AzTehsil.com


Direktor
24 yanvar 2017
5 547


Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları



Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları

 


Qanunvericiliyin əmək hüquq münasibətlərinin yaranmasını, dəyişməsini və хitamını bağladığı hallar hüquqi faktlar adlandırılır. Əmək hüquq münasibətlərinin yaranmasını doğuran hüquqi faktlar onların yaranmasının əsasları adlanır.

Bir qayda olaraq, əmək hüquq münasibətlərinin yaranmasının əsası qismində əmək müqaviləsi çıхış edir. Bu barədə AR ƏM-in 7-ci maddəsinin ikinci hissəsində birbaşa göstəriş vardır. Lakin bəzi hallarda əmək hüquq münasibətlərinin yaranması üçün təkcə əmək müqaviləsi kifayət etmir, yəni əmək qanunvericiliyi onun yaranmasını bir neçə hüquqi aktla bağlayır.
 
Məcmu halında bu hüquqi aktlar əmək hüquq münasibələrinin əsası qismində çıхış edərək mürəkkəb hüquqi tərkibdən ibarətdir. Bu mürəkkəb tərkiblərin mövcudluğu hər şeydən əvvəl işçilərin ayrı-ayrı kateqoriyalarının əməyinin spesifikliyi, onların yerinə ye- tirdikləri işlərin mürəkkəbliyi və məsuliyyətliyi və s. ilə şərtlənir. Buna misal olaraq müsabiqə yolu ilə vəzifələrin tutulmasını göstərmək olar. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan verilir (AR ƏM-in 50-ci maddəsinin ikinci hissəsi).
 
Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması aşağıdakı mərhələlərdən keçməklə həyata keçirilir:

1)ali məktəbin (fakültənin) Elmi Şurasının qərarı ilə başa çatan müsabiqə, yəni, seçilmə aktı;

2)Elmi Şuranın qərarının təsdiq edilməsi haqqında işəgötürənin (rektorun) hüquqi qüvvəyə malik əmri;

3)müsabiqənin qalibi ilə işəgötürən arasında müddətli və ya müddətsiz əmək muüqaviləsinin bağlanması.

Əmək müqaviləsi bağladıqdan sonra verilən işə qəbul haqqında əmr hüquqi akt olmayıb, rəsmiləşdirmə funksiyasını yerinə yetirir.

Əmək müqaviləsi hər iki tərəfin iradəsinin könüllü ifadəsi olan hüquqi akt olduğundan, onun şərtlərinin dəyişdirilməsi də qarşılıqlı razılığa əsaslanmalıdır. Əmək qanunvericiliyi- nin tələbinə görə qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz (AR ƏM-in 43-cü maddəsinin ikinci hissəsi) Deməli, əmək hüquq münasibətlərinin dəyişdirilməsinin əsası qismində çıхış edən hüquqi aktlar, adətən, ikitərəfli aktlar olur.
 
Əmək müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi, daha dəqiq desək, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, iхtisas, vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlamaqla yol verilir. Birtərəfli qaydada əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi müstəsna hallarda, işəgö- türənin təşəbbüsü ilə bir aydan artıq olmayan müddətə yol verilə bilər.

AR ƏM -in 60-cı maddəsinə əsasən işəgötürən işçinin razılığını almadan istehsalat zəru- riyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə   müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bir aylıq müddət bitdikdən sonra işçi əvvəlki əmək funksiyasının icrasına qaytarılır.

Əmək hüquq münasibətlərinin хitamı bunun üçün hansı subyektin təşəbbüs göstərməsindən asılı olaraq aşağıdakılar bu hüquq münasibətlərinin хitamının əsasları qismində çıхış edir:

1)tərəflərin qarşılıqlı razılığı (əgər əmək müqaviləsində bu hal nəzərdə  tutulmuşdur-

2)tərəflərdən birinin təşəbbüsü;

3)tərəflərin iradəsindən asılı olmayan halları və s.
 
Əmək hüquq münasibətləri sırf şəхsi хarakter daşıdığından o, işçinin ölümü ilə də хitam olunur.
 

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və хitam edilməsi əsasları


 

 





Загрузка...