AzTehsil.com


Xəbərlər
21 aprel 2020
1 191


“Türk dünyasının coğrafiyası və etnosu”



“Türk dünyasının coğrafiyası və etnosu”

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun kollektivi öz fəaliyyətini karantin şəraitinə uyqun olaraq onlayn şəkildə davam etdirir.

İnstitutdan bildirilib ki, əməkdaşlar nəzərdə tutulan plan üzrə tədqiqatlarını aparmaqla  yanaşı,   "Türk dünyasının coğrafiyası  və etnosu”  kitabının üçüncü  cildi üzərində də  işlərini tamamlamağa çalışırlar.

Əvvəlcədən aparılan bölgüyə əsasən, institutun 20-dən artıq  alimi  öz  bölmələrini yazıb, elektron formada kitabın buraxılışına məsul,  institutun  elmi işlər  üzrə  direktor  müavini, dosent Məhərrəm Həsənova  göndərirlər. O,  hər bir bölməni  redaktə edir, ayrı-ayrı  dövlət və qurumların  coğrafiyası haqqında  verilmiş məlumatların  eyni sxem üzrə olmasını  gözləməklə onların üzərində işləyir və çapa hazırlayır.

Bildirilib ki, kitab son illər Coğrafiya İnstitutunun yerinə yetirdiyi və respublika miqyasından kənar ərazilərin coğrafiyasına həsr edilən ən mühüm işlərdən biridir.  Kitabın birinci cildi  2019-cu ildə çap edilib. Həmin cild, eyni zamanda  rus dilinə tərcümə olunub və nəşr edilərək oxucuların istifadəsinə verilib. Kitabın digər cildlərinin də rus dilinə tərcümə edilməsi və  MDB  məkanında yerləşən türkdilli dövlətlərə, eləcə də Rusiya Federasiyası tərkibindəki  milli türk qurumlarına göndərilməsi nəzərdə tutulur. Kitabın ikinci cildi də bu ilin əvvəllərində çapdan çıxıb.

"Regional  coğrafiya” adlanan və 3 fəsildən ibarət olan əsərin  birinci fəsli  müstəqil Türk  dövlətlərinə  həsr  edilib. Burada həmin dövlətlərin  həm fiziki, həm də  iqtisadi-sosial  coğrafiyası  haqqında məlumatlar öz əksini tapır.

İkinci fəsil Rusiya Federasiyası  tərkibində olan   milli türk qurumlarının,  o  cümlədən  Çin Xalq Respublikasının  tərkibindəki Sintsızyan-Uyğur Muxtar  rayonunun fiziki və iqtisadi-sosial coğrafiyasına həsr edilib. Kitabın üçüncü fəsli isə  müstəqil dövləti  və milli qurumu  olmayan türk xalqlarının coğrafiyasından bəhs edir.

M.Həsənov "Türk dünyasının coğrafiyası və etnosu”  üçcildliyinin  "Regional Coğrafiya”  adlanan bu  cildinin də  yüksək elmi keyfiyyətlə  hazırlanıb vaxtında çap edilərək oxuculara  çatdırılacağına əminliyini bildirib. muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Coğrafiya İnstitutu karantin dövründəki elmi və təşkilati fəaliyyətini açıqlayıb

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bişkek şəhərində səfərdədir

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Türk Milli Kültürü” kitabı Azərbaycan dilində

“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…

“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

ADU-da “Türk sonetləri” kitabının təqdimatı keçirildi

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Məktəblərdə yeni fənn tədris olunacaq? - Nazirlikdən açıqlama

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda distant dərslər davam edir

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunda distant dərslər davam edir

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

Esse müsabiqəsi elan edilib

Esse müsabiqəsi elan edilib

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib