AzTehsil.com

Karyera / Cəmiyyət / Ekspert / Maraqlı / Xəbərlər / Müəllim / Magistr
28 mart 2025
55

Gələcəkdə müəllimlər üçün magistratura təhsili vacib ola bilər



Son illərə qədər orta ixtisas təhsil müəssisələrində pedaqoji yönümlü kadr hazırlığı həyata keçirilirdi. Burada ibtidai sinif müəllimliyi, o cümlədən, məktəbəqədər təlim-tərbiyə, həmçinin, lap əvvəllər xarici dil, eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə tədris aparılırdı. İndi isə yalnız məktəbəqədər təlim-tərbiyə, təsviri incəsənət müəllimliyi, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasları orta ixtisas təhsil müəssisələrində tədris edilir. Bu ixtisasların kolleclərdə qalmasının tərəfdarı deyiləm. Şəxssiyətlərin hazırlığının ilkin təməli əgər təhsil müəssisəsində qurulursa, o halda bütün pedaqoji heyət daha çox bilik və bacarıqlara sahib olmalıdır. Ona görə də orta ixtisas təhsili yox, bakalavr təhsili lazımlıdır. Çünki 2-3 il ərzində hər hansısa bir ixtisas üzrə pedaqoji təhsili mənimsəyib, məzun olub sonra əmək fəaliyyətinə başlamaqla nəyisə əldə etmək o qədər də uğurlu olmur. Biz bunu keçirilən sertifikasiya imtahanlarında da görürük ki, əksər orta ixtisaslı müəllimlər aşağı nəticə əldə ediblər. Düzdür, istisnalar var. Öz üzərində çalışıb, özünü inkişaf etdirən müəllimlər mövcuddur ki, onların nəticələri uğurludur. Ancaq bunlar çox az saydadır, barmaqla sayılacaq həddədir.Bu fikrin həm də ona görə üstündə dururam ki, bizdə kolleclərdə verilən təhsilin keyfiyyətini hər birimiz çox yaxşı bilirik. Ölkəmizdə 50-dən çox kollec fəaliyyət göstərir ki, bunlardan 3-4-ü normal təhsil verə bilir. Amma qalanlarında təəssüflər olsun ki, xoşagəlməz hallar baş verir. Biz bunu kollec rəhbərlərinin yaxud əməkdaşlarının vəzifədən azad olunmasında görə bilirik”.

Ekspert bildirib ki, dünyanın əksər ölkələrində, xüsusən də təhsil sahəsində inkişaf etmiş ölkələrdə məktəblərdə işləmək istəyən şəxslərə təkcə bakalavr təhsili kifayət etmir:

“Magistratura pilləsini bitirən şəxslərin prosesdə iştirak etməsi daha yüksək hesab olunur. Düşünürəm ki, 7-8 ildən sonra bizdə də bu proses tətbiq oluna bilər. Beləcə  təhsildə sağlam mühit formalaşdıra bilərik. Xüsusən də məktəbəqədər təlim-tərbiyə ixtisasını kolleclərdən yığışdırıb, yalnız ali təhsil müəssisələrində kadr hazırlığı keçirmək lazımdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetində, eləcə də Azərbaycan Dillər Universitetində  bu istiqamətdə kadr hazırlığı həyata keçirilir. Düşünürəm ki, kolleclərdə olan bu ixtisaslar götürülməli və universitetlərə həvalə olunmalıdır. Çünki məktəbəqədər təlim-tərbiyə, o cümlədən, ibtidai sinif müəllimliyi də bizim üçün vacibdir və strateji təhsil pilləsidir. Yalnız ali təhsilli şəxslər müvafiq olaraq pedaqoji fəaliyyətinə icazə verilməlidir. Düşünürəm ki, bu barədə artıq rəsmi qərar veriləcək”.




Həmçinin oxuyun:
Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Magistratura imtahanı ətrafında dartışma: Bu sualın cavabını tapana priz düşür

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində