AzTehsil.com

Mədəniyyət / Ekspert / Direktor / Müəllim
07 aprel 2025
753

Təhsil eksperti etiraz edən müəllimlərdən danışıb....



AzTehsil.com xəbər verir ki, Təhsil eksperti etiraz edən müəllimlərdən danışıb: “Niyə 30 ildə nəzarət edilmədi?”Son iki ayda 492 şəxs musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlər üçün keçirilən attestasiyadan keçə bilməyib.


Mədəniyyət Nazirliyindən verilən məlumata görə, fevral-mart aylarında keçirilən attestasiyanın ilkin mərhələsində 1675 nəfər iştirak edib ki, bu da attestasiyaya cəlb olunmalı müəllimlərin 95,2 faizini təşkil edir.


Attestasiyadan keçən 1183 müəllimin 650 nəfəri, başqa sözlə 55%-i bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək nəticə göstərib.


Həmçinin 492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 107 nəfər attestasiya komissiyasının bütün üzvləri, 273 müəllim bir nəfər (yerli həmkarlar təşkilatının nümayəndəsi) istisna olmaqla 4 komissiya üzvü tərəfindən tutduğu vəzifəyə uyğun olmayan kimi qiymətləndirilib.

112 nəfər təhsilverən isə komissiya üzvlərindən 2-si lehinə olmaqla, digər 3-ü tərəfindən tutduğu vəzifəyə uyğun hesab edilməyib.


Eyni zamanda attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təhsilverən təlimlərə cəlb olunmaq və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilmək imkanı veriləcək.


Tutduğu vəzifəyə uyğun hesab edilməmiş yaşı 60-dan yuxarı olan, eləcə də bir sıra ağır xəstəliyi olan müəllimlərin alternativ iş imkanlarının araşdırılması məqsədilə aidiyyəti regional mədəniyyət idarələrində komissiyalar yaradılacaq.


O da bildirilib ki, attestasiyadan keçə bilməyən 20-dən çox musiqi müəlliminin müəyyən səbəblərə görə əmək müqaviləsinə xitam verilməyəcək.


Sosial media hesablarında yayılan görüntülərə görə, sertifikasiya imtahanlarından keçə bilməyən 100-dən çox musiqi müəllimi etiraz edir.


Təhsil eksperti Kamran Əsədov bildirib ki, sertifikasiya təhsil sistemində keyfiyyəti artırmaq, müəllimlərin peşəkarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş bir vasitədir.Ekspert qeyd edib ki, bu, müasir təhsil idarəçiliyinin ayrılmaz hissəsidir və bu baxımdan tətbiqi zəruridir:


“Lakin Azərbaycan təhsil sistemində son illərdə müşahidə olunan sertifikasiya yanaşması məqsəd və mexanizm arasında dərin uçurum yaradıb. Müəllimləri sertifikasiya adı ilə kütləvi imtahanlara salan, ixtisas və metodika biliklərini ölçdüyünü iddia edən bir sistem var. Amma bu sistemin özünün legitimliyi, obyektivliyi və əxlaqi dayaqları ciddi suallar altındadır. İmtahanı keçirənlərin çoxu - sektor müdirləri, şöbə rəhbərləri, kuratorlar təəssüf ki, heç vaxt özləri belə bir imtahandan keçməyib. Onlar nə MİQ imtahanı veriblər, nə də Dövlət Qulluğu (DQ) imtahanında iştirak ediblər. Sadəcə vəzifəyə təyinatla, daxili tapşırıqlarla, ya da müsahibə adı ilə formalaşmış mexanizmlərlə vəzifəyə gəliblər. Bu isə o deməkdir ki, onlar müəllimlərə imtahan keçmə haqqını daşımaq üçün nə mənəvi, nə də peşəkar legitimliyə malikdirlər.


Ədalətsizlik burada başlayır: illərlə sinif otağında çalışmış, yüzlərlə şagird yetişdirmiş müəllimlərə “sən bu ixtisasa layiq deyilsən” deyənlər – ixtisası olmayan, ali pedaqoji təhsili olmayan, sistemin içindən yox, üstündən gələn şəxslərdir. Bu, həm təhsilin içində olan insanlara, həm də ümumiyyətlə cəmiyyətin müəllim institutuna qarşı hörmətsizlikdir”.


Kamran Əsədovun sözlərinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsində açıq şəkildə göstərilir ki, dövlət müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini dəstəkləməli, bu prosesin davamlı inkişafını təmin etməlidir:


“Amma indiki sertifikasiya mexanizmi inkişaf yox, sıralamadan çıxarma, cəzalandırma və ələmə funksiyasını yerinə yetirir. Bu isə qanunun ruhuna və təhsilin mahiyyətinə ziddir. Sertifikasiya imtahanlarının nəticələrinə baxdıqda, bəzi rayonlarda müəllimlərin 60–70%-nin aşağı bal toplaması göstərilir. Bu vəziyyətin səbəbi kimi müəllimlərin savadsızlığı göstərilir. Amma sual verilməlidir: imtahan materialları real tədris proqramına, fənn kurikulumuna uyğun idimi? Qiymətləndirmə meyarları pedaqoji baxımdan əsaslandırılmışdımı? Ən önəmlisi – bu imtahanın keçirilmə qaydalarını müəyyən edən şəxslər hansı ixtisas və səriştəyə malikdirlər? Bu prosesdə ən dramatik məqam isə budur: müəllim 30 il məktəbdə dərs deyib, sonda ona deyirlər ki, sən sertifikasiya keçmədin, artıq sistem üçün yararsızsan.


Bəs niyə həmin 30 ildə bu müəllimin göstəricilərinə, fəaliyyətinə nəzarət edilmədi? Niyə bu gün o müəllim bir kağız vərəqinə yazılmış suallarla qiymətləndirilir, amma imtahanı təşkil edən şəxslər heç bir formada qiymətləndirilmirlər? Daha da ironik olan budur ki, sektor müdirləri arasında, nazirlik aparatında çalışan bəzi şəxslər illərlə dövlət qulluğu imtahanına düşə bilmir, imtahan verib keçə bilmirlər, amma müəllimlərə “peşəkar deyilsən” deyə hökm oxuyurlar.Müəllimlər imtahanla alınır, imtahanla dəyərləndirilir, amma həmin müəllimlərə hökm oxuyanlar çox zaman tapşırıqla, daxili əmr əsasında oturublar və heç bir səriştə yoxlamasına məruz qalmayıblar. Əgər doğrudan da keyfiyyəti artırmaq istəyiriksə, o zaman bu proses təkcə müəllimə yox, bütün sistemə şamil olunmalıdır. Müəllim sertifikasiya imtahanı verirsə, imtahanı təşkil edənlər də ictimai, hüquqi və peşəkar imtahandan keçməlidir. Əks halda bu, sadəcə adalətsizliyin rəsmi mexanizmi olacaq.


Sertifikasiya imtahanı keçirmək olar, amma bu proses şəffaf, mərhələli, məqsədyönlü və qarşılıqlı hesabatlılıq prinsipi ilə aparılmalıdır. Ən vacib şərt isə: imtahanı keçirənlər, sistemi idarə edənlər özləri də eyni meyarlarla yoxlanmalıdırlar. Əks halda, bu sistem nə müəllimi inkişaf etdirəcək, nə də təhsili. Əksinə, müəllimi bezdirəcək, məktəbi tərk etməyə sövq edəcək və gələcəkdə bu peşəyə olan marağı daha da azaldacaq. Yazıqdır müəllimlər – yalnız qiymətləndirilməli deyillər, həm də qiymətləndirilməyə layiq yanaşma görməlidirlər”.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Mədəniyyət idarələrində komissiyalar yaradılacaq

Mədəniyyət idarələrində komissiyalar yaradılacaq

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Musiqi məktəblərində müəllimlər işdən çıxarılır? - Nazirlik AYDINLIQ GƏTİRİB

Musiqi məktəblərində müəllimlər işdən çıxarılır? - Nazirlik AYDINLIQ GƏTİRİB

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

İohann Sebastyan Bax ağdamlıdırmı ?

İohann Sebastyan Bax ağdamlıdırmı ?

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

“İnnovativ məktəb direktorları” layihəsi direktorların müraciətinə açıq elan edilir!

Musiqi və incəsənət müəllimlərinin attestasiya nəticələri açıqlanıb

Musiqi və incəsənət müəllimlərinin attestasiya nəticələri açıqlanıb

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi