AzTehsil.com

Mədəniyyət / Cəmiyyət / Yazarlar / Xəbərlər / Ziyalılar / Digər Elan
20 mart 2025
589

Görkəmli dramaturq Cəfər Cabbarlının doğum günüdür



Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının anadan olmasından 126 il ötür.

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub. Onun ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşayıb.

Hələ ibtidai sinifdə oxuyarkən Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də şeir yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır.

Şairin ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ildə çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin noyabrın 5-i 1911-ci il tariöli 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.

1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazır, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edir.

"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" pyesini yazır.

Şairin "Oqtay Eloğlu", "Gülzar", "Dilarə", "Dilbər", "Sevil", "Almaz", "Yaşar", "Dönüş" və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis edib.

AzTehsil.com xəbər verir ki, Şair 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurub. Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.

C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, "Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı, gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi".

İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat edib.



Həmçinin oxuyun:
Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Bu gün Cəfər Cabbarlının doğum günüdür

Bu gün Cəfər Cabbarlının doğum günüdür

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Ruhumuzu titrədən mahnıların müəllifi -  Cahangir Cahangirov

Ruhumuzu titrədən mahnıların müəllifi - Cahangir Cahangirov

Xalq şairi Səməd Vurğunun anım günüdür

Xalq şairi Səməd Vurğunun anım günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Xalq şairi Səməd Vurğunun doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

“İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin  dərk etməyəcəyi ifadələr yer alır” – “Sos” siqnalı

“İbtidai və məktəbəqədər təhsil kitablarında uşaq beyninin dərk etməyəcəyi ifadələr yer alır” – “Sos” siqnalı

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal maarifçilik fəaliyyəti

Necə tələbkar oxucu ola bilərik ?

Necə tələbkar oxucu ola bilərik ?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Görkəmli şair Mirmehdi Seyidzadənin 110 iliyi qeyd olunub

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri