr seçilib. Bu vəzifəyə Rüfət Əsədzadə təyinat alıb.

Qeyd edək ki, Rüfət Əsədzadə 2012-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksini bitirib, həmin ildə Bakı Mühəndislik Universitetinə ingilis dilində kimya fakültəsinə qəbul olunub. 2017-2019-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında nano materiallar ixtisası üzrə magistratura pilləsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

7 ildən çoxdur ki, təhsil sahəsində çalışır. Hazırda Bakı-Oksford məktəbində kimya və təbiət fənlərini tədris edir. Eyni zamanda bu müəssisənin nəzdində fəaliyyət göstərən təlim mərkəzində müəllimlərin peşəkar inkişafı üzrə koordinator vəzifəsini icra edir.

Formal və qeyri-formal təhsil metodlarının tətbiq olunması və tədrisi istiqamətində ixtisaslaşıb. Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Macarıstan, Türkiyə və Ukraynada təhsil sahəsi ilə bağlı müxtəlif təlim və proqramların məzunu olub. "EduFriday" təhsil qurumunun rəhbəridir, həmçinin "Divarsız Məktəb” təhsil proqramı çərçivəsində uşaq, yeniyetmə və gənclərin inkişafı üzrə təhsilin məzmununa dəstək verir.

2020-ci ildən "Forest School Azerbaijan”da təhsil proqramlarının tətbiqi, təkmilləşdirilməsi və adaptasiyası üzrə işçi qrupuna rəhbərlik edir.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına qeydiyyat davam edir

Təhsil İnstitutuna yeni direktor təyinatı

Nazirlikdə yeni şöbə müdiri təyinatı- Novruzov kimdir?

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

Təhsil Nazirliyindən XİN-ə transferlər - Yeni nazir kadr dəyişikliklərinə başlayıb

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Bakı Dövlət Universiteti məzununun uğuru

18 yaşında magistr olan azərbaycanlı qızlar: Biri kimyaçı, biri isə diplomat

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Prezident təqaüdü alacaq 102 tələbə hansı ali məktəbləri seçib? -AÇIQLAMA

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Ən reytinqli məktəblər - SİYAHI

Ən reytinqli məktəblər - SİYAHI

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

Müəllimlərimizi tanıyaq – Hüseynov Tural Valeh oğlu

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir təyin olundu

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Həyatının uğur salnaməsini yazan gənclər

Təhsil Naziri yeni yaradılmış Agentliyə yeni sədr təyin etdi - FOTO