AzTehsil.com

Mədəniyyət / Cəmiyyət / Bakalavr / Magistr / Qabaqcıl təcrübə / Xəbərlər / İnnovasiyalar / İKT
19 mart 2025
300

Azərbaycanlı tələbələr Türkiyənin peyk texnologiyaları ilə tanış olublar



Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) nəzdində fəaliyyət göstərən Kosmik Akademiya tərəfindən həyata keçirilən təcrübə mübadiləsi proqramının iştirakçıları Ankarada peyk texnologiyalarının hazırlanması sahəsində Türkiyənin aparıcı özəl şirkətlərindən biri olan “Plan S”i ziyarət ediblər.

Azərbaycan Təhsil Nazirliyi, ölkəmizin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qrupu ilə əməkdaşlıq çərçivəsində, Türkiyənin “Gökmen” aerokosmik və aviasiya mərkəzinin dəstəyi ilə həyata keçirilən proqramın 26 iştirakçısına türk şirkətinin layihələri və gələcək planları barədə ətraflı məlumat verilib.

“Plan S” nümayəndələri azərbaycanlı tələbələri maraqlandıran sualları cavablandırıblar.

AzTehsil.com xəbər verir ki, proqram iştirakçılarından biri, Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsi İmran Quliyev AZƏRTAC-la söhbəti zamanı təcrübə mübadiləsi proqramının təşkilatçılarına təşəkkürünü bildirib.


"Türkiyənin aparıcı müdafiə və aerokosmik sənaye şirkətlərinin istehsal imkanları ilə tanış olmaq, qardaş ölkənin mütəxəssislərinin innovativ yanaşmalarını və mühəndislik həllərini öyrənmək, proqram iştirakçılarının bilik və təcrübə qazanması üçün böyük fürsətdir”, - deyə o qeyd edib.


İ.Quliyev beşgünlük təcrübə mübadiləsi proqramı sayəsində azərbaycanlı tələbələrin praktiki bacarıqlarını inkişaf etdirəcəyinə və əldə edilmiş biliklərini möhkəmləndirəcəyinə əmin olduğunu vurğulayıb.


"Bizə Türkiyənin iri aerokosmik və müdafiə sənayesi şirkətlərinin istehsalat laboratoriyalarında olmaq, aviasiya simulyatorlarını sınaqdan keçirmək imkanı yaradıldı. Bu, bizi çox təsirləndirdi”, - deyə o əlavə edib.


Azərbaycan Texniki Universitetinin tələbəsi Əlyoldaş Əmiraslanlı isə bildirib ki, bu cür proqramlar Azərbaycan üçün müasir kadr bazasının formalaşdırılmasına ciddi töhfə verir və gənc mütəxəssislərə aparıcı xarici şirkətlərin imkanlarını öyrənmək, bilik və bacarıqlarını artırmaq üçün böyük şans yaradır.


Proqram çərçivəsində azərbaycanlı tələbələr daha sonra Ankarada “Roketsan” müdafiə sənayesi şirkətini də ziyarət ediblər.


Azərbaycanlı tələbələrin texnoloji sahələrdə nəzəri və praktiki biliklərini artırmağı hədəfləyən səfər proqramı martın 19-dək davam edəcək və Bursa, Ankara və İstanbul şəhərlərində fəaliyyət göstərən müxtəlif şirkətləri əhatə edəcək.



Həmçinin oxuyun:
NASA-nın forumuna dəvət alan azərbaycanlı

NASA-nın forumuna dəvət alan azərbaycanlı

Qədim Türklərdə – Hunlarda  və Göytürklərdə tərbiyə

Qədim Türklərdə – Hunlarda və Göytürklərdə tərbiyə

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycanlı tələbə: Ən böyük arzum ölkəmin kosmik sahə üzrə inkişafına töhfə verməkdir

Azərbaycanlı tələbə: Ən böyük arzum ölkəmin kosmik sahə üzrə inkişafına töhfə verməkdir

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüş

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

Riyaziyyat fənninin tədrisində müasir təlim texnologiyalarının tətbiqi

2022-ci təqvim ili rəqəmlərdə

2022-ci təqvim ili rəqəmlərdə