Məktəblərdə nə etməliyik?-EKSPERT
Məktəblərdə nə etməliyik?
Məktəbəqədər hazırlıq qrupları formal xarakter daşımamalıdır. Bu mərhələ I sinif kimi tanınmalı və ümumi təhsilin ilk pilləsi hesab olunmalıdır. Bu yanaşma erkən yaşlardan sistemli təhsilin əsasını qoyacaq. Növbəti mərhələ isə IV sinifdən ümumi orta təhsilin başlanması olmalıdır. Bu, həm kurikulumun ardıcıllığını təmin edər, həm də dərs yükünü daha məqsədəuyğun şəkildə tənzimləyər.
Müəllimin stavkası 24 saata qaldırılmalı, ona bu iş yükünə uyğun olaraq ən azı yarımştat maaş verilməlidir. Belə olan halda müəllimlərin 2 yerdə işləməsi hüquqi və təşkilati baxımdan məcburi xarakter almalı, sistemli əmək bölgüsü formalaşmalıdır. Bu həm müəllimlərin sosial rifahını, həm də təhsil keyfiyyətini yüksəldəcək.
Məktəblərdə funksionallığını və aktuallığını itirmiş ştatlar – UBR, laborant, kitabxanaçı, təlim-tərbiyə işləri üzrə direktor müavini və təsərrüfat üzrə direktor müavini vəzifələri ləğv olunmalıdır. Onların yerində daha funksional və nəticəyə yönəlik yeni ştat vahidləri yaradılmalıdır: tədris işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, monitorinqlər üzrə direktor müavini və texnologiyalar üzrə direktor müavini.
Məktəb idarəçiliyində çeviklik, səmərəlilik və hesabatlılıq prinsipləri məhz bu dəyişikliklərlə təmin oluna bilər. Təhsil sistemində real dəyişiklik istəyiriksə, köhnə strukturlar üzərində kosmetik düzəlişlər deyil, funksional və ehtiyaca əsaslanan yeni idarəçilik modeli qurmalıyıq.

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Universitet bu vəzifələr üçün müsabiqə elan etdi

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Pedaqoji Lüğət

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

İdarəetmənin təşkilati strukturu