AzTehsil.com


Xəbərlər
27 noyabr 2019
1 529


Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası



Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

 

Noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə elm və təhsilin inteqrasiyası (ISE-2019) mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı açan ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru, akademik Roald Saqdeyev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev mövzunun aktuallığından danışıblar.

Tədbirdə Roald Saqdeyevin "İnteqrasiya edilmiş tədqiqat və təhsil yanaşmasında ən yaxşı təcrübələr” mövzusunda məruzəsi dinlənilib. Alim müvafiq sahədə ali təhsil müəssisələrinin rolunu qeyd edib, bununla bağlı Azərbaycanda aparılan işləri yüksək qiymətləndirib.

İsraildən Holon Texnologiya İnstitutunun prezidenti, professor Eduard Yakubov "İnnovasiya, texnologiya və sahibkarlıq əsrində ali təhsil və tədqiqat” mövzusunda çıxış edib. O, ali təhsilin və tədqiqatların müasir dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğulayıb, tədrisin müvafiq istiqamətlərdə qurulmasına dair fikirlərini bölüşüb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycanda təhsilin inkişafı üçün qanunvericilik bazasından danışıb. Ölkə rəhbərliyi tərəfindən elmin və təhsilin inkişafına göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq uğurlar qazanıldığını bildirib.

Kembric Molekulyar biologiya laboratoriyasının (MRC) müdiri, professor Qərib Mürşüdov "Elm və təhsil arasında əlaqələr: tədqiqat institutları və təhsil universitetləri” mövzusunda çıxış edib.

Səudiyyə Ərəbistanı Kral Fahd Neft və Mineral Universiteti, Neft Mühəndisliyi və Geologiya Elmləri Kollecinin fakültə üzvü, geologiya elmi proqramının rəhbəri Cek Dvorkin "Fundamental elm və aspirantura: rəqəmsal geologiya nümunələri əsasında” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda, həmçinin "Clarivate Analytics” şirkətinin təmsilçisi Nik Turnerin "Tədqiqatların ölçülməsi və innovasiyaların tətbiqi: Bakı Dövlət Universiteti "Web of Science” prizmasından”, Pakistan COMSATS Universitetinin Elm fakültəsindən professor Arşad Salem Bhattinin "İslamabad COMSATS Universitetində elm və təhsil”, Türkiyənin Akdeniz Universitetinin Kənd təsərrüfatı biotexnologiyası departamentindən professor Tərlan Məmmədovun "Müasir molekulyar biotexnologiyanın gücü: səhiyyə, kənd təsərrüfatı, ərzaq istehsalı və sənaye sahələrində tətbiqi”, BDU-nun Fizika fakültəsindən Şahlar Əsgərovun "Bakı Dövlət Universitetində dəqiq və texniki elmlərin tədrisində təhsil və elmin vəhdəti”, Koreya Respublikası Pusan Milli Universitetinin Molekulyar biologiya departamentindən İsmayıl Zülfüqarovun "Bilik və bacarıq, öyrətmə və yoxlama - şəxsi perspektivlər” mövzularında məruzələri dinlənilib.

 

AZƏRTAC



Загрузка...
Həmçinin oxuyun:
Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Lənkəran Dövlət Universitetində “Novruz mühazirəsi” keçirilib

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Bakı Dövlət Universitetində görkəmli alim Qoşqar Əhmədovun 100 illik yubileyi qeyd olunub

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bakı Dövlət Universiteti ilə bağlı SƏRƏNCAM

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

BDU-da tədqiqat

BDU-da tədqiqat

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Gələcək elm- Bacaracağıqmı?

Gələcək elm- Bacaracağıqmı?

Riyaziyyatçılar Bakıda toplaşacaq - 43 ölkədən 243 alimin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

Riyaziyyatçılar Bakıda toplaşacaq - 43 ölkədən 243 alimin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar

Azərbaycan ali məktəblərinin nümayəndələri TDU-nun 100 illik yubiley tədbirlərinə qatılıblar