"Aprel döyüşləri” mövzusunda açıq dərs keçirilib
AzTehsil.com xəbər verir ki, Quba şəhər A.Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb liseydə aprel şəhidlərinin xatirəsinə aid dərslər keçirilmişdir. Vətən uğrunda canını fəda edən şəhidlərimizi və Aprel döyüşlərində qalibiyyət əldə edən qəhrəmanlarımızı unutmamalıyıq. 2016-cı ilin Aprel döyüşləri, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin təntənəsidir. Biz hər zaman şəhidlərimizin xatirəsini uca tutacaq, onların göstərdiyi igidliyi gələcək nəsillərə ötürəcəyik.