AzTehsil.com


Xəbərlər
15 aprel 2017
2 928


"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"



"Millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir"

 

Məktəbəqədər təhsilin fəlsəfəsinə dair...
 
Allah əxlaqı ilə əxlaqlanın.  
Hz. Məhəmməd
 
Düşüncələrinə görə insanları iki qrupa - ictimai mənafe və şəxsi mənfe daşıyıcılarına bölmək olar. Zaman və mühit düşüncəni dəyişə bilər. Eqaisti alturist və ya tərsinə, alturisti eqaist edə bilər. Müşahidələr göstərir ki, bakalavr səviyyəsindən xaricə təhsilə gedən gənclərimiz, maqistirlərlə müqayisədə vətənə həvəslə dönmürlər. Çünki xarici mühitin (mədəniyyətin) bakalavriatlara təsiri, maqistrlərlə müqayisədə daha güclüdür.
 
Sosial fəlsəfə sahəsində araşdırmalarıma riyazi forma vermək üçün yeni bir anlayışdan - kamillik faktordan istifadə edirəm. Bu anlayış ictimai mənafesinin şəxsi mənafeyəni nisbəti olub, riyazi olaraq belə ifadə olunur:
 
 Kamillik faktoru = ictimai mənafe / şəxsi mənafe
 
Kamillik faktoru 0 ilə ∞ (sonsuzluq) arasında dəyişir.  Təzə doğulan körpənin kamilliyi təqribən sıfır, ancaq hər şeyi bilən və hər şeyi görən Allahın (kamili Mütləqin) kamilliyi sonsuzdur. Kəsrin sürətini artırmaqla (vəya məxrəcini azaltmaqla) kamillik faktorunun qiymətini dəyişmək mümkündür. Bu işdə təhsil və tərbiyyənin rolu əvəzsisdir. Düsturundan görünür ki, nisbət nə qədər böyük olsa, cəmiyyət kamilliyə, nə qədər kiçik olarsa cahilliyə doğru gedər. Aydındır ki, tərbiyyə sistemi düz qurulanda kəsrin sürəti artar, səhv olanda isə məxrəci. 
 
 İnkişaf etmiş Qərb dövlətlərində kamil insan yetişdirmək üçün körpədən başlayıblar. 

Yüz illər öncə V. Hüqo deyirdi ki, uşaqları tərbiyyə etmək üçün anadan yox, nənədən başlamaq lazımdır. Bu niyyətlə məktəbəqədər təhsil müəssisələri açıblar və tərbiyyədə dayə praktikasından imtina ediblər. Dayə tərbiyəsi ilə evdə böyüyən, "qələm məmimdir”, "fincan mənimdir” (və bunun kimi) deyən uşaq, bağçada sosiallaşaraq "qələm bizimdir”, "fincan bizimdir” – deyir.  Beləliklə, yüz illərdi ki, Qərbdə təhsilin bünövrəsi  mükəmməl və sistemli tərbiyyə əsasında qurulub və 2 yaşından 18 yaşı əhatə edir. Çünki Jan Piajenin (JeanPiaget)  nəzəriyyəsinə görə  2 yaşından başlayaraq uşaqda düşüncə yaranır və 7 yaşına kimi inkişaf edir.
 
Bizdə orta təhsil müəsisələri Qərbin möhtəşəm məktəbləri ilə müqayisədə "alaçıq” tiplidir və bünövrəsi yoxdur. Varsa da çox zəifdir. Cəmi beş uşaqdan biri məktəbəqədər təhsil müəssisələrinə gedir. Finlandiyada bu göstrici  90, Kanada isə 85 %-dir. Bu günlərdə KİV-lər qəlbi dağlayan xəbər yaydı ki, ölkədə 500 uşaq bağçası başqa təyinatla fəaliyyət göstərir. Bu yerdə A.Makerenkonun dəyərli fikri yada düşür: "Uşaqlar bizim gələcəyimizdir. Düzgün tərbiyyə - bizim xoşbəxt gələcəyimiz, səhv tərbiyyə- bizim gələcək bəlalarımız, göz yaşlarımız və bizim başqa insanlar qarşısında günahımızdır”. Günahımız böyükdür.
 
Hesab edirəm ki, təhsil siyasətinin əsas müddəası və məqsədi ictimai mənafe ilə yüklənən gənclər yetişdirməkdir. Həzrəti peyğəmbərimizə görə hər doğulan uşaq İslam fitrəti üzrə doğulur. Bu konsepsiyaya görə təhsil "mənim” mənafeimi yox, "bizim” mənafemizi qorumağı tərbiyyə etməlidir. 
 
"Biz”kəlməsinin hikməti
 
ABŞ-ın 44-cü prezidenti Barak Obama 45 –ci prezident Donald Trampa xeyir – dua məktubunda: "Amerika hansısa bir insanın layihəsi deyil. Bizim demokratiyada ən güclü söz "biz" kəlməsidir” yazmışdı. Üstəlik B.Obama "biz xalqıq" (ABŞ Konstitusiyasının ilk sözləri), "biz qalib gələcəyik"(məşhur xalq mahnısı)  fikrlərini də məktuba əlavə etmişdir.
 
Uzun illərdi ki, mən də bu düşüncənin təbliğatçısıyam. İki misal çəkəcəm:
 
1. B. Obamanın istinad etdiyi, azadlıq uğrunda xalq mahnısı- "We shall overcame”15 il öncə"Təhsilimiz Dünən bu Gün və Sabah” (Bakı-2003) kitabımın 93 - ci səhifəsində çap edilmişdi: 
Biz qalib gələcəyik
Bir gün  gələcək ki,
Biz qalib gələcəyik!
 
Qısası, qalib gəlmək (və ya irəli çıxmaq) üçün, "mən” yox, "biz” düşüncəsi çox zəruridir.
 
2. Düz bir il öncə Səudiyyə Ərəbistanın baş müftüsü Şeyx Əbdüləziz əl-Şeyx şahmatla bağlı fətva vermişdi. Fətva şahmatın Islam dininə uyğun olmadığı, zaman itkisi olduğu və qumara təşviq etdiyi səbəbiylə qadağan edilməsinin vacib olduğunu bildirmişdi. 22.01.16 tarixdə FB–da, axına qarşı getdiyimi dərk edərək, bu fətvanı dəstəkləyən belə bir status paylaşdım:  
 
"Kamillik faktorunun işığında şahmat oyununa baxsaq görərik ki, şahmat şəxsi mənafeni inkişaf etdirir. Oyun əqli inkişaf etdirsə də, düşüncədə insanı şəxsi mənafe daşıyıcısına çevrir. Elə ingilislər futbolu (və bunun kimi bir neçə digər oyunları) ona görə kəşf ediblər ki, ictimai mənafe daşıyıcıların sayını artırsınlar. Bu deyilənləri əsas gətirərək Səudiyyə Ərəbstanının baş müftisi Şeyx Əbdüləziz əl-Şeyxin Fətvasını düzgün sayıram”.
 
Yeri gəmişkən əlavə edim ki, şahmat, güləş, boks, muğam oxumaq və bunun kimi idman və mədəniyyət hadisələri Şərq düşüncəsinin məhsuludur və fərdi qabiliyyətləri inkişaf etdirir. Amma, futbol, voleybol, xor oxumaq və b.k., Qərb düşüncəsinin məhsuludur və ictimai düşüncəni inkişaf etdirir. Bu mədəniyyətlər fərqi, fərqli düşüncəli toplum yaradılmasının əsas səbəbidir. Qoca tarixə diqqət yetirək. Bəşəriyyətin tarixi – ictimai mənafenin inkişaf tarixidir.  Tarix ictimai mənafe daşıyıcılarını yadda saxlayır. Koroğlu, Qaçaq Nəbi yaddaşlardadır,  o dövrün "oliqarxları” isə  yox...
 
Parlamentimizin gündəliyində "Məktəbəqədər təhsil haqqında” qanun müzakirəsi durur. Bu yazı ilə mən də bu müzakirələrə qoşuluram. Bu qanun Qərbdə"mən” düşüncəsini, "biz düşüncəsinə” çevirmək məqsədi daşıyır. Arzu edirəm ki, bu qanun da bizim sistemsiz tərbiyəni sistemli tərbiyəyyə, bünövrəsiz təhsilimizi isə bünövrəli təhsilə çevirə biləcək. İslam dünyasının geri qalma səbəblərindən əsası, bu təhsil blokunun olmamasıdır.
 
Dövlətimiz gənclərimizə 7 yaşından 18 yaşına qədər icbari təhsil verir və 2 - yaşla 7 yaş arasında tərbbiyə və təlimdə isə icbarilik yoxdur. Bu qanunla təhsilimizə möhkəm bünövrə qoyulur. Bu təməl nə qədər mükəmməl olacaqsa, ingilis filosofu Con Lokk dediyi kimi, xalq bir o qədər firavan yaşayar. Bir halda ki, söhbət ingilislərdən gedir, bu yerdə keçən əsrin ortalarında ölkəmizə rəhbərlik etmiş Mir Cəfər Bağırovun bir sözünü də yada salmaq yerinə düşər:  "...nəzərinizə çatdırmaq istəyirəm ki, ən qədim və ən təcrübəli kəşfiyyatçılar ingilislərdir. Onlar insanı gənclik və hətta uşaqlıq illərindən agent kimi ələ alırlar».  Bu fikirdən çox dəyərli nəticə çıxır: millət öz uşaq və gənclərinin təlim və tərbiyyəsini heç bir xarici ölkəyə etbar etməməlidir. Millət öz balalarına, öz millətinin alın təri ilə qazanılmış pulla təhsil verməlidir. 
 
Bu məqaləyə rus pedaqoqu Q.Volkovun bir fikri ilə son verirəm. Yadda qalsa yaxşıdır: "Xalqı ən təmiz halda uşaqlar təmsil edirlər. Uşaqlarda millilik ölərsə, bu artıq millətin ölməyə başlaması deməkdir”. Əlavə edək ki, başqa dildə də təlim -  təhsil çox zərərlidir. Qonşu Gürcüstanın təcrübəsini öyrənsək, bizə bəs edər.
 
Prof. Şahlar Əsgərov,
əməkdar elm xadimi
moderator.az



Загрузка...