AzTehsil.com


Xəbərlər / Ekspert / Manşet
18 dekabr 2019
2 219


Azərbaycan abituryenti niyə dünyada ən şanssız gəncdir ?



 

Ölkədə 1992-ci ildən başlayaraq ali və orta ixtisas təhsilli müəssələrə qəbul test üsulu ilə keçirilir. Mənim özüm də 1992/1993-cu tədris ili üçün ilk dəfə test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq ali məktəbə qəbul olunmuşam.


Keçən 27 il ərzində bu sahədə kifayət qədər inkişaf olub , test üsulu təkmilləşib və bu proses davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi adlanır.

Hal-hazırda DİM ali təhsil müəssələrə 5 qrup üzrə 115 ixtisasa ( I qrup üzrə 44 ,II qrup üzrə 22 ,III qrup üzrə 26, IV qrup üzrə 18 ,V qrup üzrə 23) qəbul imtahanları təşkil edir.


Mənim sizin diqqətinizə çatdırmaq istədiyim məsələ DİM keçirtdiyi qəbul imtahanlarının texniki tərəfləri deyil , forma və məzmunu ilə bağlıdır.

Birmənalı şəkildə deyirəm ki, ali təhsil almaq istəyən Azərbaycan gənci peşə seçimi ilə bağlı dünyada ən şanssiz duruma buraxılıb.Belə ki ,ali təhsil almaq istəyən hər bir şəxs 5 qrupdan hər hansı birində göstərilən sayda ixtisaslardan 15-ni seçib imtahan verə bilər. Bu 15 ixtisas biri-birindən tam fərqlənə bilər. Məsələn I qrupda riyaziyyat müəllimliyindən başlayaraq mühəndisliyə qədər,II qrupda coğrafiya müəllimliyindən başlayaraq iqtisadçıya qədər,III qrupda tarix müəllimliyindən başlayaraq hüquqşunaslıq və ya tərcüməçiliyə qədər və s.

Bu peşələrin biri-birindən nə qədər fərqli olduğu aydın görünür. Və abituryentin hansı peşəyə yiyələnmək istəyi əsas deyil.Yəni sən kim olmaq istərdin ? Hansı peşəyə yiyələnmək istəyirsən ? –bu kimi sualların cavabı yoxdur. Kimin balı nə qədərdirsə ona uyğun olaraq peşə sahəsində oxumağa MƏHKUMdur gənclərimiz. Təsadüfi deyil ki,bugünki abituryentlərlər soruşanda ki, siz kim olmaq istəyirsiniz və ya hansı peşə sahibi olacaqsan –bu suallara cavab belə olur – I qrupa gedirəm,II qrupa hazırlaşıram və s.


Bu gün kölgə təhsilinin hökm sürdüyü bir zamanda ümumi təhsil pilləsində təhsil alan hər bir şəxsin valideyini bir ildə ən azı 1 500 manat repititorlara və ya hazırlıq kurslarına ödəmək məcburiyyətindədir. Ali məktəbin hər hansı bir arzulamadığı ixtisas üzrə qəbul olunan gənclərimiz məcburiyyət üzündən təhsil alırlar. Bu amil onların gələcəkdə təhsil aldıqları peşəyə maraqlarının olmaması ilə müşahidə olunur. Məcburi təhsil ,məcburi işləmə. Deyəcəksiniz ki, arzulamır oxumasın. Axı o abituryentin hazırlaşmasına ailə neçə illərdir ildə 1 500 manat xərcləyir ,və bu ailəni iqtisadi cəhətdən tükəndirir. Digər tərəfdən ictimai qınaq ...Filankəsin uşağı daxil ola bilmədi .. Fiankəs qəbul ola bilmədi ...və s.


NƏ ETMƏLİ ? Ölkədə 50-dən artıq ali məktəb var . Dediyimiz 115 ixtisas 6 dövlət universitetinin ( BDU,SDU,LDU,MDU,GDU,NDU ) və digər ali məktəblərin hər birində var. DİM ali məktəblərə qəbulu qruplar üzrə deyil ixtisaslar üzxrə keçirərsə bu problem aradan qalxar. Yəni kim tarix müəllimi olmaq istəyirsə ölkədə tarix müəllimi hazırlayan neçə ali məktəb varsa qoy sənəd versin. Deyək ki 24 ali məktəb tarix müəllimi hazırlayır.Qoy 24-nə də sənəd verə bilsin. Daha hüquqşunas olmaq istəyən gəlib tarix müəllimi olmasın. Və ya kimsə kimya və ya biologiya müəllimi olmaq istəyirsə ölkədə fəaliyyət göstərən ali məktəblərin neçəsində bu ixtisas varsa qoy sənəd versin müəllimliyə. Daha həkim olmaq istyən gəlib müəllim olmasın və s.

P.S . Düşünmək, fikirləşmək vaxtını əldən vermişik. Artıq hərəkətə keçmək, qəti addım atmağın vaxtıdır.Gecikirik.......


Elşən  Qafarov



Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

"II qrupa Ümumi tarixin salınmasını kim fikirləşibsə, məncə, Azərbaycan iqtisadiyyatının inkişaf etməsini istəmir"

"II qrupa Ümumi tarixin salınmasını kim fikirləşibsə, məncə, Azərbaycan iqtisadiyyatının inkişaf etməsini istəmir"

Orta ixtisas məktəblərinin tələbələri imtahansız ali məktəbə qəbul ola biləcəklər.

Orta ixtisas məktəblərinin tələbələri imtahansız ali məktəbə qəbul ola biləcəklər.

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

I VƏ III ixtisas qrupu üzrə sualların düzgün cavabları

I VƏ III ixtisas qrupu üzrə sualların düzgün cavabları

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

"Bal sistemi təhsilimizə zərbədir....Məqsəd nədir və bu qədər baş verənlər nəyə lazımdır bilinmir"

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Bu namizədlər avqustun1-dək qeydiyyatdan keçə bilərlər

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

600-dən çox bal toplayıb ali məktəbə daxil ola bilmədilər

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

III qrupda yüksək bal toplayıb qəbul ola bilmədilər...Boş qalan yerlərə seçimə bir gün qalıb

III qrupda yüksək bal toplayıb qəbul ola bilmədilər...Boş qalan yerlərə seçimə bir gün qalıb

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək