AzTehsil.com

Cəmiyyət / Bölgə / test / Xəbərlər / İKT / Direktor / Müəllim / Digər Elan
03 aprel 2025
694

Müəllimlərin attestasiyası: hər üç müəllimdən biri...



AzTehsil.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə müəllimlərin attestasiyasına başlanılıb.Nazirlikdən bildirilib ki, attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə attestasiya prosesindən uğurla keçib.Nazirlikdən bildirilib ki, attestasiya prosesinin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15-nin müəllimlərinin 90 faizi attestasiyanı uğurla başa vurub:"492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam verilməyəcək. Attestasiya prosesi tam videomüşahidə ilə şəffaf şəkildə keçirilib, iştirakçı müəllimlərin cavabları tam arxivləşdirilib".Məlumatda qeyd olunub ki, yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq:"Attestasiyada iki lehinə, üç əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər. Attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin (təxminən 300 nəfər) işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Onlar MİQ imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər".Həmçinin bildirilib ki, yaşı 60-dan yuxarı olan müəllimlərin əksəriyyəti də attestasiya prosesində müsbət qiymətləndirilib:"Bu, yaşlı müəllimlərimizin təcrübəsinin və müasir pedaqoji yanaşmalara uyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha sübut edir. Attestasiyada uğur qazanmış müəllimlər arasında Bakı şəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbi kimi məktəblərin müəllimləri xüsusilə yaxşı nəticələr əldə ediblər".Nazirlik məlumata əlavə edərək yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılacağını da vurğulayıb:"Bu komissiyalar vasitəsilə uğur qazanmayıb, lakin gələcəkdə inkişaf edəcək müəllimlərə dəstək veriləcək, sosial statusları mərhələli şəkildə qiymətləndiriləcək və alternativ iş yerlərinə yönləndiriləcəklər. Bu müsbət nəticələr, Azərbaycan təhsilinin daha da inkişafı üçün atılan mühüm addımları göstərir və gələcəkdə daha keyfiyyətli təhsil təminatı baxımından əhəmiyyətli irəliləyişlərə yol açacaq".




Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Həmin müəllimlərin əmək müqaviləsinə xitam verilməyəcək

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Musiqi məktəblərində müəllimlər işdən çıxarılır? - Nazirlik AYDINLIQ GƏTİRİB

Musiqi məktəblərində müəllimlər işdən çıxarılır? - Nazirlik AYDINLIQ GƏTİRİB

Musiqi və incəsənət müəllimlərinin attestasiya nəticələri açıqlanıb

Musiqi və incəsənət müəllimlərinin attestasiya nəticələri açıqlanıb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Attestasiya yoxsa  sertifikasiya ?

Attestasiya yoxsa sertifikasiya ?

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

Uşaq musiqi məktəblərində silsilə tədbirlər keçirildi

“Sertifikasiyanı ifrat dərəcədə dilə-dişə salıb şişirtdik…” - Nadir İsrafilov

“Sertifikasiyanı ifrat dərəcədə dilə-dişə salıb şişirtdik…” - Nadir İsrafilov

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu