AzTehsil.com


Xəbərlər / Müəllim
31 oktyabr 2019
1 954


İbtidai siniflərdə rus dili bölməsi ləğv olunmalıdır? –“Ciddi müəllim çatışmazlığı yaranar”



 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov mediaya müsahibəsində məktəblərdə ibtidai təhsilin rus bölməsində aparılmasının əleyhinə olduğunu bildirib. Bu fikri orta ümumtəhsil müəssisələrinin Rus bölməsində tədrisin bir sıra problemlərini aktuallaşdırıb.

"Alternativ ikidilli sistem yaratmaq mümkündür”

Mövzu ilə bağlı Aztehsil.az-a danışan təhsil eksperti Anar Məmmədov bu fikri dəstəkləməməsini belə əsaslandırıb:

"Şahlar müəllimin bu fikri niyə dediyi mənə aydındır. İstəyir ki, şagirdlərimiz öncə doğma dillərini öyrənsin, milli dəyərlərə meyl etsinlər.

Amma şagird gələcəkdə Rus bölməsini seçsə, bu addım onu geri sürükləyəcək. Bu fikrin düzgün olmasını heç cür ehtimal edə bilmirəm. Kimsə Rus dilini öyrənməyə gec başlaması normaldır. Amma Rus bölməsində IV sinifdən təhsil almağı düzgün hesab etmirəm.

Əvəzində buna alternativ ikidilli sistem yaratmaq mümkündür. Məsələn, Rus bölmələrinin ibtidai siniflərində  Azərbaycan və Rus dillərini birgə tədris etmək olar. Düzgün işlənilsə, bu yanaşma çox uğurlu olardı”.

"Rus bölməsinə hələ bağçadan qoymaq lazımdır”

Ekspertin fikrincə, valideyn övladını Rus bölməsinə qoymaq istəyirsə, hətta I sinifdə belə gecikmiş olur:

"Onu hələ bağçadan Rus bölməsinə qoymaq lazımdır. Şagirdi IV sinifdən Rus bölməsinə yerləşdirməklə hansısa problemi həll edəcəyimizi düşünmürəm. Onlarda milli düşüncənin inkişafı problemi IV sinifdən rus bölməsinə gəlməklə həll olunmayacaq.

Ümumiyyətlə, Rus bölməsinə axının güclü olduğunu görürük. Bu, uşaqların Azərbaycan bölməsinə gəlmələrinin qarşısını alır. Rus bölməsini seçən şagirdlərin sayını süni artırır. Bu isə gələcəkdə bizi çox ciddi problemlərlə üz – üzə qoya bilər. Rus bölməsində müəllim çatışmazlığının yaranma ehtimalı var. Aydındır ki, universitetlər gələcəkdə Rus bölməsinin tələbatını ödəyə biləcək yetərincə rusdilli müəllimlər məzun etmir. Buna görə də, təhsilin başbilənləri bu problemi öncədən düşünməli, hansı strateji addımları atacaqlarına qərara verməlidirlər”.

"Sektorlararsı fərqi aradan qaldırmaq üçün çox yaxşı şansdır”

Anar müəllimin fikrincə, bu süni axının qarşısını almaq üçün ikidilli sistemi tətbiq etmək olar:

"Məsələn, Rus bölməsində tədris Azərbaycan  və Rus, İngilis bölməsində isə Azərbaycan  və ingilis dillərində aparılmalıdır. Təbii ki, istənilən sektorda Azərbaycan ağırlığı və ədəbiyyatını saxlamaq şərtilə.

Bu, məktəb və proqramın spesifikasından asılı olaraq, dəyişə bilər. Təbii ki, bu sistem ciddi kurikulum üzərində işləmək, pilot addımlar atmaq zərurətini ortaya qoyacaq. Amma çox optimal yoldur. Məsələn, Azərbaycan ədəbiyyatı ana dilində, Rus ədəbiyyatı isə Rus dilində keçirilsin. Bundan əlavə, Rus bölməsində Riyaziyyat rusca, Azərbaycan tarixi isə azərbaycanca keçirilə bilər..

Bu, həm də sektorlararası fərqi aradan qaldırmaq üçün çox yaxşı şansdır. Şagirdlərin fərqli dillərə olan maraqları öz dəyərlərindən imtina hesabına başa gəlməməlidir.

Qısaca, IV sinifdən başlamaq kimi riskli addımı atmaz, bu təklifin leyhinə səs verməzdim. Amma istənilən halda arqumentləri dinləməyə dəyər”.

Qeyd edək ki, Şahlar Əsgərov İbtidai siniflərdə Rus bölməsinin ləğvi fikrini belə əsaslandırmışdı:                                                               

"Etnopedaqogiyanın məşhur mütəxəssisi Gennadi Volkovun gözəl bir ifadəsi var: "Xalqı ən təmiz formada uşaqlar təmsil edir. Milli uşaqlarda öldüsə, bu, millətin ölümünün başlanğıcı deməkdir. ” Ona görə də hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində, yəni ana dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz – Rus və ya İngilis təhsil sektoru. Bu, Gürcüstan və Baltikyanı ölkələrdə geniş tətbiq olunur. Bir millət birləşməlidir, dillərə bölünməməlidir”.Azedu



Загрузка...
Həmçinin oxuyun:
“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

Ekspert: "Təhsil Nazirliyində rus bölməsi üzrə kadr problemi var"

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Azərbaycan dilinə yuxarıdan aşağı baxırlar.

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Rus bölmələrinə maraq təhlükəli həddə - “Bu məktəblər ləğv olunmalıdır”

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Məktəb rəhbərliyi hansı halda valideynin seçimi ilə razılaşmaya bilər? -Uşaqların rus bölməsinə...

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

"Onda ibtidai sinfi qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir"

"Onda ibtidai sinfi qonşu Gürcüstandakı kimi 6 illik etmək zəruridir"

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Xanım deputat məktəblərdəki rus sektorlarına qarşı çıxdı

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

“Azərbaycanda rus bölmələri ləğv olunsun” - EKSPERT

Övladlarını rus bölməsində oxutmaq istəyənləri ən çox narahat edən məsələyə cavab verildi

Övladlarını rus bölməsində oxutmaq istəyənləri ən çox narahat edən məsələyə cavab verildi

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Bakı Təhsil İdarəsi: Bəzi məktəblərdə rus bölməsinin sayı Azərbaycan bölməsinə bərabərdir

Dövlət ümumtəhsil  məktəblərində  ingilis dili  bölməsinin açılması günün tələbidir.

Dövlət ümumtəhsil məktəblərində ingilis dili bölməsinin açılması günün tələbidir.

Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq

Rus dili müəllimləri diqqət!Seminar təşkil olunacaq

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Kamilə Əliyeva: “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun”

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Deputatdan gözlənilməz təklif - Azərbaycan məktəblərində rus bölməsi pullu olsun

Deputatdan gözlənilməz təklif - Azərbaycan məktəblərində rus bölməsi pullu olsun

Azərbaycan bölməsi üzrə plan yerləri artırılıb, lakin- Universitetlərdə qəribə ziddiyyət

Azərbaycan bölməsi üzrə plan yerləri artırılıb, lakin- Universitetlərdə qəribə ziddiyyət

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.