AzTehsil.com


Xəbərlər / Ekspert
14 sentyabr 2019
3 634


18 saata qaldırılan dərs yükü – Ekspertlərin rəyi



 

 
Ekspertlər qeyd edirlər ki, yeni qaydalara əsasən, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq

Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib. Normaların indiyədək olan variantına görə, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilmişdi. Yeni dəyişikliyə görə isə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) olacaq. İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilib. Bu qərar sentyabrın 15-dən qüvvəyə minir. Qeyd edək ki, qərarın adında, onun dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə aid edilməməsi ilə bağlı istisnalıq təşkil edən hissə çıxarılıb. Edilən dəyişikliklərin əhəmiyyətini və növbəti mərhələdə dərs saatlarında, müəllimlərin əmək haqqında nə kimi dəyişikliklərin olacağını öyrənməyə çalışdıq.

Təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, müəllimlərin dərs yükü normalarının dəyişdirilməsi və əməkhaqqının müəyyənləşdirilməsinə müxtəlif illərdə fərqli variantlar tətbiq olunub: "Hələ sovet dönəmində tətbiq olunan mövcud təlimata əsasən, müəllimin həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir, müəllim 1 stavka yarım dərs saatları ilə yüklənə, 240 saat saathesabı dərs apara bilirdi. Regionlarda və xüsusilə də ucqarlarda müəllim çatışmazlığı ilə əlaqədar 2 stavka dərs aparan müəllimlərimiz də az deyildi. Sonralar müəllimin həftəlik stavka dərs yükü 12 saata endirilirdi. Bir ara isə müəllimlərin dərs yükünə məhdudiyyət belə qoyulmadı.  "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli Sərəncamına əsasən Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik ondan ibarətdir ki, normaların indiyədək olan variantına görə, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat müəyyən edilmişdi. Yeni dəyişikliyə görə isə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü – 18 saat olacaq. İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü – 12 saat müəyyən edilib və qərarın adında onun dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə aid edilməməyi ilə bağlı istisnalıq təşkil edən hissə çıxarılıb. Bu da normal sayıla bilər və bunun təhsilin keyfiyyətinə hər hansı bir mənfi təsirin göstərə biləcəyini iddia etmək olmaz”. 
 
Təhsil eksperti Kamran Əsədov bildirir ki, diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər daha az əmək haqqı alacaq: "İlk növbədə qeyd edim ki, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə sərəncamı var idi. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimatı sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Amma bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərlə yanaşı, diaqnostik qiymətləndirilməsi aparılmayan müəllimlər də var idi. Hansı ki, onlar MİQ-dən kənar işə qəbul olmuşdular, bundan başqa onların diplomları dövlət nümunəli deyildi. Həmin müəllimlərin əmək haqqı 2015-ci ildə artırılmamışdı və onlar köhnə stavka ilə, bir stavka 12 saat olan tarif ilə əmək haqqı alırdılar, 6 saata qədər dərs deyə bilirdilər. İndi yeni qayda onların stavkasını 12 saatdan 18 saata qaldırdı, lakin dərs saatları artmadı. Bu da onların əmək haqqının ciddi şəkildə azalmasına gətirib çıxaracaq. Çünki onlar əvvəl köhnə 12 saatlıq stavka ilə 6 saat, yarım stavka dərs deyib pul alırdılarsa, indi onlar artım olmadan bu əmək haqqını alacaqlar. Həftəlik 1 stavka dərs yükü 18 saat olduğu üçün 490 manat bölünür dərs saatına və artımla o dərsin pulunu DQ-də iştirak edən, MİQ yolu ilə qəbul olan alır, amma bunlarda iştirak etməyən daha da az əmək haqqı alacaq. Belə ki, buna qədər MİQ-dən kənar işə qəbul olan, diplomu dövlət nümunəli olmayan 80-90-manat əmək haqqı alırdısa, indi bir az da az əmək haqqı alacaq. Belə izah edim ki, MİQ və DQ-də  iştirak edib işə qəbul olan həftəlik 1 stavka dərs yükü 18 saat olduğu üçün 490 manat bölünür 18 saata, 1 saatın məbləği tapılır və onu artımla alır. Amma MİQ və DQ-dən kənar qəbul olan, diplom dövlət nümunəli olmayanda təxminən 1 dərs saatı 8-9 manata gəlib çıxır”. 
 
Ekspertin sözlərinə görə, hazırkı dövrdə diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin dərs bölgüsü zamanı nəzərə alınır. Bu o deməkdir ki, diaqnostik qiymətləndirmənin nəticələri yüksək olan müəllim daha çox dərs saatı alacaq və bu da onun yüksək əmək haqqı almasına imkan verəcək: "Bu artımdan sonra təkcə Bakı şəhərində 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 465 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. Yeni artımdan sonra müəllimlərin əmək haqqı orta hesabla 77-99 manat artıb. İndi pedaqoji stajı 3 ilə qədər olan və bir stavka dərs yükü dərs deyən müəllim aylıq 462 manat, pedaqoji staj 18 ildən çox olan və bir stavka dərs yükü dərs deyən müəllim aylıq 594 manat əmək haqqı alacaq”.
 
kaspi.az



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib

Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib

Novruz Məmmədov müəllimlərlə bağlı yeni qərar imzaladı

Novruz Məmmədov müəllimlərlə bağlı yeni qərar imzaladı

“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti

“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəlllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Bu məktəblərdə çalışan müəllimlərin maaşı artdı

Bu məktəblərdə çalışan müəllimlərin maaşı artdı

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Nazirlikdən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü və maaşı barədə AÇIQLAMA

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Həmin müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin maaşı artırıldı - SƏRƏNCAM

Müəllimlərin dərs yükü azaldılacaq.

Müəllimlərin dərs yükü azaldılacaq.

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Bölgünü daha düzgün və ədalətli aparmaq üçün məktəb rəhbəri düsturdan istifadə edə bilər”.

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Nadir İsrafilov:  "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."

Nadir İsrafilov: "Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli,DQ-yə buraxılmayan müəllimlərin taleyinə aydınlıq gətirilməlidir."