AzTehsil.com

Magistr / Tədbirlər / Yazarlar / Xəbərlər / İnnovasiyalar
18 mart 2025
361

BDU-da Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının və Azərbaycan Milli İnkişafı Naminə (AMİN) İctimai Birliyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr edilmiş “Seyyidi-ecazdəm” (“Möcüzə nəfəsli Seyyid”) adlı ədəbi-bədii tədbir təşkil olunub.

AzTehsil.com xəbər verir ki, bu haqda BDU-dan verilən məlumat yayıb. Elmi Kitabxananın direktoru Nigar İsmayılova kitabxanada şairlərin silsilə yubiley tədbirlərinin keçirilməsinin sevindirici və faydalı olduğunu qeyd edib, bunun Seyid Əzim Şirvaninin 190 illik yubileyinə ilk töhfə olduğunu nəzərə çatdırıb.

AMİN İctimai Birliyinin sədri, Elmi Kitabxananın baş biblioqrafı, şair tədqiqatçı Məcid Heydərli (Seyyid Əsri) Məhəmməd Füzulinin Seyid Əzim yaradıcılığına təsiri barədə çıxış edib. Şairin təxəllüsünün onun şerlərinin vəznindən çıxış edərək məhz “Seyyid” şəklində olduğunu xatırladan Məcid Heydərli klassik divanların tədqiqində ilkin mənbədən istifadənin, əski əlifba və bəlağət bilgisinin vacibliyini önə çəkib.

BDU-nun Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov belə tədbirlərin müasir gəncliyi klassik irs ilə bağlayan bir körpü olduğunu vurğulayıb, İctimai Birliyin Elmi Kitabxana ilə əməkdaşlığına uğurlar arzulayıb. Lənkəran Dövlət Universitetinin magistrantı, İctimai Birliyin nəzdində “Vəfa” ədəbi məclisinin sədri, şair, filoloq Məhəmməd Nuri dahi şairin Qövsi, Nişat, Nabi, Zakir və digər böyük söz ustadlarına yazdığı nəzirələrinin ədəbi məziyyətlərindən söz açıb. O, Seyid Əzim Şirvaninin farsca divanını tərcümə etdiyini və onun tezliklə işıq üzü görəcəyini bildirib.

Filologiya fakültəsinin tələbəsi - şair Selcan Təvvabi “Seyid Əzim Şirvaninin “Həzrət İbrahim əhvalatı” məsnəvisi - multikultral və tolerant dəyərlərin ədəbi təbliğ örnəyi” adlı məruzə edib. Fakültənin digər tələbəsi - şair Məcid Dövri, Elmi Kitabxananın əməkdaşı Hicran Fərhadova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, tədqiqatçı şair İmran Beyti çıxışlarında Seyid Əzim Şirvaninin böyük maarifçi kimi milli fikir tarixində silinməz iz buraxdığını qeyd ediblər.

Tədbirin bədii hissəsində Şərqşünaslıq fakültəsinin tələbəsi - gənc şair Elmar Şahid şairin qəzəlinə yazdığı təzmin-nəzirəni səsləndirib. Filologiya fakültəsinin tələbələri - aparıcı Aydan Aslanlı və Səyahət Məhərrəmova Seyid Əzimin yaradıcılığından qəzəllər söyləyiblər.

Sonda şairin əsərlərindən ibarət kitab sərgisinə baxış keçirilib.

Həmçinin oxuyun:
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Sadə müəllim, zəhmətkeş alim ömrü

Sadə müəllim, zəhmətkeş alim ömrü

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Güllük kənd tam orta məktəbində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş “20 Yanvar-Qan Yaddaşımız” adlı silsilə tədbirlər keçirilib

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Əhməd Zeynallı adına 302 saylı tam orta məktəbdə  “Talassemiyasız həyat naminə” adlı xeyriyyə konserti keçirilib .

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

“Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” aşıq sənəti üzrə onlayn ustad dərslər

Gəncə şəhər 25 №-li tam orta məktəbdə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir təşkil olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

MEK-də “Beynəlxalq ərəb dili” gününə həsr həsr olunan tədbir keçirilib

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.

Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər

BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cocuq Mərcanlıya səfər edib

Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Dahi Lütfi Zadə - 97 il tamam oldu

Dahi Lütfi Zadə - 97 il tamam oldu