AzTehsil.com


Xəbərlər
03 mart 2017
3 581


ADA Universitetində Karyera Yarmarkası keçirilib



ADA Universitetində Karyera Yarmarkası keçirilib

 

ADA Universitetində sayca 5-ci İllik Karyera Yarmarkası keçirilib.
 
Aztehsil.com apa-ya istinadən məlumat verir ki, sərgidə 80-dən çox hökumət, qeyri-hökumət təşkilatların və şirkətlərin 200 nümayəndəsi iştirak edib.
 
Sərginin məqsədi ADA tələbələrinə gələcək karyera seçimində yardım etməkdir. Hərfə ərzində təşkil edilən müxtəlif formatlı mübadilələr zamanı tələbələr gələcək karyera seçimi ilə bağlı peşəkarların tövsiyələrini dinləyiblər, işə götürən şirkətlər isə universitet məzunlarından gözləntiləri barədə təqdimatlar keçiriblər.
 

ADA Universitetində Karyera Yarmarkası keçirilib

 

Sərgidə təmsil olunan "Gilan Holdinq"in işə qəbul üzrə meneceri Vüsal Muradov artıq bir neçə il istər ADA, istər digər universitetlərin məzunlarının holdinqdə işlə təmin edildiyini deyib: "Biz bütün sərgilərdə kifayət qədər real vakansiyalarla iştirak edirik. Hazırda müxtəlif biznes istiqamətlərində gənclər üçün proqramlar var. Biz tələblərimizə uyğun olan, iş təcrübəsi olmayan tələbələri axtarırıq".
 

ADA Universitetində Karyera Yarmarkası keçirilib

 

Sonra ADA-da pulsuz təhsil alacaq 107 əlaçı təqaüdçü-tələbələrin təltifetmə mərasimi keçirilib. ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali təhsil ocağında təhsil alan tələbələrin digərləri üçün nümunə olduğunu söyləyib. "Azərbaycan çox varlı və qüdrətli ölkədir. Bu ölkənin qüdrəti sizlərsiniz", - deyə o vurğulayıb.
 

ADA Universitetində Karyera Yarmarkası keçirilib

 

Sonra tədbir bədii hissə ilə davam edib.
 
Qeyd edək ki, ADA Universitetinin bu tədris ili üçün 3,5 milyon manatlıq təqaüd fondu hesabına yerli və xarici əlaçı tələbələr, eləcə də sosial imtiyazları olan tələbələr təhsil haqqından azad olunub.



Загрузка...