AzTehsil.com


Xəbərlər / Ekspert
29 noyabr 2020
877


"Gecəsi-gündüzü, şənbəsi-bazarı işləməklə, yaradıcılıq-quruculuqla keçirdi"-Nadir İsrafilov



 

Məlahət Mürşüdlünün ölüm xəbərini eşidəndə, ilk olaraq yadıma Alman yazıçısı Erix Mariya Remarkın  "Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir” sözləri yadıma düşdü. Bir anlığa öz-özümə düşündüm.  Məlahət xanım çətin yetmişinin çəmi iki ilini yaşadı, qalanı isə, öz-özünə getdi.

Onunla ilk tanışlığım 1987-ci ilin iyuluna təsadüf edir. Bakı şəhəri Nəsimi rayonuna Təhsil şöbəsinin müdiri vəzifəsinə yenicə tətin olunmuşdum. İlk qapımı açan da elə o oldu. Salamsız- kəlamsız "mən metodkabinetin müdiriyəm” deyərək, imzalamaq üçün bir yığın sənədi masamın üzərinə yığdı. "İcazə verərsən bir nəfəsimi dərim, sualıma isə "sabah şənbədir, dərindən nəfəs dərmək imkanınız olacaq"– cavabını verərək, sanki, sənədləri imzalamağımın sonunu gözləyirmiş kimi başımın üstünü kəsib durdu. Yaşda məndən böyük olmasını nəzərə alıb, dərinə getmədim. Sənədlərə qol çəkə-çəkə "bundan sonra işimiz var ki...,” deyə öz-özümə mızıldandım.

Demə, onun sərtliyi və "kobudluğu” barədə ilkin təəssüratlarım yanlış imiş. Ölkəmiz üçün ən ağır və ağrılı 4 ili birgə işlədik. Mən əsasən Qərbi Azərbaycandan didərgin düşmüş çoxsaylı məcburi köçkün həmvətənlərimizin məktəblərimizdə yerləşdirilməsi ilə bağlı kadr məsələləri ilə məşğul idim. Pedqoji proseslə əlaqədar digər  işləri isə o yerinə yetirirdi. Təhsil ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi idi. Gecəsi-gündüzü, şənbəsi-bazarı işləməklə, yaradıcılıq-quruculuqla keçirdi.
Respublikamızda dövlət müstəqilliyinin bərpası uğrunda gedən mübarizə illərində bəzən işdə görsənmirdi. Soruşanda ki, "Məlahət xanım hardaydın, işlər tökülüb qalıb axı...” heç bir şey olmamış kimi  cavab verərdi ki, "Nadir müəllim heç darıxıb eləmə, işlər öz qaydasına düşəcək, təki, istiqlalımıza qovuşaq, dövlət müstəqilliyimizi  bərpa edək.” Söz tapmadığımdan bir söz də deyə bilmirdim.

Bir müddət sonra məni o zamanlar Bakı şəhər Baş Təhsil İdarəsi adlanan, indiki Bakı şəhəri üzrə Təhsil idarəsinə keçirdilər, o isə həmin illərdə Respublikada geniş vüsət almış müəllimlər hərəkatının təşkilatçılarından birinə çevrildi.  Azad Müəllimlər Birliyinin yaradılmasında fəal iştirak edərək, 1992-ci ildə həmin təşkilatın həmsədrlərindən biri oldu. 1997-ci ildən isə sədri idi. Təşkilatın məqsədi - təhsil sistemini demokratikləşməsində və humanistləşməsində dünya pedaqoji texnologiyasında sınaqdan çıxmış forma və metodları öyrənib yaymaq, müəllimlərin elmi-pedaqoji, metodiki biliklərini təkmilləşdirmək, onları fasiləsiz ekoloji biliklərlə, vətəndaş təhsilinə aid informasiyalarla təmin etmək və təhsil işçilərinin sosial hüquqlarını müdafiə etmək idi.

Azərbaycan məktəb və pedaqoji fikir tarixinin öyrənilməsi, təbliği, təhsilin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində fəaliyyət göstərən tədqiqatçı-ekspert və fəal ictimaiyyətçi idi. 1992-ci ildə Təhsil qanununun hazırlanmasında və qəbul edilməsində fəal iştirak etmişdi. Uzunmüddətli "Təhsildən sonra Təhsil” proqramının və "Azsaylı xalqların təhsili” VEB saytının, 30-dan artıq elmi- pedaqoji, metodik yazıların, 1 monoqrafiyanın müəllifi idi. Onun redaktorluğu ilə 5 metodik vəsait hazırlanıb nəşr edilmişdi. 2001-ci ildən Avrasiya Təhsil QHT-ləri Birliyinin MDB üzrə koordinatorudur. BMT-nin UNİFEM proqramı çərçivəsində fəaliyyət göstərən "Koalisiya 1325”-in və Azərbaycan Avrointeqrasiya üzrə Milli İctimai Komitəsinin üzvü olub. 1999-2005-ci illər arasında 5 Beynəlxalq konfransda iştirak edib. 2000-ci ildə Türk Eyitim Sen təşkilatının "Eyitim Hizmet Ödülü” nə (Təhsilə Xidmət Mükafatı) layiq görülüb.

Təhsillə bağlı heç bir tədbirdən kənarda qalmazdı. Ona verilən bütün sualları cavablandırardı, Təhsil ekspertləri qrupunun təəssübkeşlərindən biri idi. Bütün həyatı boyu, bütün varlığı ilə təhsilə bağlı olan Məlahət Mürşüdlünün əziz xatirəsi uzun illər onu tanıyanların yaddaşından silinməyəcək.

Nadir İsrafilov



Загрузка...
Həmçinin oxuyun:
"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur

Vurğun Əyyub vəfat etdi

Vurğun Əyyub vəfat etdi

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü vəfat edib

Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü vəfat edib

İlk Azərbaycan dili müəlliməsi və  ilk Azərbaycan qadın jurnalisti .

İlk Azərbaycan dili müəlliməsi və ilk Azərbaycan qadın jurnalisti .

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Təhsil Nazirliyinə ən real namizəd

Təhsil Nazirliyinə ən real namizəd

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov

Keçmiş şöbə müdiri od püskürdü

Keçmiş şöbə müdiri od püskürdü

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Akademik Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb

Sadə müəllim, zəhmətkeş alim ömrü

Sadə müəllim, zəhmətkeş alim ömrü

Nadir İsrafilov  niyə  həbs edilmişdi ?

Nadir İsrafilov niyə həbs edilmişdi ?

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Nadir Israfilov: “Belə əməllər heç vaxt xatirələrdən silinmir…”

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Mənim ilk karyeramı “əngəlləyən” böyük insan...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”