AzTehsil.com

Xəbərlər / Ekspert / Manşet / Əmək Məcəlləsi
04 dekabr 2019
10 770

Müəllimlərin həftəlik iş vaxtı necə müəyyən olunmalıdır ? Elşən Qafarov

Bu gün ümumi təhsilin istər idarə edilməsi ,istərsə də təşkili ilə bağlı hüquqi normativ bazada ciddi çatışmamazlıqların olması göz önündədir və bu çatışmamazlıqdan ən çox əziyyət çəkən təhsilin bütün tərəfri ,xüsusi ilə məktəb rəhbərləri və müəllimlərdir. Baxmayaraq ki 2009-2011-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi bir neçə ciddi normativ sənədlər qəbul etmişdilər.

2014-2015-ci illərdə sabiq Təhsil naziri Mikayıl Cabbarov hüquqi-normativ bazanın genişləndirilməsi ilə bağlı ciddi addımlar atsa da ,bu proses yarımçıq qaldı.

Bu günki mənzərə isə ondan ibarətdir ki, təhsil sahəsində , xüsusi ilə ümumi təhsil pilləsində hüquqi-normativ sənədlərin tam böyük əksəriyyəti biri-biri ilə uzlaşmır, fəaliyyətlərin təşkili ilə bağlı təlimatlar və qaydalar yoxdur..

Ümumi təhsildə yaranan narazlıqların əsas səbəblərindən biri də məhz bu qaydaların olmaması və ya olanların da biri-biri ilə uzlaşmamasıdır...

Bu gün danışacağım mövzu isə, ölkədə yeganə təhsil eksperti Nadir İsrafilovun məhz sabiq Təhsil naziri Mikayıl Cabbarovun vaxti ilə müəllimlərin iş vaxtı ilə baxlı söylədiyi fikri  paylaşması ilə bağlıdır...

Əvvəla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ( 1 iyul 2019-cu ildən qüvvədədir ) 93-cu maddəsinə nəzər salaq :

" Maddə 93. Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir ".

Göründüyü kimi müəllimlər həftəlik 36 saat iş həftəsi ilə işləyirlər.Əmək Qanunvericiliyi bunu deyir ...

Amma bu doğurdan da belədirmi ? Beynəlxalq təcrübədə necədir ?

Müəllimlərin həftəlik 36 saatlıq iş saatı iki hissəyə -audit olunmuş ( dərs bölgüsü üzrə həftəlik dərs saatları -həmin dərs saatlarına görə əmək stajı və təhsili nəzərə alınmaqla əmək haqqı aldığı ) hissə və audit olunmamış ( həftəlik 36 iş saatından dərs bölgüsü üzrə həftəlik dərs saatlarını çımaqla yerdə qalan saatlar. Nəzərə alaq ki , Müəllimin iş vaxtının norması astronomik saatla müəyyən edilir , amma bir dərs ( məşğələ ) saatının miqdarı 45 dəqiqədir.

Audit olunmamış iş saatlarında müəllim nə etməlidir ?

1.Fənnini tədris etdiyi siniflərdə təhsil alan şagirdlərin gündəlik təlim naliyyətləri ( biz buna formativ qiymətləndirmə deyirik ) ilə bağlı qeydlər etmək. Xaricdə bu iş elektronlaşıb. Yəni müəllimin yazdığı həmin qeydlər şagirdlərin şəxsi kabinetinə müəllimlər tərəfindən elektron qaydada yazılır ,eyni qayda ilə xüsusi blanklarda yazılı şəkildə qeyd ediılir.

2.Müəllim təlim naliyyətləri zəif olan şagirdlərə əlavə vaxt təyin edir , məşğul olur.( Repititorluq etmir-Bir müəllimin dərs dediyi şagirdə repititorluq etməsi OĞURLUQDUR ! - Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir. ( "Müəllimlərin etik davranış Qaydaları” 4.1.12.)

3.Müəllim istedadlı ( təlim naliyyətləri yüksək olan) şagirdlərin fərdi bacarıqlarının inkişafı ilə məşğul olmalıdır.

4. Müəllim öz peşakarlığı üzərində daim məşğul olmalıdır ( məktəblərdə "metodiki gün" adı ilə müəllimlərə verilən əlavə istirahət günləri ilə məktəb rəhbərləri Əmək Qanunvericiliyini kobud şəkildə pozurlar.Dövlət zatən 5 günlük iş həfətsi ilə işləyənlərə 2 gün , 6 günlük iş sistemi ilə işləyənlərə 1 gün istirahət günü verir.( Maddə 89. Tam iş vaxtı və onun müddəti 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.Maddə 90. Həftəlik tam iş vaxtının müəyyən edilməsi 1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. 2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. 3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.)

5.Müəllim məktəbin ictimai tədbirlərində fəal iştirak etməlidir ( Müəllimlərimizin tam böyük əksəriyyəti elə başa düşür ki , məktəblə bağlı nə varsa direktor və ya direktor müavinləri cavabdehdir)

6. Müəllim məktəbdaxili və ya qonşu məktəblərdə tətbiq edilən yeni təlim texnalogiyaları və metodları tədqiq etməli ,öyrənməlidir.

7.Müəllim səhər tezdən məktəbə MÜƏLLİM kimi daxil olmalı , iş günün sonunda məktəbi MÜƏLLİM kimi tərk etməlidir.

P,S. Təsadüfi deyil ki , dünyanın 1 nömrəli təhsil sisteminə malik Böyük Britaniya müəllimləri ( həftəlik 46 saatla işləyirlər ) və ya 2 nömrəli təhsil sisteminə malik olan Yaponiya müəllimləri (həftəlik 54 saatlıq iş həftəsi ilə işləyirlər) ən çox məktəb sənədləşməsindən narazıdırlar. Bizdə isə nəinki , məktəb direktorları , hətda RTŞ,ƏHMİ, TN əməkdaşları ümumi təhsil ilə bağlı sənədləşmədən ,qanunvericiliklə bağlı biliklərdən məlumatsızdırlar,ən yaxşı halda az məlumatlıdırlar...

Загрузка...
Həmçinin oxuyun:
İşçi qanunla hər gün neçə saat işləməlidir?

İşçi qanunla hər gün neçə saat işləməlidir?

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün   İş vaxtı və istirahət vaxtı

TEST 1 Direktor olmaq istəyənlər üçün İş vaxtı və istirahət vaxtı

Əmək münasibətlərinə aid 10 SUAL - 10  CAVAB

Əmək münasibətlərinə aid 10 SUAL - 10 CAVAB

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Körpə uşağı olan qadınlarla sınaq müddətinə Əmək Müqaviləsi bağlana bilərmi ?

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti

“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Qanun müddəalarındakı bu sözlər “təhsil”lə əvəz olunacaq – Rəsmi qərarlar

Qanun müddəalarındakı bu sözlər “təhsil”lə əvəz olunacaq – Rəsmi qərarlar

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı belə hesablanır – Nümunəli izahı

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Müqavilə müddəti analıq məzuniyyətində olduğu zaman bitən müəllim nə etməlidir? –Cavab

Müqavilə müddəti analıq məzuniyyətində olduğu zaman bitən müəllim nə etməlidir? –Cavab

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Novruz Məmmədov müəllimlərlə bağlı yeni qərar imzaladı

Novruz Məmmədov müəllimlərlə bağlı yeni qərar imzaladı