AzTehsil.com

Ekspert / Şagird / Xəbərlər / İKT / Direktor / Müəllim
23 mart 2025
557

Şagirdlər üçün yeni dövr başlayır



AzTehsil.com xəbər verir ki, digər bölmələrdə təhsil alan şagirdlər üçün Azərbaycan dili imtahanının Dövlət İmtahan Mərkəzinin elektron imtahanların keçiriləcəyi inzibati binada təşkili nəzərdə tutulur.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi açıqlamasında bildirib ki, elektron imtahanlar ekoloji problemlərin azaldılmasına töhfə verməklə yanaşı, qiymətləndirmə prosesini daha operativ edəcək. Belə ki, elektron sistemin tətbiqi nəticələrin daha tez elan olunmasını təmin edəcək:

"Burada imtahanlara qoşulan iştirakçıların sayı digər buraxılış və blok imtahanlarına nisbətən daha az olduğundan, bu prosesin elektron qaydada təşkil edilməsi mümkün sayılır. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi müasir texnologiyalardan istifadə edərək, kağız daşıyıcılardan imtina etməyi, ekoloji cəhətdən daha səmərəli yanaşma tətbiq etməyi prioritet hesab edir.Hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində bu sistem geniş şəkildə istifadə olunur. Şəxslər imtahanları elektron qaydada verir və nəticələr dərhal elan edilir. Gələcəkdə Azərbaycanda da bənzər sistem tam həyata keçiriləcək".

Ekspert onu da vurğulayıb ki, yalnız elektron imtahan binasında deyil, eyni zamanda digər təhsil müəssisələrində də kompüter sistemləri tam təmin olunduqdan sonra buraxılış və blok imtahanları da elektron formada keçirilə biləcək:

"Əlbəttə ki, texniki problemlərin aradan qaldırılması ilə bağlı Dövlət İmtahan Mərkəzi müvafiq tədbirlərini görür və düşünürük ki, imtahanların gedişatında bu cür problemlər yaşanmayacaq. Şagirdlərin rəqəmsal imtahanlara adaptasiyası üçün təlimlər təşkil olunur. Dövlət İmtahan Mərkəzi, müvafiq platformalarda, o cümlədən otk.az platformasında imtahanları onlayn keçirir və bu, abituriyentlər üçün daha əlverişli imkan yaradır ki, onlar bu prosesə asanlıqla uyğunlaşa bilsinlər. Eyni zamanda, bir sıra özəl müəssisələr də elektron formada imtahanlar keçirir və artıq şagirdlər prosesə demək olar ki, tam adaptasiya olublar. Çətinlik və rahatlıq baxımından, rəqəmsal imtahanlar başlanğıcda müəyyən çətinliklər yarada bilər, amma bu çətinliklər çox böyük olmayacaq. Əslində, bu imtahanın əsas üstünlükləri onu göstərir ki, bütün cavablar daha şəffaf və doğru olacaq".





Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Metodbirləşmələr

Metodbirləşmələr

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Test üsuluna inam niyə itir? - Araşdırma

Test üsuluna inam niyə itir? - Araşdırma