AzTehsil.com

İlk peşə təhsili / Xəbərlər / Ziyalılar
10 mart 2025
465

Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri Peşə Təhsil Mərkəzinə səfər edib



Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinə səfər edib.

AzTehsil.com xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində 05.03.2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri ilə Peşə Tədris Mərkəzinin rəhbərliyi və Mərkəz yanında İctimai Şura üzvləri arasında görüş keçirilib. 

Görüşdə qonaqları Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov salamlayıb və təhsil ocağına göstərilən marağa və əməkdaşlığa görə təşəkkürünü bildirib. O, qonaqlara Mərkəzdə həyata keçirilən fəaliyyət haqqında ətraflı məlumat verib və son ildə tələbələrinin qazandığı uğurları vurğulayıb. Görüş zamanı çıxış edən Peşə Təhsil Mərkəzi yanında İctimai Şuranın sədri Kəmalə Aşumova Mərkəzdə tələbələr üçün sosial-mədəni fəaliyyətin, eləcə də müxtəlif mövzulu görüşlərin, təlimlərin və seminarların təşkil olunduğunu qeyd edib. 

Görüşdə peşə təhsilinin inkişaf etdirilməsi, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, dövlət və özəl sektorun bu prosesdəki rolu və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, Mərkəzdə tətbiq edilən yeniliklərə, tələbələrin praktik biliklərinin artırılması və işəgötürənlərlə əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub. 

Görüşdən sonra Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın üzvləri Peşə Təhsil Mərkəzinin tədris zonaları, sinif otaqları və laboratoriyaları ilə tanış olub, dərs prosesini izləyib. Yekunda Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri Hikmət Əlizadə şura üzvləri adından çıxış edərək təşəkkür edib, Mərkəzdə görülən işlərin təqdirə layiq olduğunu vurğulayıb və gələcək fəaliyyətdə əməkdaşlara uğurlar arzu edib. 


Mənbəə : Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın FB səhifəsində paylaşım edilib.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili