Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna müdir təyin olunub
Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub.
AzTehsil.com-n əldə etdiyi məlumata görə bu vəzifəyə Rizvan Ələsgərov təyin edilib.
O, buna qədər Daşkəsən rayon Təhsil sektorunda müdir müavini, baş məsləhətçi vəzifələrində çalışıb.