“Yeni Dövrün Azərbaycanı” mövzusunda görüş keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeni Dövrün Azərbaycanı” mövzusunda görüş keçirilib.
19 mart 2025-ci il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Nəbizadə və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin iştirakı ilə “Yeni Dövrün Azərbaycanı” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə şagirdlərə Azərbaycanın müasir inkişaf mərhələsi və yeni dövrü barədə ətraflı məlumat verilmiş, həmçinin maraqlı çıxışlar və sual-cavab sessiyası təşkil olunmuşdur.
AzTehsil.com xəbər verir ki, görüşdə Bakı Slavyan Universitetinin “Gənc məktəbli dostu”, Quba rayonu Mehrab Niftaliyev adına texniki təmayüllü liseyin XI sinif şagirdi, robototexnika sahəsində uğurları ilə seçilən və bir sıra mükafatlara layiq görülən Zamiq Şükürov da öz həmyaşıdlarına qazandığı uğurlar, eləcə də yaradılan təhsil və inkişaf imkanlarından danışıb.
Tədbirin sonunda iştirakçı şagirdlərə sertifikatlar təqdim edilib.