AzTehsil.com


Xəbərlər
09 aprel 2020
1 122


İmtahanlar internetdə davam etsin



 

Britaniyalı tələbələr imtahanların internetdə təşkilni istəyir
Böyük Britaniyanın Ali Təhsil Siyasəti İnstitutu (HEPI-The Higher Education Policy Institute) "YouthSight" şirkəti ilə ali təhsil müəssisələrinin əyani şöbələrinin  1000-dən çox tələbəsi və 500-dən artıq abituriyent arasında COVID-19 pandemiyasının onların təhsil həyatına necə təsir etməsinə dair tədqiqat aparıb. Tələbələr arasında keçirilən sorğulara əsasən, xüsusən də yuxarı kurslarda oxuyanlar imtahanların ləğv edilməməsini və onlayn keçirilməsini dəstəkləyiblər. Tələbələrin yalnız 36% - i koronavirusun baş verməsi səbəbindən ilin qalan hissəsi üçün qiymətləndirmələrin ləğv edilməsinin zəruri olduğunu düşünür.

 İmtahanlar onlayn keçsin

Tələbələrin 42 faizi təhsil aldıqları universitetlərdə qiymətləndirmənin onlayn rejimdə davam etdirilməsini gözləyir, 17 faiz isə böhran başa çatana qədər imtahanların ləğv edilməsinə üstünlük verir.
 
Tələbələrin Milli Birliyi adlı qurum pandemiya ilə əlaqədar olaraq ali məktəbləri  I və II kurs tələbələri üçün imtahanları ləğv etməyə, son kursun məzunlarından ötrü isə onların əvvəlki nailiyyətləri əsasında qiymətləndirmə aparmağa çağırıb.
 Anket, həmçinin tələbənin hansı yaşda olmasından asılı olaraq perspektivdə cüzi bir dəyişikliyin olduğunu göstərib: birinci kurs tələbələrinin 44, ikinci kurs tələbələrinin 32, III kurs tələbələrinin 31 faizi qiymətləndirmələrin ləğv edilməsini düşünür.
 Anketə görə, tələbələrin əksəriyyəti universitetlərin onlarla ünsiyyət qurmasından məmnundur: 70 faiz ali təhsil müəssisəsinin koronavirus haqqında əldə etdiyi məlumatın aydın və ya çox aydın olduğunu, 18 faiz isə aydın və ya tamamilə aydın olmadığını ifadə edib.

 Tələbələr onlayn təlimdən razı qalıb

 Sorğu onu da göstərib ki, rəyi soruşulan tələbələrin 49 faizi əyani təhsil əvəzinə, təhsil aldıqları ali məktəbin təqdim etdiyi onlayn təlimdən razı qalıb. Tələbələrin 23 faizi təhsilin bu formasından narazı olub, 29 faizi  isə razı və ya narazı olduğunu dəqiqləşdirə bilməyib.
HEPİ həm də universitetlərin 500 abituriyenti arasında da sorğu keçirib və müəyyən olunub ki, onların 29 faizi pandemiyanın təsirindən seçdikləri universitetdə yer alacaqlarına az inamlıdırlar.
Bu il A səviyyəli imtahanlar ləğv olunduğundan, şagirdlər müəllimlərin qiymətləndirməsi, sinfin reytinqi və məktəblərinin əvvəlki nəticələri əsasında qiymət alacaqlar.
Sorğu göstərib ki, tələbələrin 20%-i indi daha çox əmindirlər ki, seçdikləri müəssisələrdə yer alacaqlar.

 Pandemiya tələbələrin seçiminə heç bir təsir göstərməyib

 Ehtimal edilir ki, tələbələrin yalnız 7 faizi  koronavirusa görə ilk  universitet seçimini dəyişdirəcək; 70 faiz isə bildirib ki, pandemiya onların seçiminə heç bir təsir göstərməyib.
HEPİ-nin siyasət və təbliğat məsələləri üzrə direktoru Reyçel Hyuitt bildirib ki, nəticələr pandemiya dövründə universitetlərin tələbələri və abituriyentləri çox yaxşı dəstəklədiyini göstərir.

"Onlayn təhsilin əhatəsini çox tez genişləndirməyimizə baxmayaraq, təhsil aldıqları qurumlardan narazı qalanların sayı azlıq təşkli edir. Həm abituriyentlər, həm də tələbələr pandemiya ilə bağlı dəqiq məlumatlara sahib olduqlarını hiss edirlər ",-deyə R. Hyuitt bildirib.
 Onun sözlərinə görə, ali məktəbə qəbul zamanı  abituriyentlərə büdcə yerləri ilə əlaqədar böyük əminlik lazımdır: "Çox vacibdir ki, hazırkı dövrdə məktəbdən kənarda qalanlar öz seçimlərinə görə universitetlərdən xaricdə qalmasınlar. Məlumatlar göstərir ki, bu məsələ abituriyentlərin kifayət qədər az  hissəsi üçün narahatçılıq doğurur".
Böyük Britaniyanın Universitetlər və Kolleclər Birliyinin baş katibi Co Qreydi abituriyentlərin hazırkı təhsil mərhələlərində yaranan əlverişsiz durumdan əziyyət çəkdiklərini və universitetə getdikləri zaman dəstəyə ehtiyac duyduqlarını bildirib: "Biz dəstək və təhlükəsizlik şəbəkələrini təmin etməliyik ki, tələbələr koronavirus böhranına görə əlverişsiz vəziyyətə düşməsinlər. Universitetlərdən zəmanət almaq istəyirik ki, öz nəticələrindən şikayət etmək və ya imtahan vermək istəyən tələbələr bu prosesdən keçərkən öz yerlərini universitetdə saxlaya bilsinlər".



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Qızlar daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub

Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Vasif Talıbov təhsil problemlərindən danışdı- Əcnəbi tələbələrin cəlbi üçün...

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Pedoqoji Universitetin rektoru tələbələrə əlçatandırmı...

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı AÇIQLANDI

Keçən il məktəbi bitirən məzunlardan neçəsinin attestat aldığı AÇIQLANDI

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

Pandemiya dövründə keyfiyyətli təhsilin təmin edilməsi

Bu tələbələrin qəbul imtahanında topladığı balı nəzərə alınmayacaq - SƏBƏB - VİDEO

Bu tələbələrin qəbul imtahanında topladığı balı nəzərə alınmayacaq - SƏBƏB - VİDEO

İqtisad Universiteti tələbələrdən özünə qiymət istədi...

İqtisad Universiteti tələbələrdən özünə qiymət istədi...

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

“Heç ali təhsilli müəllimlərə iş yoxdur, texnikumu bitirən nə iş görəcək?! "Mütəxəssisdən AÇIQLAMA

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Sumqayıt Dövlət Universitetinin rektoru tələbələrə əlçatandırmı...

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

ADA Universiteti təhsili onlayn rejimdə davam etdirir

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA