Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib
Noyabrın 14-də Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Gülnarə Əliyeva tərəfindən Azərbaycan dili fənnindən "Mehriban səma” mövzusunda açıq dərs kecirilib. Dərsdə şagirdlər "Bulud”, "Yağış”, "Günəş”, "Səma” adda 4 qrupa bölünüblər. Şagirdlərə "Səma Necə olur?” təqdiqat sualı ünvanlanıb. Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.
Dərsdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti Samirə Mahmudova və müəllimlər müşahidəçi qismində iştirak ediblər.