AzTehsil.com


Xəbərlər
04 dekabr 2019
1 584


BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri



  BDU -nun 100 illik yubileyi münasibətilə keçirilmiş müsabiqənin qalibləri

 

Dekabrın 3-də Bakı Dövlət Universitetinin (BDU) yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq universitetin öz məzunları üçün keçirdiyi "BDU xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi "100 ilin zirvəsində” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mektebgushesi.az xəbər verir ki, tədbiri giriş sözü ilə rektor Elçin Babayev açaraq 100 yaşlı universitetin tarixinə nəzər salıb. Bildirib ki, 100 il bir zərrədir, zərrədən də kiçikdir. Amma onun ictimai-siyasi, elm-təhsil mühitinə verdiyi töhfədən danışırıqsa, 100 illik tarix kifayət qədər zəngin və əhəmiyyətli bir dövrdür. Müxtəlif formatlarda keçirilən yubiley tədbirləri haqqında məlumat verən rektor yekun tədbirin Prezident İlham Əliyevin iştirakı ilə noyabrın 26-da qeyd edildiyini bildirərək dövlət başçısının yubiley tədbirində iştirakını universitetin timsalında elmə, təhsilə böyük dəstək, xüsusi münasibət kimi qiymətləndirib.
 
Universitetin 100 illiyinə həsr olunmuş Məzun Forumundan və yekun olaraq məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün "Beynəlxalq Məzun Assosiasiyası”nın yaradılmasından danışan rektor yubileylə əlaqədar kitabların nəşr olunduğunu, "Bakı Universiteti” qəzetinin xüsusi buraxılışının hazırlandığını, pul sikkələrinin və markaların buraxıldığını diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetinin məzunu statusunu daşımağın şərəfli olduğunu vurğulayan rektor "100 ilin zirvəsində” adlı müsabiqədə qalib olanların əsasən universitet məzunları olduğunu bildirib.

Müsabiqəyə təqdim edilmiş yazılar və xatirələr haqqında məlumat verən rektor yazıların münsiflər heyəti tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.

Sonra qaliblər elan edilib. KİV nümayəndələri arasında elan edilmiş "100 ilin zirvəsində” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov "Bu universitet bir palıd ağacına oxşar ki…” yazısına görə 1-ci yerə layiq görülüb. Real TV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı "Mənim universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli "Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova "Mənim doğma universitetim”, "525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva "Əsrin zirvəsində parlayan elm ocağı” və "Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu "Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” yazılarına görə 3-cü yerin qalibi olublar.

Birinci yerin qalibinə 1000, ikinci yerin qaliblərinin hər birinə 500, üçüncü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim edilib.

Tədbirdə Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayevə "İllərin tarixi” adlı radioverilişinə, "İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynovaya "BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qərimana "Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslıya "Müqəddəs məkanım mənim” adlı yazılarına görə 200 manat pul mükafatı və universitetin xüsusi diplomu təqdim olunub.

Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, "Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov "100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə "Qovuşacağımız günə az qaldı” yazılarına görə mükafatlandırılıblar.

Tədbirdə universitet məzunları arasında elan edilmiş "BDU xatirələrdə” müsabiqəsinin qalibləri də elan edilib. Birinci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva, ikinci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Polis İdarəsi Təhlükəsizlik şöbəsinin əməkdaşı İbrahim Karataş, üçüncü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, "Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.

Qaliblərdən bəzilərinin yazısı "Bakı Universiteti” qəzetinin "BDU-100” xüsusi buraxılışında dərc olunub.

Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli və digər çıxış edənlər qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıblar.



Загрузка...
Həmçinin oxuyun:
BDU  müsabiqə elan etdi

BDU müsabiqə elan etdi

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

BDU-nun yataqxanası nə vaxt tikiləcək? - Rektor açıqladı

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

100 yaşlı maarif işığı

100 yaşlı maarif işığı

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

BDU Fransanın Lyon 2 Universiteti ilə ikili diplom verəcək

Jurnalist övladları da tələbə adı qazandılar

Jurnalist övladları da tələbə adı qazandılar

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Təhsil naziri UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

BDU-da bu qədər elmi iş müdafiə olunub – Prorektordan AÇIQLAMA

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

BDU-da tədqiqat

BDU-da tədqiqat

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

BDU-da tələbə-jurnalistlər Azərbaycan və ingilis dillərində həftəlik xəbər buraxılışları hazırlayırlar

BDU-nun kafedra müdiri işdən azad edildi

BDU-nun kafedra müdiri işdən azad edildi

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

BDU-nun yeni rektoru ilk tədbirini keçirdi

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb