AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Müəllim
01 dekabr 2019
1 937


İnadkar Uşaqlarla Baş Etməyin Yolları



 

İnadkar davranışı əslində ata, ana və uşaq arasında bir savaş olaraq düşünə bilərik. 
 
Hansı ki, bu savaşın əsas səbəbi "kimin dediyi olacaq?” problemidir. Körpəlik dövründə uşaqların ata və anaya bağlılığı mövcud həqiqət olsa da yaş artdıqca uşaq istər – istəməz bağımsızlığa yönəlik böyüyür, sərbəst addımlar atır, ilk sözlərini ifadə edir, bununla əlaqəli olaraq da müəyyən çatışmalar, anlaşılmazlıqlar meydana gəlir. Onların bağımsızlıqlarının (sərbəstliklərinin) fərqində olmaları tədricən inadkarlığa yola açar və kəşf etməyə olan maraqlarını artırar.

"Mən Də Varam” Mesajı

Uşağın inkişafı, yeriməyə başlaması, muhitlə əlaqəsi, ətrafı kəşf etməsi, sərbəstliyə can atması onun həyatında bir dönüş nöqtəsidir. Əslində bunların hamısı "mən də varam” mesajıdır. Uşağın 18 – ci ayından etibarən əsas diqqət yönələn obyekt olduğunu dərk edir və işlər qaydasında getmədikdə əsəbləşər, başqalarının özündən fərqli istəkləri olduğunu anlamaz. Başqa uşaqlarla birgə oynayarkən onları itələyə və ya dişləyə bilər. Belə bir halla qarşılaşdıqda  tez müdaxilə edib dayandırmalısınız. Sizi və  ya başqasını dişlədikdə çox qısa bir açıqlama verib, onu olduğu yerdən uzaqlaşdırın. Sakitləşənə qədər onunla birlikdə qalın. Sizi yumşaltmaq üçün edəcəyi gülməli davranışları görüb həmin dəqiqə təslim olmayın ( davamı gələcəkdir ), əsəbləşdiyinizi bədən dili ilə hiss etdirin. Bu, davranışını dayandırmaq yerinə, etdiyinin doğru olduğunu düşündürə bilər. Əsasən dişləmə qısa çəkər, amma vurma uzun müddət davam edə bilir. Özünü ifadə etməyi öyrəndikcə, davranışının bəyənilmədiyini dərk edərək bu davranışını azaldacaq.

Övladınıza Sadə Dillə Və Sakitcə Açıqlama Verin

18 – 30 aylar arasında formalaşan inadlaşma, bəlkə də ilk 3 il ərzində ən çətin və həyəcanlı bir dövrdür. Uşağınızın bağımsızlığı üçün həm sərbəstliyə, həm də qaydalarla hərəkət etməsi vacibdir. Istədiyi şeyi niyə eləyə bilməməsini sadə bir dillə açıqlayın. Açıqlamlara rəğmən yenə də tərsliyi  davam edərsə reaksiya verməyin, diqqətini başqa şeylərə yönəldin. Inadlaşmağa davam edə bilər, amma siz ondan daha qərarlı olun, heç vaxt yox dediyiniz şeyə sonradan hə deməyin. Bun halda tərslik qalıcı ola bilər. Həmçinin bu münasibəti təkcə siz yox, həyat yoldaşınız, övladıza baxan dayə və s. də göstərməlidir. Onun sizin sevginizə, ona zaman ayırmağınıza ehtiyacı var. Bu ehtiyac ödənilməzsə daha inadkar, əsəbi ola bilər. Hər gün heç olmasa 45 dəqiqə, bir saat vaxtı ona sərf edin. Oyun saatları müəyyənləşdirin, məsələn, hər axşam müəyyən saatda onunla birgə maraqlı oyunlar oynayın. Ata – ananın rəğbətləndirmə və cəzalandırma üsulları da təsirli vasitədir. Cəzalandırmada əsas məqsəd uşağı sevdiyi şeydən qısa müddətdə məhrum etməkdir. Amma cəza dozasında olmalıdır. Həmçinin cəzanın uşağın yaşına və vəziyyətinə uyğun olması da önəmlidir. Əgər bir qərar aldınızsa mütləq tətbiq edin. Bəzən ata və analar çox üzülüb, aldıqları qərardan imtina edirlər. Bu hal uşaqların tərsliyini artıra bilər. Mükafatlandırma da eynilə normasında olmalıdır. Həddən çox mükafat uşağın təbiiliyini və yaradıcılığını əngəlləyər. Işlərin idarə olunmaz hala gəldiyini düşünürsüzsə bir psixoloq və pedaqoqdan yardım alın.
 cazibe.info 



Загрузка...