Bu mərhələdə uşaqlar gözləri ilə gördüklərini çəkməyə çalışırlar. Üzlər, çubuq şəkilli fiqurlar, avtomobillər, yük maşınları, ağaclar və evlər kimi ən sadə fiqurları çəkə bilərlər. Bu rəsmlərdə ümumiyyətlə real detallar yoxdur. Fikirlərini bir-birindən fərqləndirmək məqsədilə çəkdikləri evin önünə çiçəklər əlavə etməklə rəsmi sonlandıra bilərlər.
Bu mərhələdə bəzi sxemlər özünü biruzə verir. Məsələn, dəniz rəsmində balıqları, çimərlik topu, çimərlik kostyumu geyinən insanları və s. görmək olar. Rəsmi izah etmək üçün sözlər və işarələr əlavə edilə bilər. İnsan rəsmləri daha detallı təsvir olunacaq, məsələn üzdəki çillər. Dərin məna və realizm daha qabarıqdır.
Rəng seçimləri:
Qara və bənövşəyi hökmranlıq etməyi sevən və tələbkar uşaqlar tərəfindən bəyənilən rəngdirlərdir. Mavi rəngi sevənlər isə qayğıkeş təbiətə sahib olurlar ətraflarında çox insanın olmasından zövq alırlar.
Qırmızı həyəcan rəngidir, heç nədən kənarda qalmaq istəməyənlər tərəfindən bəyənilir və uşaqların istifadə edəcəyi ən məşhur rənglərdən biridir.
Çəhrayı uşağın sevgi və ehtirama ehtiyacı olduğunu göstərir və qızlar tərəfindən daha çox sevilir.
Yaşıl fərqli olmağı sevən və ağıllı və yaradıcılıq qabiliyyəti yüksək olan uşaqların üstünlük verdiyi rəngidir.
Sarı rəng yüksək zəkanı və gün kimi parlaq təbiəti ifadə edir.
Şəklin vərəqdəki yeri:
1) Əgər uşaq şəkli vərəqin sol küncündə çəkibsə, keçmişlə və qayğıyla bağlıdır. Bu həm də analarla bağlıdır.
2) Vərəqin sağ tərəfində çəkilən şəkil gələcəyi ünsiyyət ehtiyacını ifadə edir. Bu həm də atalarla bağlıdır.
3) Vərəqdə iri ölçülü bir rəsm yerləşdirən uşaq təmkinli və özünə əmindir, əksinə kağızın aşağı kənarında və ya bir küncdə kiçik fiqurlar çəkibsə, bu qeyri-əminlik hissini ifadə edir.
İmpulsiv uşaq: İri ölçülü fiqurlar,insan fiqurlarında boyun yoxdur və bədən asimmetrik çəkilib.
Narahat uşaq: Buludlar, yağış, uçan quşlar, insan/heyvan fiqurlarında göz yoxdur.
Utancaq uşaq: Qısa fiqurlar, burun və ağız yoxdur, kiçik fiqurlar və əllər bədənə yaxın çəkilib
Qəzəbli uşaq: Böyük əllər və dişlər, uzun qollar, çarpaz gözlər
Özünə inamsızlıq: Əyilmiş və biçimsiz, kiçik başlar, əllər yoxdur
Uşağınızı daha çox rəsm çəkməyə cəlb etmək üçün nə etməlisiniz?
Bunun bir neçə yolu var:
Şəkil çəkməyi oyun vaxtının bir hissəsi olaraq müntəzəm olaraq həyata keçirin. Onlara karandaşlar, qalın qələmlər və yuyula bilən markerlər kimi müxtəlif rəsm ləvazimatları təklif edin. Bəzən kağızları masanın üzərinə yapışdırmaq lazımdır ki, uşaq şəkil çəkərkən vərəq sürüşməsin.
Siz sadəcə prosesi müşahidə edin, təlimat verməyə ehtiyac yoxdur. İcazə verin ki, uşaq öz təxəyyülünü inkişaf etdirsin.
Yalnız nəticəyə deyil, prosesə də diqqət yetirin.Uşağınızın uğurlarını təqdir etmək əvəzinə, onlarla bərabər prosesdə iştirak edin. Ona daha mürəkkəb detalları çəkməyə və ya bir ev üçün uyğun rəngləri seçməyə kömək edin.
Uşağınıza güclü emosiyaları şəkillər vasitəsilə ifadə etməyi öyrədin. Məsələn, uşaq nəyəsə qəzəblənibsə, əsəbi adam şəkli çəkməklə bu hissləri ifadə edə bilər.
Uşağınızın çəkdiyi şəkilləri sərgiləyin. Bu, onun gördüyü işin dəyərləndirildiyini və vacib olduğunu bildirir.ilk5il.az