AzTehsil.com

İlk peşə təhsili / Mədəniyyət / Cəmiyyət / Direktor / Müəllim / Digər Elan
15 aprel 2025
919

Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...



Attestasiyadan kəsilən müəllim 7 il əvvəl rəhmətə gedən direktoru sağ bilirmiş...

AzTehsil.com xəbər verir ki, bugünlərdə Mədəniyyət Nazirliyinin keçirdiyi müəllimlərin attestasiyası prosesindən uyğun nəticəsi olmayan müəllimlərin müsahibələri, fikirləri geniş tirajlanır.


Bəziləri deyir ki, bəs Mədəniyyət Nazirliyinin əsas məqsədi müəllimləri kəsməmək deyildi?


Niyə 1760 müəllimin 492-si uyğun hesab olunmadı?


Attestasiya komissiyasnın sədri, Bakı Musiqi Akademiyasının professoru, fortepiano kafedrasının dekanı Nəzakət Rimazi deyir ki, əslində müəllimlərə güzəşt edilib.


"Əgər attestasiya zamanı biz müəllimlərə verilən suallarda, onların ifası ilə bağlı tapşırıqlarda güzəştə getməsəydik, ən azı uyğun olmayan müəllimlərin faizi indiki kimi -25-26 faiz deyil, 56-60 faiz olard", - o qeyd edib.


Attestasiya komissiyasının üzvü, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin müəllimi Muxtar Abseynov isə qeyd edir ki, əgər onun iştirak etdiyi komissiyanın niyyəti müəllimləri kəsmək olsaydı, hər üç müəllimdən ikisi bu imtahanda keçməməli idi: "Təəssüflə deməliyəm ki, biz bir çox hallarda müəllimlərin attestasiyadan keçməsi üçün onlara güzəşt edərək, daha asan suallar verir və əsərlərin səsləndirilməsini təklif edirdik".


Bu təxminən 50 nəfərlik komissiya üzvünün ancaq ikisinin rəyidir. Bəs, niyə musiqi məktəblərinin müəllimlərinin nəticələri ürəkaçan deyil? Gəlin səbəbləri araşdıraq..Bu gün ölkəmizdə Naxçıvan Muxtar Respublikası istisna olmaqla 211 musiqi, incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təxminən 57 min nəfər şagird təhsil alır. 57 min şagirdə 13 min müəllim dərs keçir. Bunlar təkcə statistika deyil, həm də dərindən aparılan araşdırmanın təsbit etdiyi mifdir! Bəli məhz mif!


Əgər həqiqəti bilsək, bu məktəblərdə oxuyan uşaqların ən yaxşı halda 60%-i dərslərə gəlir, digər qalanı isə ancaq 5 ildən sonra şəhadətnamə alanda məktəbdə peyda olur. Bundan isə həm müəllim xoşbəxtdir, həm də məktəb direktoru...


Hər bir uşağa isə dövlətimiz nə az, nə çox 3700 azn pul xərcləyir. Bu orta məktəbdə oxuyan şagirdə düşən xərcdən təxminən 2 dəfə çoxdur. Təsəvvür edin, əgər bir musiqi məktəbində 300 uşaq təhsil alırsa və bunun 180 nəfəri demək olar ki, dərsə ancaq 1-ci il və bir də 5-ci və ya 7-ci ilin sonunda gəlirsə bu nə deməkdir? Bu təxminən hər il 600 min manat dövlət pulunun boşa xərclənməsidir. Yer gəlmişkən, keçilməyən dərs, həm də dərs keçməyən müəllim deməkdir.


Attestasiyanın “qəhrəmanı”, gəncəli müəllim Günay xanımın dediyi keçməyən müəllimlərin “çörəkpulu” məsələsi isə bir çox hallarda alın təri ilə qazanılan halal qazanc deyil, faktiki mövcud olmayan dərslərin aylıq “məvacibləridir”. Bu vəziyyətdən həm müəllim, həm də musiqi məktəbinin direktoru da qazanır. Məsələn, 24 saat (2 stavka) dərs deyən müəllimin orta aylıq əməkhaqqı 850 AZN-dir. Attestasiyadan keçməyən müəllimlərin 50 faizdən çoxunun dərs saatı 2 stavkadan çoxdur. Başqa bir fakt. Ötən il Gədəbəyin Zəhmətkənd musiqi məktəbində aparılan yoxlama zamanı, cəmi 200 nəfər “şagirdi” olan bu məktəbdə korrupsiyanın miqdarı 1 milyon manata yaxın idi. Deməli, keçilməyən dərs, korrupsiya ilə qazanılan milyonlar, məktəbə gəlməyən uşaq və müəllim, uduzan musiqi təhsilimiz, mədəniyyət... Sosial medianın klik qəhrəmanları isə insanlara yalanı qışıqıraraq, pafosla elə söyləyirlər ki, bəzən adamları inandıra bilirlər.


Başqa bir fakt. Bu yaxınlarda attestasiyadan keçməyən müəllimlərin şikayətlərini araşdırarkən çox unikal bir fakt üzə çıxdı. Deməli, attestasiyadan kəsilən müəllim, Mədəniyyət Nazirliyinə məktəb direktorundan şikayət yazıb. Şikayətdə bildirir ki, filankəs direktor onun əmək müqaviləsinə xitam verib və sair. Maraqlısı budur ki, həmin direktor 2018-ci ildə, yəni 7 il əvvəl rəhmətə gedib. Buradan aydın olur ki, şikayətçi müəllim 2018-ci ildə vəfat etmiş direktorundan hələ də xəbəri yoxdur.


Burada yekunlaşdıraraq, növbəti anonsu veririk...


Musiqi məktəblərində “Borsunlu keysi”...


Modern Təhlil və Araşdırma Qrupu



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq?

Attestasiyadan keçməyənlərin taleyi necə olacaq?

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

Attestasiya imtahanında sadə sualları bilməyən müəllimlər.....- ƏTRAFLI

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İohann Sebastyan Bax ağdamlıdırmı ?

İohann Sebastyan Bax ağdamlıdırmı ?

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Uşaq musiqi məktəbinin açılışı olub

Uşaq musiqi məktəbinin açılışı olub

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Kəsilən müəllimlərin əksəriyyəti kollec məzunudur - MÜSAHİBƏ

Kəsilən müəllimlərin əksəriyyəti kollec məzunudur - MÜSAHİBƏ

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı

Azərbaycan təhsil və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı