AzTehsil.com

Cəmiyyət / Şagird / Xəbərlər / Valideyn
23 mart 2025
388

Bullinqə qarşı mübarizə-valideynlər və müəllimlər nə etməlidir



Bullinqə qarşı mübarizə-valideynlər və müəllimlər nə etməlidir

AzTehsil.com xəbər verir ki, bullinq daha çox təhsil müəssisələrində, xüsusilə yeniyetmələr arasında müşahidə olunur.Bu fikirləri  açıqlamasında psixoloq Aygün Ağabalayeva bildirib. Onun sözlərinə görə, burada təzyiq həm fiziki, həm də psixoloji ola bilər:

“Bullinqə məruz qalan uşaqlarda özünəqapanma, məktəbə qarşı istəksizlik, hətta intihar düşüncələri yarana bilər. Eyni zamanda, bu uşaqlarda qorxu, gərginlik və təşviş kimi hallar da müşahidə olunur”.

Psixoloq bu halın qarşısını almaq üçün valideynlərə müəyyən tövsiyələr də edib:

“Valideynlərə tövsiyə edirəm ki, övladlarını tərbiyə edərkən onların özgüvən hissini formalaşdırsınlar, çünki bullinqə məruz qalan uşaqların əksəriyyəti özgüvənsiz olduqlarına görə bullinə reaksiya verə bilmirlər”.

A.Ağabalayeva bullinq edən uşaqlara da psixoloji dəstəyin gərəkliliyini qeyd edib:

“Çünki düzgün psixologiya ilə yetişən uşaq heç kəsə zərər verməz. Adətən belə uşaqlar ailədə şiddət görən kəslər olurlar. Əsas olan vaxtında müdaxilə etməkdir. Burada məktəb-şagird-valideyn kompleks şəkildə işləməlidir”.

Psixoloq əlavə edir ki, valideyn övladı ilə düzgün ünsiyyət qurmalı, həm dinləyən, həm də danışan olmalıdır:

“Məktəbdə müəllimlər, evdə isə valideynlər uşağın vəziyyətini, reaksiyalarını və aqressiyasını müşahidə etməlidir. Buna görə də həm müəllimlər, həm də valideynlər arasında maarifləndirmə işləri aparılmalıdır”, - deyə o, yekunlaşdırıb.Təhsil üzrə ekspert Elçin Süleymanov isə düşünür ki, bullinqin qarşısının alınması üçün başda məktəblərin psixoloqları və sinif rəhbərləri diqqətli olmalıdır:

“Sinifdə şagirdlərin davranışları və psixoloji vəziyyətləri nəzarətdə saxlanmalıdır. Eyni zamanda, valideyn-müəllim və məktəb arasındakı münasibətlər düzgün qurulmalıdır. Əgər şagirdin müvəffəqiyyət göstəricisi birdən-birə aşağı düşərsə və ya davranışlarında ciddi dəyişikliklər müşahidə olunarsa, bunun səbəbi mütləq araşdırılmalıdır. Bu dəyişikliklər ailədənmi, məktəbdənmi qaynaqlanır? Xüsusilə yeniyetməlik dövründə şagirdlər çoxsaylı zərərli təsirlərə məruz qalır. İnformasiya bolluğu, sosial şəbəkələr (məsələn, TikTok), kompüter oyunları və digər təsirlər onların davranışlarına müəyyən dərəcədə təsir göstərə bilər”.

E.Süleymanovum sözlərinə görə, şagirdlərin davranış pozuntularının səbəbi diqqətlə araşdırılmalıdır.

“Əgər bullinq səbəbindən təzyiqlər varsa, sinif yoldaşlarının təsiri, psixoloji və ya cinsi təzyiqlər müşahidə olunursa, və ya şagird birdən-birə özünəqapanır və həyatdan kəsilməyə başlayırsa, bu hallar mütləq müəyyənləşdirilməli və məktəb psixoloquna yönləndirilməlidir”.

Təhsil eksperti qeyd edir ki, məktəbdə şagirdləri ən yaxşı tanıyan insanlar sinif rəhbərləridir:

“Buna görə də, sinif rəhbərləri həm psixoloqla, həm də valideynlə sıx əlaqə saxlamalıdırlar”.






Həmçinin oxuyun:
Bullinq qurbanları kimlərdir?

Bullinq qurbanları kimlərdir?

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

İntiharın yeniyetmələrdə, gənclərdə və yaşlılarda əsas səbəbləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Abituryent və valideyinlər üçün Psixologiya Mərkəzi yaradılıb

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Uşaqlarda özünəqapanma

Uşaqlarda özünəqapanma

EKSPERT-Valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil.

EKSPERT-Valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil.

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

Tərbiyənin metodları

Tərbiyənin metodları

Uşaqları necə tərbiyə etməliyik?

Uşaqları necə tərbiyə etməliyik?

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Həddindən artıq küsəyən, narahat uşaqlar - Təşviş pozuntusu nədir?

Bəzi uşaqlar niyə məktəbə getmək istəmirlər?

Bəzi uşaqlar niyə məktəbə getmək istəmirlər?

Tərbiyənin mahiyyəti

Tərbiyənin mahiyyəti

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?