Şəkidə 16 yaşlı məktəbli bıçaqlanıb
Şəkidə 16 yaşlı məktəbli bıçaqlanıb.
AzTehsil.com Report-a istinadən xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib.
Belə ki, 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs
polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və araşdırmalar aparılır.