AzTehsil.com


Xəbərlər / Ekspert
14 yanvar 2019
3 317


Təhsil eksperti necə olmalıdır?



Təhsil eksperti necə olmalıdır?

 

 
Təhsil eksperti olmaq şərəfli işdir. Bu "adı” daşımaq üçün istənilən sahənin mütəxəssisi öz ixtisasını yüksək səviyyədə mənimsəməlidir. Əgər öz işini "4”-ə layiq bilirsə, onu ekspert adlandırmaq olmaz. Mütləq şəkildə istiqamətini "5”-ə layiq bilməlidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Şahlar Əsgərov deyib. O, "təhsil eksperti necə olmalıdır?” mövzusunda öz fikirlərini bildirib:

"Mənim ilk dəfə "təhsil eksperti» adlandırılmağım "Exo” qəzeti ilə bağlıdır. Həmin dövrlərdə tez-tez "Exo” qəzeti təhsillə bağlı fikirlərimi öyrənir, qəzetdə müxtəlif mövzularda açıqlamalarım dərc olunurdu. Orada təqdim edərkən "təhsil üzrə ekspert Şahlar Əsgərov” deye qeyd edirdilər. Açığı, əvvəllər bunu tam olaraq qəbul etməsəm də, bir müddət sonra fikrim dəyişdi.

 Kim ekspert olmalıdır?

 "Bəs, təhsil eksperti necə olmalıdır, hansı kriteriyaları özündə əks etdirməlidir?” sualına  professorun cavabı maraqlı olur:

"Hesab etdim ki, "təhsil eksperti” olmaq şərəfli işdir. Bu "adı” daşımaq üçün istənilən sahənin mütəxəssisi öz ixtisasını yüksək səviyyədə mənimsəməlidir. Əgər öz işini "4”-ə layiq bilirsə, onu ekspert adlandırmaq olmaz. Mütləq şəkildə istiqamətini "5”-ə layiq bilməlidir”.

"Ekspert”  adını  kimlər və haralar  müəyyənləşdirir?

Uzun müddət Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri olan Ş.Əsgərov  ekspertlərin "seçim prosesi”nə də toxunur:

 "Əlavə olaraq, qeyd edim ki, kimlərin təhsil eksperti olmasını konfranslar zamanı daha yaxşı müəyyən etmək olur. Deməli, beynəlxalq konfranslara dəvət məktubu göndəriləndə ekspertlik konfransda iştirak üçün seçilmə səbəbi kimi qeyd olunur. Məktublarda, adətən, "siz öz sahənizin bilicisi olduğunuz üçün sizi bu konfransa dəvət edirik” deyə qeyd olunur. Yəni, təhsil eksperti adını daşımaq üçün öz ixtisasını dərindən bilməli, onun bilicisi olmalısan.

Dünyanın hər yerdə olduğu kimi Azərbaycanda hər sahənin bilicisi var. İstər incəsənətdə - heykəltəraşlıq və rəssamlıq, istərsə də dəqiq və ya humanitar sahələr üzrə....”

Professordan ekspertə...

Şahlar Əsgərov Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub və orta təhsilini burada alıb. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  Fizika fakültəsini bitirdikdən sonra təyinatla universitetdə saxlanılıb.

1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur.

Xüsusilə ABŞ–ın kosmik tədqiqatlar üzrə baş idarəsi NASA (National Aeronautics and Space Administration) və AİAA (Amerika Aeronavtika və Astronavtika İnstitut) əməkdaşları kosmik gəmilər üçün ion mühərrikləri hazırlanmasında bu işlərdən geniş istifadə edirlər.

Ş. Əsgərovun Azərbaycanda əsasını qoyduğu ikinci elmi istiqamət fiziki elektronika və mikroelektronikaya aid olan metal – yarımkeçirici kontaktının (MYK) öyrənilməsidir. 1974 –cü ildə Danimarkanın Texniki Universitetində birillik staj keçmədə olarkən katod tozlanması sahəsində əldə etdiyi nəticələri metal – yarımkeçirici kontaktına tətbiq etmiş və kontakt üçün qeyri- bircins model təklif etmişdi. Bu istiqamətlərdə onun aldığı nəticələr çoxsaylı elmi məqalələrdə və ixtiralarda əks olunmuş, monoqrafik ədəbiyyatda, xülasə məqalələrdə yer alıb. Belə ki, Ukrayna və Moldova Elmlər Akademiyasının alimlərinin 1999 –cu ildə birgə çap etdirdikləri monoqrafiyada (E.Ф. Вагнер и др: Межфазные взаимодействия и механизмы деградации в структурах металл –İnP и металл - GaAs ) Ş.Əsgərovun familiyası dünyada bu sahənin yaradıcıları və baniləri sırasında çəkilib.

Həm birinci, həm ikinci elmi istiqamət üzrə o, 20-yə qədər dissertasiya işinə, 100-dən çox diplom işinə rəhbərlik edib. Bu səbəbdən də onun elmi fəaliyyəti haqqında məlumat Rusiyada çap olunan "Российские научные школы" ( т.3, стр.32, Москва, 2010) kitabının 32-ci səhifəsində verilib, elmi məktəbin banisi kimi "Научная школа имени Ш.Г.Аскерова" sertifikatı ilə təltif edilib. Həmçinin onun elmi fəaliyyəti və tərcümeyi halı "Выдающийся ученые России" enisklopediyasının 6-cı сildinə daxil edilib.

O, Bakı Dövlət Universitetində müəllim, dosent, dekan müavini, beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışıb. Hazırda BDU-nun professoru və 1990 –cı ildə yaratdığı "Amorf təbəqələr" elmi-tədqiqat laboratoriyasının elmi rəhbəridir.

Təhsil ekspertinin "gendəliyi”ndən

Son zamanlar Ş.Əsgərovun tədqiqatlar apardığı üçüncü sahə – təhsilin fəlsəfəsi, daha doğrusu sosial fəlsəfə və pedaqogikadır. Alim hesab edir ki, bugünkü dövlətimiz keçmiş dövlətin davamı olmadığı üçün, bugünkü təhsil də sovet təhsilinin davamı olmamalıdır. Yeni təhsil sistemi yaratmaq üçün əvvəlcə yeni təhsilin fəlsəfəsini yaratmaq lazımdır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi "Biliyin qiymətlən dirməsinin yeni şkalası", "Biliyin qiymətləndirməsinin yeni kriteriyası", "Pedaqogika üçün yeni paradiqma" və "Biliyin qiymətləndirməsinin fəlsəfəsi" kimi 20–yə yaxın məqalə 2009 –2010-cu illərdə Rusiyanın mötəbər aka demik jurnallarında çap edilib.

Tanınmış alimin fəlsəfi mövzulara da həsr olunmuş "Keçid dövrünə fəlsəfi baxış" (1998), "Milli birlik probleminə fəlsəfi baxış" (2001), "Təhsilimiz dünən, bu gün və sabah" (2003), "Düşüncə tərzi" (2008) və digər kitabları özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir.

Qeyd edək ki, professorun Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri də, onun 200-dən çox elmi, 700-dən artıq publisistik məqalənin, 11 kitabın, 3 monoqrafiyanın müəllifi olmasıdır. Onun nümuzmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentləri var.

Ş. Əsgərov 1995-2000-ci ildə, 2000-2005-ci ildə millət vəkili, 2000-2005-ci ildə Elm və təhsil məsələləri daimi komissiyasının sədri olub.



Загрузка...
Həmçinin oxuyun:
"Dərhal Şahlar müəllimə telefon açdım, prezidentin Milli Məclisə ünvanladığı təklifini ona bildirdim"

"Dərhal Şahlar müəllimə telefon açdım, prezidentin Milli Məclisə ünvanladığı təklifini ona bildirdim"

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Təhsilin beşinci problemi-Şahlar Əsgərov yazır....

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT

"Nazir təhsil müəssisələrinə obyekt kimi baxmamalıdır" -EKSPERT

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

"Rafiq Əliyev öz şərəfli ömründə elmə, elmi ilə də millətinə qulluq edib"

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident alimin vəfatı ilə əlaqədar başsağlığı verdi

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Texniki Universitetə yeni prorektor təyin olundu

Texniki Universitetə yeni prorektor təyin olundu

Görkəmli alimimiz Parisdə elmi konfransda çıxış edib

Görkəmli alimimiz Parisdə elmi konfransda çıxış edib

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Gömrük Akademiyasında rəis təyinatı - Qulu Novruzov kimdir? - DOSYE

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? -SİYAHI

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır

Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır