AzTehsil.com


Xəbərlər / Ziyalılar
09 sentyabr 2020
1 714


Professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış”ı



 

Bu il sentyabrın 1-də təhsil ictimaiyyətinin sevincinə səbəb hadisə baş verdi. Belə ki, TAM (Teaching Advancement Matrix) təşkilatçılığı və Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə "Təhsildə Yeni Çağırışlar” adlı Beynəlxalq Forum keçirildi.
 
Yeni dövr üçün təhsildə keyfiyyətin yüksəldilməsi yolları Forumda müzakirə edildi. Forumda əsas məruzə ilə PISA (Program for International Student Assessment) direktoru Andreas Schleicher çıxış etdi. Forum "Youtube” üzərindən canlı yayımlandı, (https://youtube.com/watch?feature=youtu.be&v=KSv4b7XiOH4 ) 10 mindən çox insan izlədi. TAM –in baş direktoru Jəfər Mənsimli Forumu açaraq Formun məqsədini bəyan etdi və spikerləri salamladı. İctimai Şuranın sədri kimi mən də iştirakçıları salamlayaraq "Təhsilə baxışımızı dəyişməlidir” mövzusunda çıxış etdim. Beş dəqiqəlik çıxışa maraq çox olduğundan onu bir az geniş şəkildə Manevr.az -ın oxucularına təqdim edirəm.

Dünya haqqı nahaqdan ayırmaq gücünü itirməkdədir. Yaxşını pisdən, düzü əyridən, dostu düşməndən, alimi nadandan ayırmaq getdikcə çətinləşir. İlahi qadağalara əməl edilmir. Qarabağ problemi buna misal. Əzəli və əbədi azərbaycan torpağı olan Qarabağ (adından bəlli), beynəlxalq qurumların fəaliyyətsizliyi ucbatından mübahisə predmetinə çevrilib. Yalan danışmaq və yalanı zorla qəbul etdirmək şakəri bəzi dövlətlərin gündəlik siyasətinin tərkib hissəsini təşkil edir. Nəticədə mənəviyyat sürətlə aşılanır və bəşəriyyət mənəviyyat qıtlığı problemi yaşayır. Tanınmış leninqradlı yazıçı İvan Efremov hələ 1967-ci ildə vəziyyəti belə xarakterizə etmişdir: "dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaq”. Dəhşətli öncəgörmədir! Deməli, hamı hamını aldadacağı gün çox uzaqda deyilmiş. Bu günlərdə "Exo Moskvı” saytına verdiyi müsahibəsində Rusiyanın tanınmış siyasətçisi Yabloko paritiyasının sədri Qriqori Yavlinski deyir ki, onun ölkəsi "yalan və saxtakarlıqla çirklənən, mənfi nüfuza sahib olan tamamilə ləkələnmiş bir dövlət…” halına gətrilmişdir. Bu yerdə İ.Efremov başqa fikri də yada düşür: "imperiyaların, dövlətlərin və digər siyasi təşkilatların məhv olması mənaviyyətin itirilməsi ilə baş verir”.

Sual olunur, mənəviyyat gözümüz qarşısında niyə əriyir?

Düşüncəmə görə, mənəviyyat və bəşəri dəyərlər ona görə qiymətdən düşür ki, təhsilin doktrinası qüsurludur. Təhsil bəşəriyyəti düz istiqamətdə yönəldə bilmir. Ənənəvi təhsil konsepsiyasında qərarlaşmış fikir belədir ki, təhsilin gəncləri şəxsiyyət yönümlü yetişdirməkdir. İlk baxışda bu yanaşma xoş görünsə də, qüsurludur.
Belə ki, dünya iqtisadiyyatının 20%-ni kölgə iqtisadiyyatın əlindədir. Bu iqtisadiyyatın yönəldiciləri mürəkkəb kombinasiyaları qura bilən qara fikirli intellektual şəxsiyyətlərdir. Nəzərə almaq lazımdır ki, bu şəxslər də mövcud təhsil sisteminin yetişdirmələridir.
Bu deyilənlər döğrudursa, bəs onda təhsilin ali hədəfi nə olmalıdır?

Hesab edirəm ki, təhsilin ali məqsədi savadlı, bilikli şəxsiyyətlər yox, kamil insan yetişdirmək olmalıdır. Şəxsiyyət yönümlü təhsil həm bəşəriyyəti, həm də cəmiyyəti parçalayır. Bəşəriyyətin harmonik yaşamasını əngəlləyir. Kamil insanlardan təşkil olunmuş cəmiyyətlərdə prinsipcə parçalanma ola bilməz. Belə insanlar yetişdirmək üçün təhsilə baxış dəyişməlidir. Təhsil siyasəti və doktrinası dəyişməlidir.
Məlumdur ki, hər bir insan doğumla iki mənafe daşıyıcısıdır: şəxsi mənafe və ictimai mənafe. Kamilliyin meyarı olaraq ictimai mənafenin şəxsi mənafeyə olan nisbətin götürmək lazımdır:

Kamillik = ictimai mənafe : şəxsi mənafe

Kəsrin sürəti artdıqca insan kamilləşir, məxrəci artdıqca isə insan cahilləşir.

Təhsil vasitəsi ilə kamilliyi artırıb və ya azaltmaq mümkündür. A.Eynşteynə görə ABŞ təhsili pula itaət, sitayiş üzərində qurulubdur. Yəni ABŞ təhsili kəsrin məxrəcinə (şəxsi mənafeyə) işləyir. Avropa təhsili, fərqli olaraq insana, təbiətə qayğı üzərində (ümumi mənafe) qurulubdu, yəni kəsrin sürətinə işləyir.
Tarixdən misal: Makedoniyalı İsgəndər İranı fəth etməyə gedəndə qoşun yolda susuzluqdan əziyyət çəkir. Qəsəbələrin birindən keçəndə İsgəndərə bir tuluq su gətirirlər. İsgəndər suyun miqdarına baxır və qoşuna baxır, su içməkdən imtina edir. İsgəndər kəsrin məxrəcinə yox, sürətinə işləyir, qoşunun məhəbbətini qazanır, nəticədə uğur qazanır və tarixə adını yazır.

Günümüzdən misal. "Toy qalmaqalını” yada salın və ya ətrafınıza diqqətlə baxın. Adətən o insanlar tənqid atəşinə tutulurlar ki, onlar şəxsi mənfe daşıyıcılarıdı. Yeri düşdükcə dövlət mənafesini şəxsi mənafeyə satırlar. Belə insanlar CAHIL insanlardır. Var –dövlət yığmaqla xoşbəxt olmaq istəyirlər. Xalqın malın- dövlətin oğurlamaqla xoşbəxt olmaq qeyri mümkündür. Xoşbəxt olmaq üçün, ilk öncə başqalarını (ümumi halda xalqı) xoşbəxt etmək lazımdır. Xalqın sevdiyi insanlar o insanlardı ki, onlar ictmai mənafeyi şəxsi mənafedən üstün tuturlar. Belə insanlar KAMİL insanlardı. İnanıram ki, əgər bəşəriyyətdə hər iki nəfərdən biri kamil olarsa, onda cəmiyyətdə dava-dalaş, dünyada isə müharibə olmaz.

Beləliklə, mənəviyyatı və dəyərləri qoruyaraq, bəşəriyyətin harmonik inkişafını təmin etmək üçün təhsilə yeni baxış lazımdır. Təhsilin yeni doktrinasını təmin etmək üçün aşağıdakı konsepstual müddəalar təklif olunur.

1.Təhsil iqtisadiyyatdan yox, iqtisadiyyat təhsildən asılı olmalıdır.

2.Təhsil milli və bəşəri dəyərləri qorumalı və yeni dəyərlər yaratmalıdır. Mənəvi dəyərlər maddi dəyərlərə qurban verilməməlidir.

3.Mənəviyyatın aşılanmasının qarşısını almaq üçün tərbiyə probleminə yeni baxış lazımdır. Təhsil subyeklərinin (öyrədənin, öyrənənin və valideyinlərin) mükəmməl bildiyi tərbiyə müddaları (təqribən 10 müddəa ola bilər) "Tərbiyə manafesti”-ndə toplanmalıdır.

4.Məktəb pedaqoqika və psixoloqiyası elmlər sırasında ilk yerləri tutmalıdır. Öyrənmək, təkcə pedaqoji prosses deyil, həm də psixoloji prosesdir.

5.Tam orta təhsilli cəmiyyətdən tam ali təhsilli cəmiyyətə keçmək lazımdır. Gənclərimizin müxtəlif səbəblərdən xaricə axmaması üçün qəbul imtahanları sadələşməlidir.

6.Müharibə vaxtı ordu komandirləri hansı önəm daşıyırlarsa, əmin -əmanlıq (sülh) dövründə təhsil komandirləri (məktəb direktorları) da eyni önəm daşımalıdırlar.

7.Sülh dövrünün əmək qəhrəmanları müəllimlər olmalıdır. Qəhrəman olmaq üçün müəllim tədris etdiyi fənni bütün şagirdlərinə mükəmməl öyrədə bilməlidir. Şagird fənni ya əla bilməlidir, ya da yaxşı.

9.Sinifin potensialına nəzarət və müəllim fəaliyyətinin monitorinqi üçün yeni meyara ehtiyac vardır. Qurup halında təhsil ilə bərabər, fərdi təhsildən də istifadə edilməlidir. İllik proqramı mənimsəməyən şagird yuxarı sinifə keçməməlidir. Sovet ənənəsindən imtina etmək lazımdir.

P. S. Kamilliyə gedən yolun elmi-nəzəri əsasları mənim "Kamilləşən düşüncə” və "Путь к совершенству” kitablarımda geniş yazılıbdır.

Şahlar Əsgərov, professor,əməkdar elm xadimi, TN yanında İŞ sədri



Загрузка...
Həmçinin oxuyun:
"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"

"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Professor Şahlar Əsgərov: Təhsilin bəşəri inkişafda rolu

Professor Şahlar Əsgərov: Təhsilin bəşəri inkişafda rolu

"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT

"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Şahlar ƏSGƏROV: “Cəmiyyəti bu vəziyyətə 10 il, 20 il əvvəlki təhsil, indiki televiziyalar salıb”

Şahlar ƏSGƏROV: “Cəmiyyəti bu vəziyyətə 10 il, 20 il əvvəlki təhsil, indiki televiziyalar salıb”

Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır

Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu, çox zərərli bir hadisədir və bunun ağrısını hələ çox çəkəcəyik"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Uğur qazanmağın yolları

Uğur qazanmağın yolları

Şagirdlərdə  mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı  və səriştəliliyi

Şagirdlərdə mənəvi mədəniyyətin formalaşdırılması işində müəllimin peşəkarlığı və səriştəliliyi

Belə bir suala cavab axtaraq: yeri gələrsə müəllimi məktəbə, yoxsa məktəbi müəllimə qurban verəkmi?

Belə bir suala cavab axtaraq: yeri gələrsə müəllimi məktəbə, yoxsa məktəbi müəllimə qurban verəkmi?

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

“Səhər aşağı siniflərə, nahardan sonra yuxarı siniflərə dərs keçilsin” — TƏKLİF

Təhsil eksperti necə olmalıdır?

Təhsil eksperti necə olmalıdır?

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

“Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur”

“Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur”

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır