Bayram günlərindən sonra işə qayıtmaq heç də asan deyil. İstirahət günlərindən sonra işləməmək həvəsi bütün insanlarda rast gəlinən bir haldır. Psixoloqları sözügedən durumu "tətilsonrası sindrom” adlandırırlar.
Stressiz həyat ritminə qayıtmaq üçün bir neçə qaydaya əməl etmək lazımdır. Psixoloq Aydan Abdulbağıyevanın sözlərinə görə, işə uyğunlaşma hər bir insanda fərdi olaraq dəyişir və bayramı necə keçirməsindən birbaşa asılıdır: "Bayramdan öncə hamı istirahətini necə və harada keçirəcəyi ilə bağlı planlar qurur. Bir qrup insanda hər şey öncədən nəzərdə tutulduğu kimi alınır, digərlərinin planı isə baş tutmur. Maraqlısı odur ki, işə adaptasiya prosesi məhz ikinci qrup şəxslərdə daha yaxşı baş verir. Onlar yorğun və əhval-ruhiyyəsiz olsalar da iş rejimi onlara daha çox stimul verir. Bayramı planlaşdırdığı kimi keçirənlər isə uzun müddət istirahət ab-havasından çıxa bilmirlər, xatirələri və təəssüratları onları uzun müddət tərk etmir. Bu əhval-ruhiyyə təxminən ayın sonunadək davam edir”.
Tətil sonrası sindromdan qurtulmağın yolları
İlk həftə işdə nisbətən az yüklə çalışmaq lazımdır. Bu, tətil zamanı alınan enerji və müsbət emosiyaların birdən tükədilməsinin qarşısını ala bilər. Əksinə, bunların miqdarını artırmaq üçün ən yaxşısı sistemli idmanla məşğul olmaqdır.
Tətil sonrası sindromdan qurtulmağın yolları
"Tətilsonrası sindromu”ndan qurtulmaqda rəhbər şəxslərin də rolu az deyil. Aydan Abdulbağıyeva hesab edir ki, rəhbərlik tətildən sonra işçilərə qarşı tolerant davranmalı, ancaq tamamilə arxayınlığa, işə öyrəşməməyə göz yummamalıdır: "İşin birinci günündə əvvəldən yığılıb qalan, təcili görüləcək işlər də ola bilər. Rəhbərlik tətildən sonra birinci iş günü olduğunu nəzərə alıb, sağlam qərar verməlidir. İşçilərdə depressiya, diskomfort, aqressiya halları ola bilər. Belə halda məcburi görülən işdə qüsurlar özünü göstərəcək. İş prinsipindən asılı olaraq rəhbər şəxs işçilərin motivasiyası üçün kiçik addımlar ata bilər. Məsələn, məvacib artımı olmasa da, maaşları vaxtından bir gün əvvəl verə, istirahətdən işə qayıtdıqları ilk günlər işə təxminən 15 dəqiqə gec gəlib, tez çıxmağa icazə verməklə işçilərin adaptasiyasına yardım edə bilər. Məhz belə nüanslar iş əmsalını artıracaq”.
Tətil sonrası sindromdan qurtulmağın yolları
Təəccüblü deyil ki, bayram günlərində hərgünki rejim normadan çıxır, bəzən axşam qonaqlıqları və dostlarla görüşlər gecə yarısına qədər davam edir. Ona görə də tətildən sonra işə gecikməmək üçün tətilinizin son günləri özünüzü eyni saatda yatmağa və yuxudan oyanmağa məcbur edin.
Tətil sonrası sindromdan qurtulmağın yolları
Psixoloq işə adaptasiya prosesini sürətləndirmək üçün bəzi ipucları da verdi. Onun sözlərinə görə, iş otağında cüzi dəyişikliklər, o cümlədən bayram günlərində bədxərclik etməmək iş rejiminə uyğunlaşmaqda yardımçı ola bilər. İş kollektivində dostları və yaxınları olan insanlar isə digərləri ilə müqayisədə işə adaptasiya prosesində 1-0 öndədirlər.
amirxeyir.com