AzTehsil.com

İlk peşə təhsili / Mədəniyyət / Xəbərlər / İnnovasiyalar
17 mart 2025
625

Azərbaycanlı qadın aşpaz “WorldSkills”in Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi olub



Azərbaycanlı istedadlı aşpaz Leyla Vəliyeva “WorldSkills Champions Trust”ın Yaxın Şərq və Şimali Afrika (MENA) üzrə yeni nümayəndəsi təyin edilib. 

AzTehsil.com xəbər verir ki, “Azərbaycan müəllimi” həmin məqaləni təqdim edib.

“WorldSkills International” kulinariya üzrə yarışan ilk azərbaycanlı qadın aşpaz Leyla Vəliyeva haqqında məqalə dərc edib.

Ölkəsini “WorldSkills” müsabiqəsində kulinariya üzrə təmsil edən ilk aşpaz Leyla o vaxtdan etibarən gələcək iştirakçılara mentorluq edir və öz ticarətini tanıdır.

Moldovada doğulub boya-başa çatan Leylanın yemək bişirmək sevgisi gənc yaşlarından başlayıb. O, mətbəxdə saatlarla vaxt keçirdiyini, anasının yemək bişirməsinə baxdığını və nəhayət, təkbaşına təcrübələr etdiyini xatırlayır. O, yeniyetmə ikən müstəqil olaraq yeməklər hazırlayır və yaradıcılığını dostları ilə bölüşürdü. Yetkinlik yaşına yaxınlaşdıqca kulinariya sahəsində karyera qurmaq təbii seçim kimi meydana çıxdı.

Ailəsi ilə birlikdə Azərbaycana qayıdan Leyla Bakıda yeni açılan “CÀSÀ” Kulinariya İncəsənət Mərkəzinə qəbul oldu. Proqramı bitirən ilk tələbələrdən biri olmaqla yanaşı, Böyük Britaniyada yerləşən ixtisas təşkilatı olan “City & Guilds”dən kulinariya sənəti üzrə sertifikatlar qazanıb. Məzun olduqdan sonra ona səfir-aşpaz kimi iş təklif edildi. O bu zaman mühazirələr oxuyur, ictimaiyyət qarşısında çıxış edirdi. Leyla “WorldSkills” haqqında ilk dəfə kulinariya təhsili aldığı illərdə tələbələri seçim prosesinə qoşulmağa dəvət edən broşürü görəndə öyrənib. 

Müəllimlərinin təşviqi ilə seçim prosesində iştirak edib və nəticədə, “WorldSkills Competition 2022 Special Edition”da Azərbaycanı təmsil etmək üçün seçildi. Təhsil aldığı məktəbi “Cooking for WorldSkills Azerbaijan”ın rəsmi partnyoru olduğu üçün o, “WorldSkills” hərəkatı ilə yaxından əlaqə saxlamış, təlim proqramlarında köməklik göstərmiş, yeni namizədlərə mentorluq etmiş və seçim proseslərinin təşkilinə kömək etmişdir.

Leyla Azərbaycanın Milli Kulinariya Komandasının tərkibində müxtəlif beynəlxalq tədbirlərində fəal iştirak edərək ölkəsini çoxsaylı müsabiqələrdə təmsil edib. Bu təcrübələr vasitəsilə Leyla öz sahəsində peşəkarlardan ibarət beynəlxalq şəbəkə qurub. "“WorldSkills” mənim gözlərimi açdı, çünki mənimlə eyni iş həvəsini paylaşan həmfikirlər ilə görüşmək və şəbəkə qurmaq mənim ilk təcrübəm idi", – deyə o bildirir.Leyla bir çox qadınların kulinariya peşəsinə girərkən üzləşdiyi ictimai çətinliklər haqqında da danışıb. Azərbaycanda çox vaxt aşpazlıq karyerasından daha çox həkim və ya hüquqşünas kimi peşələri üstün tuturlar. Bundan əlavə, uzun saatlarla davam edən, bəzən gecə növbələri olan bu peşə xüsusilə mühafizəkar ailələrdən olan qadınlar üçün maneələr yarada bilir. 

Bu çətinliklərə baxmayaraq, Leyla öz missiyasını əzmlə davam etdirir: “Aşpaz olmaq və kulinariya sənətini öyrənmək mənim arzum idi”, – deyən Leyla sosial şəbəkələrdə vaxtaşırı ondan ilham alan digər gənc qızlardan mesajlar aldığını əlavə edir. “Belə mesajları oxuyanda doğru yolda olduğumu hiss edirəm və bilirəm ki, gördüyüm iş təkcə özüm üçün deyil, həm də məni əhatə edən gənc nəsil üçün vacibdir. Bu tədbirlərdə onların səsi olmaq bir imtiyazdır”, – o qeyd edir.

Leyla bu sahədə qadınları müdafiə etməklə yanaşı, davamlı yemək bişirməyə də həvəslidir. O, sağlam və ekoloji cəhətdən təmiz qida seçimlərinin önəmini vurğulayır və bitki mənşəli qidalar üzrə ixtisaslaşıb. "Ət Azərbaycan mətbəxinin böyük bir hissəsidir, lakin mən göstərmək istəyirəm ki, bitki mənşəli yeməklər də bir o qədər dadlı və doyumlu ola bilər", –  deyə o bildirir.

O öz işi ilə həm Azərbaycanda, həm də ölkədən kənarda kulinariya mədəniyyətinin dəyişməsinə töhfə verməyi ümid edir. Özünün unikal keçmişi, beynəlxalq təcrübəsi və kulinariya sənətinə sarsılmaz bağlılığı ilə Leyla “WorldSkills Champions Trust” platformasından regiondakı gənc və bacarıqlı insanlara dəstək olmaq üçün istifadə etməyi arzulayır.



Həmçinin oxuyun:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

İstedadlı şagirdlərlə işin təşkili formaları

İstedadlı şagirdlərlə işin təşkili formaları

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

“BP Azerbaijan” tələbələr üçün mentorluq proqramına başlayıb

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Yetkinlik yaşına çatmamış şəxslərin məsuliyyətə cəlb olunma qaydası

Yetkinlik yaşına çatmamış şəxslərin məsuliyyətə cəlb olunma qaydası

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

ADA Universitetində Karyera Yarmarkası keçirilib

ADA Universitetində Karyera Yarmarkası keçirilib