AzTehsil.com
RU


Mədəniyyət / Cəmiyyət
25 fevral 2025
285


Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb...



AzTehsil.com AZƏRTAC-a istinadən xəbər verir ki, istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq.




Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinə 18,3 milyon manatı ayrılıb.




Mədəniyyət, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.




Xatırlatma: Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən ağır beynəlxalq cinayətlər törədilib.




1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal edilərkən dinc əhaliyə qarşı etnik zəmində törədilən soyqırımı cinayəti münaqişənin ən qanlı səhifəsidir. Belə ki, erməni silahlı birləşmələri tərəfindən aylarla blokada şəraitində saxlanılaraq, ərzaq, elektrik enerjisi və bütün kənar yardımlardan məhrum edilən 2500-ə yaxın Xocalı sakini düşmənin çoxsaylı təhdidlərinə baxmayaraq, şəhəri tərk etməkdən imtina etmişdi. Fevralın 25-dən 26-na keçən gecə davamlı artilleriya atəşindən sonra Ermənistan silahlı qüvvələri və yarım-hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə şəhərə hücum edərək, mülki əhaliyə misli görünməmiş vəhşiliklə divan tutmuşlar. Həmin qətliam nəticəsində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq, 70 ahıl xüsusi amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, onlardan 150-nin taleyi isə indiyədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərindən hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. 487 şəxs, o cümlədən 76 uşaq məruz qaldıqları ağır fiziki və psixoloji işgəncələrdən ömürlük əlilə çevriib.


Ermənistanın bütün cəhdlərinə, xüsusilə də o dövrdə yaratdığı informasiya blokadasına baxmayaraq, cinayətin miqyası və ağırlığı dünyanın aparıcı media qurumlarının və beynəlxalq təşkilatlarının hesabatlarında işıqlandırılmışdı. Yerli və xarici jurnalistlərin faciədən sonra Xocalı şəhəri və ətraf ərazilərdən topladıqları foto və videomateriallar, o cümlədən şahid ifadələri hadisənin bütün dəhşətlərini açıq-aşkar göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu ildə məsələ ilə bağlı çıxardığı yekun qərarda Xocalıda törədilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib.




Ermənistanın Xocalını işğal etmək planı hərbi məqsədlərlə məhdudlaşmır, eyni zamanda, həmin ərazilərdəki Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni izləri silmək, mədəni irsi məhv etmək və saxtalaşdırmaq niyyəti güdürdü.




Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı milli səviyyədə addımlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atılıb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.




Dövlət qurumları, xaricdə yaşayan soydaşlarımız, vətəndaş cəmiyyəti institutları, xüsusən, Heydər Əliyev Fondu Xocalı soyqırımının unudulmaması və beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün əzmlə fəaliyyət göstəriblər. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” maarifləndirmə kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi ilə bağlı məlumatlılıq artırılıb, bir sıra tədbirlər, təqdimatlar, sərgilər keçirilib, kitab və məqalələr dərc edilib. Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanıyıb və pisləyib. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.




2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunub və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb.




İşğaldan azad edilmiş bütün ərazilərdə hazırda sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi davam etməkdədir.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

Rektor Xocalı soyqırımının tarixini səhv dedi, dövlət informasiya orqanları da daxil bir çox KİV bu səhvi təkrarladı

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Xocalı soyqırımından 30 il keçir

Xocalı soyqırımından 30 il keçir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Mehriban Vəliyeva: Bundan sonrakı tariximiz ancaq qələbələrə şahidlik edəcək

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib - FOTO

“Xocalı faciəsi şagirdlərin gözü ilə”  rəsm müsabiqəsi yekunlaşıb

“Xocalı faciəsi şagirdlərin gözü ilə” rəsm müsabiqəsi yekunlaşıb